Məhkəmə qərarları › İş №e-2-2(117)-770/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-770/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-770/2024 02.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 18247.36 manat krеdit bоrcu, 7937.13 manat faiz bоrcu, 13220.96 manat cərimə borcu, ödənilmiş 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 18247.36 manat krеdit bоrcu, 7937.13 manat faiz bоrcu, 13220.96 manat cərimə borcu, ödənilmiş 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehlərdən müştərək qaydada 18247.36 manat krеdit bоrcu, 7937.13 manat faiz bоrcu, 13220.96 manat cərimə borcu, ödənilmiş 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-569/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 18247.36 manat məbləğində əsas bоrc, 7937.13 manat məbləğində faiz bоrcu, 900 manat cərimə borcu, 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməsi hissəsində iddianın təmin edilməsi, qalan hissədə rədd edilməsi qət edilmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni əsaslarla mübahisə predmeti olan borc məbləğlərinin cavabdehlərdən tutulması ilə bağlı mübahisəyə baxılmış və iş üzrə xx.xx.2024-cü il tarixdə yekun məhkəmə qətnaməsi qəbul edilərək mübahisəyə müvafiq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-569/2024 nömrəli qətnaməsi həmin dövr üçün (təkrar eyni işin icraata götürülməsi zamanı) qanuni qüvvəsini almasa da, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qətnaməsi mövcud olduğundan “cavabdehlərdən müştərək qaydada 18247.36 manat krеdit bоrcu, 7937.13 manat faiz bоrcu, 13220.96 manat cərimə borcu, ödənilmiş 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumunun tutulması” barədə hazırki tələbə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 18247.36 manat krеdit bоrcu, 7937.13 manat faiz bоrcu, 13220.96 manat cərimə borcu, ödənilmiş 200 manat mediasiya xərci və 8,22 manat dövlət rüsumunun tutulması” tələbinə dair e-2-2(117)-770/2024 nömrəli iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar