Məhkəmə qərarları › İş №e-2-2(117)-76/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-76/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-76/2024 01.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı “001R********** saylı krеdit razılaşması üzrə 2465.3 manat məbləğində krеdit bоrcu, 650.03 manat məbləğində faiz bоrcu və 555.18 manat məbləğində cərimə borcu, 001R********** saylı krеdit razılaşması üzrə 4499.43 manat məbləğində krеdit bоrcu, 912.59 manat məbləğində faiz bоrcu və 311.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9394 manat 18 qəpik məbləğində bоrcun, 100 manat mediasiya xərcinin, 16.07 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 9394 manat 18 qəpik məbləğində bоrcun, 100 manat mediasiya xərcinin, 16.07 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 qarşı “001R********** saylı krеdit razılaşması üzrə 2465.3 manat məbləğində krеdit bоrcu, 650.03 manat məbləğində faiz bоrcu və 555.18 manat məbləğində cərimə borcu, 001R********** saylı krеdit razılaşması üzrə 4499.43 manat məbləğində krеdit bоrcu, 912.59 manat məbləğində faiz bоrcu və 311.65 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9394 manat 18 qəpik məbləğində bоrcun, 100 manat mediasiya xərcinin, 16.07 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 9394 manat 18 qəpik məbləğində bоrcun, 100 manat mediasiya xərcinin, 16.07 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 15 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və X1 həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbinin “Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və X1 həmin yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlərə göndərilmiş bildirişləri qəbul edilməkdən imtina edilmiş, elektron vasitələrlə də əlavə məlumat verilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. 137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. 137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. 137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. Məhkəmə qeyd edilən normaları əsas tutaraq işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, 001L**********31 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2028-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlananvə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2018-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 24 ay müddətinə aylıq 2 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Hər iki kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli 001S**********01 nömrəli (zamin Cavabdeh1) və 001S**********02 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 001L**********31 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. Uzun müddətli kredit müqaviləsi üzrə kredit razılaşmasında kreditin faizi xx.xx.2019-cu il tarixli razılaşmada aylıq 1,7 yəni illik 20,4 %, xx.xx.2018-ci il tarixli kredit razılaşması üzrə isə illik kredit faizi 24 % müəyyən edilmiş,kredit müddəti müvafiq olaraq 24 ay və 30 ay müəyyən edilmişdir. Zaminlik müqavilələrində kredit məbləğinə görə faiz dərəcəsi 28 %, kreditin müddəti isə 120 ay yəni 10 illik müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzil ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 001L**********31 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən sahəsi 66.6 kv.m olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzil kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2018-ci il qeydiyyat tarixində daşınmaz əmlakın dövlət reyestrində 722 nömrəli reyestr kitabının 67673 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli ƏEM/Y07-007/24 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilin likvid dəyəri isə 156 000 manat müəyyən edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, 001L**********31 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 200 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2028-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlananvə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 30 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15 000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2018-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 24 ay müddətinə aylıq 2 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2020-ci il tarixli 001S**********01 nömrəli (zamin Cavabdeh1) və 001S**********02 nömrəli (zamin Cavabdeh3) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2018-ci il tarixli, 001L**********31 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. Məhkəmə müəyyən edir ki, zaminlik müqaviləsi hər kredit razılaşma üzrə deyil, yalnız üzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış, lakin kredit razılaşmalarında müəyyən edilən müddət və faiz dərəcəsi zaminlərlə bağlanmış zaminlik müqavilələrində müəyyən edilən kreditin müddəti və faiz dərəcəsindən aşağı olduğundan zaminlərin vəziyyətini ağılaşdıran hallar mövcud deyildir. xx.xx.2018-ci il tarixdə ipoteka müqaviləsi bağlanaraq Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzil ipoteka qoyulmuş və həmin mənzil kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi iddiaçının xeyrinə yüklü edilmişdir. "xxxx" MMC-nin rəyi ilə həmin əmlakın likvid dəyəri 156 000 manat müəyyən edilmişdir. İddia tələbinin əsas və faiz borclarının tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə həmin borcların mövcudluğu təsdiqini tapmışdır. Cavabdehlər isə əsas və faiz borcuna münasibətdə hər hansı bir etiraz bildirməmiş, tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam müəyyən edilmədiyindən məhkəmə əlavə araşdırma aparmamış, ekspertiza təyin etməmiş, sübutlar tələb etməmiş, təqdim edilən sübutlarla kifayətlənmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, 001R********** saylı krеdit razılaşması üzrə 2465.3 manat məbləğində krеdit bоrcu, 650.03 manat məbləğində faiz bоrcu və 001R********** saylı krеdit razılaşması üzrə 4499.43 manat məbləğində krеdit bоrcu, 912.59 manat məbləğində faiz bоrcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri qismən lazımi qaydada icra etməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 001R********** saylı krеdit razılaşması üzrə 50 manat cərimə bоrcu və 001R********** saylı krеdit razılaşması üzrə 30 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilin likvid dəyəri 156 000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur ki. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia üzrə dövlət rüsumu 116,10 manat olduğundan, 16,07 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamandan ödənilmiş 100 manat mediasiya xərcinin 8,38 manatı iddiaçıya aid edilməli, 91,62 manat hissəsi isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh dövlət rüsumu olaraq mediasiya xərcini iddiaçıya ödənilməsi barədə qərar qəbul edildiyindən o əlavə dövlət rüsumunu ödəmək vəzifəsi daşımamalıdır. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının 3,77 manat hissəsi iddiaçıya aid edilməli, 41,23 manat hissəsi isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə hesab edir ki, əmlakın qiymətləndirilməsi barədə rəyə görə tələb edilən haqq həddən artıq çoxdur və tərəflərin mənafeyinə uyğun deyildir. Ona görə də həmin məbləğ 200 manat həddində müəyyən edilməsi daha ağılabat və ədalətlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 200 manat pulun 100 manatı AccessBank” QSC-dən, 100 manatı isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 müştərək qaydada 001R********** saylı krеdit razılaşması üzrə 2465.3 manat məbləğində krеdit bоrcu, 650.03 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu, 001R********** saylı krеdit razılaşması üzrə 4499.43 manat məbləğində krеdit bоrcu, 912.59 manat məbləğində faiz bоrcu, 30 manat məbləğində cərimə borcu, ipoteka predmetinin dövlət qeydiyyatı üçün ödənilmiş 15 dövlət rüsumunun və 30 manat xidmət haqqının, cəmi 45 manatın, 41,23 manat hissəsi, məhkəməyə ödənilmiş dövlət rüsumunun 16,10 manat hissəsi və 91,62 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsində istifadədə olan 97A nömrəli, 9 mərtəbəli binada yerləşən 18 nömrəli mənzilin likvid dəyəri 156 000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan və məhkəmə tərəfindən azaldılan 200 manat pulun 100 manatı AccessBank” QSC-dən, 100 manatı isə cavabdehlərdən tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar