Məhkəmə qərarları › İş №e-2-2(117)-767/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-767/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-767/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 4677.5 manat məbləğində krеdit bоrcu, 2218.26 manat məbləğində faiz bоrcu və 1543.18 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 8438.94 məbləğində bоrcun, tərəfimizdən ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin və 4.39 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2008-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 02L000002699 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə zamin Cavabdeh2 ilə, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 002S**********05 nömrəli və 02S000023014 nömrəli zaminlik müqavilələri ilə zaminlər kredit alanın kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. xx.xx.2021-ci il tarixdə 02L000002899 nömrəli kredit xətti müqaviləsinə dəyişiklik edilməsi barədə 02L000002699SA nömrəli saziş bağlanmış və həmin sazişə əsasən kreditin məbləği 300000 ABŞ dolları, kreditin müddəti isə 272 ay müddətinədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə zaminlik müqavilələrinə dəyişiklik edilməsi barədə 02S000023014SA nömrəli və 002S**********05SA nömrəli sazişlər üzrə zaminlik müqavilələrinin də qüvvədə olma müddətləri uzadılmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında kredit xətti müqaviləsi əsasında 002R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh3 24 ay müddətinə, illik faiz dərəcəsi 2.0833% оlmaqla 6500 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 002R********** nömrəli kredit razılaşması üzrə ödənilməmiş 4677.5 manat məbləğində krеdit bоrcu, 2218.26 manat məbləğində faiz bоrcu yaranmış və iddiaçı əsas borca münasibətdə 1543.18 manat cərimə borcu hesablamışdır. Bu hal maliyyə arayışı ilə təsdiq olunur. Cavabdeh3 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən pretenziya sənədi və xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada Cavabdeh1 xx.xx.2024-cü il tarixdə şəxsən çatdırılmışdır. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2024-cü il tarixdə göndərilmiş məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, qeyd edilən sənədlər Cavabdeh3 çatdırılması üçün xx.xx.2024-cü il tarixdə və digər Cavabdeh2 çatdırılması üçün Yevlax Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Eyni zamanda məhkəmə sənədəri qeyd edilən cavabdehlərin vergi orqanında yarqadılan elektron kabinetinə yerləşdirilməsi üçün vergi orqanına göndərilmişdir. Məhkəmə, göstərilən cavabdehlərə münasibətdə məhkəmə sənədlərinin çatdırılması mümkün olmayan sənədlərin Yevlax Rayon İcra Hakimiyyətinə və vergi orqanına göndərilməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2008-ci il tarixli, 02L000002699 nömrəli kredit xətti müqaviləsi, 002R********** nömrəli kredit razılaşması, Zaminlik müqavilələri, Kredit xətti müqaviləsinə əlavə saziş, Zaminlik müqavilələrinə əlavə sazişlər, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında kredit xətti müqaviləsi əsasında 002R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh3 24 ay müddətinə, illik faiz dərəcəsi 2.0833% оlmaqla 6500 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 002R********** nömrəli kredit razılaşması üzrə ödənilməmiş 4677.5 manat əsas bоrcu, 2218.26 manat faiz bоrcu qalmışdır. Bu hal maliyyə arayışı ilə təsdiq olunur. Məhkəmə 1543,18 manat məbləğində cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 002R********** nömrəli kredit razılaşması üzrə əsas borcun 5 faizi həddində 233 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən iddia tələbi cavabdehlərdən müştərək qaydada 4677.5 manat əsas bоrcu, 2218.26 manat faiz bоrcu və 233 manat cərimə borcunun tutulması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddiaçı 100 manat mediasiya xərci və 4,39 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 104,39 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən və məhkəmə ona verilmiş hüquqlardan istifadə edərək cərimə məbləğini azaltdığından 104.39 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı tərəfindən 4,39 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən 4,39 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya, qalan 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən 100 manat mediasiya xərci ödənildiyini və həmin məbləğin cavabdehdən tutulmasını tələb etdiyindən 100 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 4677.5 manat əsas bоrc, 2218.26 manat faiz bоrcu, 233 manat cərimə borcu, 100 manat mediasiya xərci və 4,39 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar