Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-772/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “0401793 nömrəli akt əsasında hesablanmış 1667 manat borcun silinməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsi ilə bağlı müqavilə bağlanmış və həmin qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən qaz sayğacı quraşdırılmışdır. İddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi Cavabdeh İB Zaqatala RQİİ tərəfindən qazla təmin edilmiş və iddiaçıya abonent kodu verilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticəsinə uyğun xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Sayğacın buraxıla bilən xəta ilə işlədiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. Eyni əsaslarla iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2024-cü il tarixli təbii X1 pozulması haqqında akt tərtib edilmişdir Bundan sonra dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və həmin sənədə əsasən G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 6480 m3 müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, bir müddət öncə o, sexdə olmayan zaman onun istifadəsində olan qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüşdür. Həmin zaman istifadəsində olan qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Lakin Cavabdeh İB-nin nümayəndəsi həmin vaxt orada olan şəxslərə bildirmişdir ki, sayğacın istismar müddəti bitdiyinə görə sayğac yeni sayğacla əvəz olunur. Sonradan ona məlum olmuşdu ki, Cavabdeh İB tərəfindən 1667 manat qalıq dəymiş ziyan hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki sahəsinə müracitə etdi və həmin vaxtı ona bildirmişdilər ki, onun adına təbii X1 pozulması haqqında ******* nömrəli akt tərtib olunmuş və itirilmiş qazın bərpası olaraq 6668 m qaz sərfi hesabına işlənmişdir. Onun müraciətindən sonra həmin təbii X1 pozulması haqqında ******* nömrəli akt təqdim edilmiş və həmin aktda göstərilmişdir ki, sayğacın daxili qulaqcıqlarında əzik aşkar olunmuşdur. Bildirmişdir ki, həmin akt və akt əsasında hesablanmış zərər tam qanunsuz və əsassızdır. Belə ki, qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, ******* saylı akt tərtib edilsə də, həmin aktda aktın tarixi, istehlakçının istifadəsində olan qaz sayğacına dair məlumatar göstərilməmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Təbii X1 pozulması haqqında ******* nömrəli aktda qaz sayğacının ARDNŞ-nın labaratoriyasında yoxlanılması qeyd edilsə də, qaz sayğacı bir neçə ay sonra laboratoriya yoxlamasına göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından ona labaratoriyada baxış keçirilmiş müddətədək qaz sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib edilməməsi isə məlum deyil. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. Hər ay təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləğ cavabdehin hesabına ödənilmişdir. Bundan sonra Cavabdeh tərəfindən təbii X1 pozulması haqqında təbii X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında qərar qəbul edilmiş və 6668 m yəni 1667 manat itirilmiş təbii qazın dəyərini ödəməli olduğu göstərilmişdir. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə münasibət bildirməmiş və iş üzrə cavabdehə hesablanmış borca dair sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Aktlar, Dəymiş ziyanla bağlı tələbnamə, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 1667 manat borc məbləğinin 1620 manat hissəsi sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır və iş materiallarında olan abonentn saldosundan da göründüyü kimi 1620 manat məbləğ akt əsasında cavabdehə hesablanmış borc məbləğidir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına hansı əsaslarla baxış keçirilməsi müəyyən olunmamış, iddiaçının iddiasına görə yeni sayğacla əvəz olunması məqsədilə köhnə sayğac çıxarılmış, sonradan ona məlum olmuşdur ki, təbii X2nı pozması ilə bağlı onun adına akt tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır. İddiaçının qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən götürülərək dövlət yoxlamasına göndərilmişdir. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izlərinin aşkarlanması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 6.5-2-ci bəndinə uyğun olaraq istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olmayan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu qaydaların 31.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.2-1-ci bəndi ilə müəyyən olunmuş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticəsinə uyğun xx.xx.2024-cü il tarixdə tərtib edilmiş akta əsasən plastmas qapağın daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuşdur. Sayğacın buraxıla bilən xəta ilə işlədiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. İtirilmiş qaz 6480 m3 müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, qaz sayğacına müdaxilə olunmasına dair hər hansı sübut mövcud deyildir. Qaz sayğacının möhürlərinin və sayğacın gövdəsinin tamlığı pozulmadan onun daxilinə müdaxilə edilməsi isə ağlabatam olmamaqla mümkün deyildir. Bundan başqa aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya 1620 manat məbləğində hesablanmış borc məbləği abonnetin hesabından silinməlidir. İddia tələbinin 47 manat borcun silinməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, işin sənədlərindən də göründüyü kimi cavabdehə akt əsasında hesablanmış borcun məbləği 1620 manat olmuşdur və bu hal abonentin saldosundan da görünür. Eyni zmanda tələbnaməyə əsasən 6480 m3 qazın itkisi hesablanmışdır ki, 0,25 manat dəyəri ilə hesablandıqda məbləğ 1620 manat təşkil edir. İddiaçı 47 manat borcun ona hansı əsaslarla hesablanmasını təsdiq edən sənədi təqdim etməmişdir ki, cavabdehin təqdim etdiyi akt və digər sənədlər əsasında məlum olduğu kimi abonentə 1620 manat itirilmiş qazın dəyəri olaraq borc hesablanmış, qalan 47 manat isə istehlak olunmuş qazın dəyəridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından 1620 manat borcun hesablanmasına dair Azəriqaz İB-nin hərəkətləri qanunsuz olmuşdur. Şərh olunanlara əsasən iddia qismən təmin edilməklə 1620 manat borc iddiaçının abınent hesabından silinməli, iddia qalan hiossədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 36,67 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 36,67 manat dövlət rüsumunun 1.03 manatı iddiaçıdan, 35,64 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 37 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etməmişdir. Bu səbəbdən həmin vəsait cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 1620 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-772/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-772/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver