Məhkəmə qərarları › İş №e-2-2(117)-768/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-768/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-768/2025 24.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 qarşı “29 manat məbləğində icarə haqqı borcu” tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 qarşı “889 manat məbləğində icarə haqqı borcu” tələbinə dair iddia tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən icarə haqı borcu olan 860 manat ödənildiyindən ödənilməmiş 29 manat icarə haqqı borunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 29 manat məbləğində icarə haqqı borcunu ödədiyini bildirmiş və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehi dinləyib, məhkəməyə təqdim etdiyi qəbzləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh tərəfindən icarə haqqı borcu tam ödənildiyindən tərəflər arasında hazırkı vəziyyətdə artıq mübahisə mövcud olmadığından işə məhkəmə tərəfindən baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. İddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından müəyyən edilir ki, iş üzrə cavabdehin 29 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin təqdim etdiyi qəbzlərdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə 9156 qəbzlə 1 manat, 6979 nömrəli qəbzlə 28 manat məbləğində “Yay otlaqlarının icarə haqqı” təyinatı üzrə cəmi 29 manat məbləğində vəsaitini dövlət büdcəsinə ödəmişdir. Qeyd edilən sübutlardan müəyyən edilir ki, hazırkı vəziyyətdə tərəflər arasında artıq mübahisə mövcud deyildir, məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Belə kiMPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266 -268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X2 qarşı “29 manat məbləğində icarə haqqı borcu” tələbinə dair tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar