Məhkəmə qərarları › İş №e-2-2(117)-747/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-747/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-747/2025 12.06.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “10105,94 manat əsas borc, 211,87 manat faiz borcu, 1548,09 manat cərimə borcu, 1479,80 manat AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 13 345.70 manat məbləğində kredit borcunun və 131 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “10105,94 manat əsas borc, 211,87 manat faiz borcu, 1548,09 manat cərimə borcu, 1479,80 manat AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 13 345.70 manat məbləğində kredit borcunun və 131 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X2 qarşı “10105,94 manat əsas borc, 211,87 manat məbləğində faiz, 1548,09 manat cərimə məbləğinin, 1479,80 manat AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcunun, cəmi 13 345.70 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin X1 tutularaq iddiaçıya ödənilməsi” tələb ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və Şəki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(117)-492/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(107)-105/2021 nömrəli qətnaməsi ilə Şəki Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli e-2-2(117)-492/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddiada isə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İddiaçı ASC-nin “İsmayıllı” filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 026/14/SKMF saylı kredit müqaviləsinə əsasən yaranmış borcun tutulmasını və ipoteka müqaviləsinə əsasən tutmanın Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Lakin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(107)-105/2021 nömrəli qətnaməsindən göründüyü kimi qeyd edilən tələb mahiyyəti üzrə həll edilmiş və artıq bu tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Eyni zamanda iş materiallarından göründüyü kimi 131 manat dövlət rüsumu X5 və ya AsanPay vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə Şəki Kommersiya Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə iddiaçı tərəfindən “ödənilmiş 131 manat dövlət rüsumu”na münasibətdə bildirir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu bu halda qaytarılır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “10105,94 manat əsas borc, 211,87 manat faiz borcu, 1548,09 manat cərimə borcu, 1479,80 manat AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 13 345.70 manat məbləğində kredit borcunun və 131 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərrac yolu ilə satılması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzlə X5 və ya AsanPay vasitəsilə ödənilmiş 131 manat dövlət rüsumu iddiaçıya dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar