Məhkəmə qərarları › İş №e-2-2(117)-757/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-757/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-757/2024 03.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “Cavabdeh üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə İddiaçı Cavabdeh məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş üzrə iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə İddiaçı Cavabdeh məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını, dövlət rüsumunun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tərəfinin ərizəsini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim ərizəni geri qaytarır. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı məhkəmə qeyd edir ki, hazrıki vəziyyətdə iddiaçının nümayəndəsi tərəfindən iddianın qiymətinə uyğun 70 manat dövlət rüsumu ödənilmiş və iddiaçının nümayəndəsi həmin rüsumun özünə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu qismən və ya tamailə geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” nın 3.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır. 3.2-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 4.1-ci bəndinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i göstərilməlidir. 4.2-ci bəndinə əsasən dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 7 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən iddiaçının və ya onun nümayəndəsinin diqqətinə çatdırılır ki, qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Cavabdeh üzərinə “nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” ifadələrinə görə İddiaçı Cavabdeh məlumatı yaydığı hesablardan, “xxxx" MMC-nin YouTube və “İnstagram” səhifəsi vasitəsi ilə üzr istəməsi və həmin fikirlərin təkzib olunması öhdəliyinin qoyulması, “Nişan oğrusunun daha bir nişanı etibarsız sayıldı” video çarxının internet resurslarından, o cümlədən, “İnstagram”, “Whatsapp” və digər bütün sosial şəbəkə hesablarından silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, mənəvi zərərə görə 5000 manatın və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə Azərbaycan Respublikası Mərkəzi Bankı – X1 vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinə ödədiyi 70 (yetmiş) manat Dövlət rüsumu Vəkil dövlət büdcəsindən qaytarılsın. Qərardadın, iddia ərizəsinin qaytarılması hissəsindən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar