Məhkəmə qərarları › İş №e-2-2(117)-763/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-763/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-763/2023 05.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “13446,8 manat məbləğində kredit borcu, 2061,56 manat məbləğində faiz borcu və 70,87 manat məbləğində cərimə borcu və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “13446,8 manat məbləğində kredit borcu, 2061,56 manat məbləğində faiz borcu və 70,87 manat məbləğində cərimə borcu və ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 15000 manat olan krediti illik faiz dərəcəsi 21 % olmaqla 24 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,6 % nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecidkirilmiş hissəsi illik 21% + 5% gecikdirmə faizi ilə hesablanır. 6cı bəndinə əsasən borcalan bu razılşamaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə gecikdirilmiş borc məbləğinin 40 %-i məbləğində cəriməni banka ödəməyi öhdəsinə götürmüşdür. 12-ci bəndinə əsasən borcalan bu razılaşma üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin həmin öhdəlikləri razılaşmada müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verən bu razılaşmanı vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zaminlərlə (Cavabdeh3 və Cavabdeh2) 31FİZAM141217201 nömrəli və 31FİZAM181786401 nömrəli zaminlik müqavilələri bağlanmışdır.Həmin müqavilələrin 2.1-ci bəndlərinə əsasən zamin faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli köçürmə sənədindən məlum olur ki, bank tərəfindən 14627 manat vəsait Cavabdeh1 31-1412254-1 nömrəli bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 13446,8 manat əsas, 2061,56 manat faiz, 70,87 manat cərimə borcu mövcuddur. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini bildirdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında borcu qəbul etdiyini, lakin maddi imkanı olmadığına görə birdəfəyə ödəyə bilmədiklərini, gələn ilin yanvar-fevral aylarınadək möhlət verilərsə, borcu tam şəkildə ödəyəcəyini bildirdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında borcu qəbul etdiyini, lakin cərimələrin azaldılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən bank məbləği 15000 manat olan krediti illik faiz dərəcəsi 21 % olmaqla 24 ay müddətinə dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22,6 % nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecidkirilmiş hissəsi illik 21% + 5% gecikdirmə faizi ilə hesablanır. 6-cı bəndinə əsasən borcalan bu razılşamaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə gecikdirilmiş borc məbləğinin 40 %-i məbləğində cəriməni banka ödəməyi öhdəsinə götürmüşdür. 12-ci bəndinə əsasən borcalan bu razılaşma üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin həmin öhdəlikləri razılaşmada müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verən bu razılaşmanı vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zaminlərlə (Cavabdeh3 və Cavabdeh2) 31FİZAM141217201 nömrəli və 31FİZAM181786401 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 3.1-ci bəndində zaminlik müqaviləsinin qüvvədə olma müddəti kredit müqaviləsi ilə eyni olduğu bildirilir. Kredit müqaviləsinin müddəti isə xx.xx.2024-cü il tarixdə bitir. xx.xx.2023-cü il tarixli köçürmə sənədindən məlum olur ki, bank tərəfindən 14627 manat vəsait Cavabdeh1 31-1412254-1 nömrəli hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 13446,8 manat əsas, 2061,56 manat faiz, 70,87 manat cərimə borcu mövcuddur. Cavabdeh tərəf əsas və faiz borclarının olmasını etiraf etmişdir. Məhkəmə öz təşəbbüsü ilə, qeyd edilən borcların əsassızlığına şübhə yaranmadığı üçün əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Odur ki, həmin borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “70,87 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-cı bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə 70,87 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13446,8 manat məbləğində kredit borcu, 2061,56 manat məbləğində faiz borcu və 70,87 manat cərimə borcu və 200 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 200 manat mediasiya xərci cavabdehlərdən tutulmalı, ödənilməli olan 136.74 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13446,8 manat məbləğində kredit borcu, 2061,56 manat məbləğində faiz borcu və 70,87 manat cərimə borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 136,74 manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar