Məhkəmə qərarları › İş №e-2-2(117)-77/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-77/2022

18.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-77/2022 18.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X1” MMC-yə qarşı Şəki Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(117)-72/2022 nömrəli işə e-2-2(117)-77/2022 nömrəli iş materialları ilə birlikdə baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “X1” MMCyə qarşı “cavabdehin dövlət büdcəsinə ödənilməmiş 1763,34 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 10000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş e-2-2(117)-72/2022 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Bundan əlavə iddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi cavabdeh “X1” MMC-yə qarşı “cavabdehin 27.09.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 3939,71 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 12000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş e-2-2(117)- 77/2022 nömrə ilə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə icraatda olan e-2-2(117)-72/2022 nömrəli işə e-2-2(117)-77/2022 nömrəli iş materialları ilə birgə baxaraq hesab edir ki, e-2-2(117)-77/2022 iş materialları e-2- 2(117)-72/2022 nömrəli işə birləşdirilməlidir. Belə ki, e-2-2(117)-72/2022 nömrəli və e-2-2(117)-77/2022 nömrəli iş materialları birgə araşdırılarkən müəyyən olunmuşdur ki, qeyd olunan işlər üzrə iddiaçı və cavabdeh eyni olmaqla yanaşı tərəflər arasında yaranmış mübahisə vergi orqanı tərəfindən yığılan ödənişlərlə bağlıdır. Bu səbəbdən də işlərə bir icraatda baxılması və vahid qərarın qəbul edilməsi daha məqsədə uyğundur ki, e-2-2(117)-77/2022 nömrəli iş daha öncə məhkəmənin icraatına daxil olmuş e-2-2(117)-72/2022 nömrəli iş materiallarına birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İddiaçı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X1” MMC-yə qarşı “siyahıya alınmış əmlakların satılması” tələbinə dair e-2-2(117)-77/2022 nömrəli iş e-2-2(117)-72/2022 nömrəli işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar