Məhkəmə qərarları › İş №e-2-2(117)-773/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-773/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-773/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 1121,81 manat əsas borcun, 10,19 manat faiz borcunun və ödənilmiş 31.32 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixədək TM-427/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 14800 manat pulu illik 8,5 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında RTM-016 nömrəli restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqavilə ilə borcun ödənilmə müddəti 6 ay uzadılmışdır. Həmin müqaviləyə əsasən tərəflər borclunun Aqrarkredit QSC BOKT-nin Şəki filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, TM-427/21 saylı kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan cəmi 3360 manat kredit borcunun qalığını təsdiq edirlər. 2.2-ci bəndinə əsasən kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3360 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 6 ay müddətinədək uzadılmasını, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 3360 manat əsas borcun və bundan sonra ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas və faiz borcu 1-ci aydan başlayaraq illik 3 % dərəcəsi ilə 6 aylıq ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən ödənilir. Restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 arasında 26 oktyabr 2023-cü il tarixli Z-1 (RTM-016/23) saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin Cavabdeh1 borclunun restrukturizasiya olunmuş 3360 manat borcu ilə əlaqədar borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı 427/21 nömrəli kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış RTM-016 nömrəli restrukturizasiya müqaviləsi üzrə borclunun öhdəliyinin icra müddətini xx.xx.2024-cü il tarixədək uzatmış, buna baxmayaraq cavabdeh öhdəliyini qismən icra etdiyindən ödənilməmiş əsas və faiz borcları qalmışdır. Bu hal borca dair məlumat cədvəli və hesabdan çıxarış sənədləri ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixə borclu Cavabdeh2 restrukturizasiya olunmuş kredit borcunun ödənilmə vəziyyəti barədə məlumat cədvəlindən görünür ki, cavabdeh tərəfindən əsas borc üzrə 1121,81 manat, faiz borcu üzrə isə 10,19 manat borc ödənilməmiş qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh2 restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. 26 oktyabr 2023-cü il tarixli RTM-016 saylı Restrukturizasiya Müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 1121,81 manat, faiz borcu 10,19 manat olmaqla, cəmi borc 1132,00 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü tarixdə cavabdehlər Cavabdeh1 ünvanı üzrə və Cavabdeh2 ünvanı üzrə (şəxsən) poçt vasitəsilə təqdim olunmasına baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Restrukturizasiya müqaviləsi, Zaminlik müqaviləsi, Borca dair məlumat cədvəli, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında RTM-016 nömrəli restrukturizasiya müqaviləsi bağlanmış və həmin müqavilə ilə borcun ödənilmə müddəti 6 ay uzadılmışdır. Həmin müqaviləyə əsasən tərəflər borclunun Aqrarkredit QSC BOKT-nin Şəki filialı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, TM-427/21 saylı kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan cəmi 3360 manat kredit borcunun qalığını təsdiq edirlər. 2.2-ci bəndinə əsasən kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 3360 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 6 ay müddətinədək uzadılmasını, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 3360 manat əsas borcun və bundan sonra ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən restrukturizasiya olunan kredit üzrə əsas və faiz borcu 1-ci aydan başlayaraq illik 3 % dərəcəsi ilə 6 aylıq ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən ödənilir. İddiaçı 427/21 nömrəli kredit müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə bağlanmış RTM-016 nömrəli restrukturizasiya müqaviləsi üzrə borclunun öhdəliyinin icra müddətini xx.xx.2024-cü il tarixədək uzatmış, buna baxmayaraq cavabdeh öhdəliyini qismən icra etdiyindən ödənilməmiş əsas və faiz borcları qalmışdır. Bu hal borca dair məlumat cədvəli və hesabdan çıxarış sənədləri ilə təsdiq olunur. Belə ki, xx.xx.2024-cü il tarixə borclu Cavabdeh2 restrukturizasiya olunmuş kredit borcunun ödənilmə vəziyyəti barədə məlumat cədvəlindən göründüyü kimi cavabdeh tərəfindən əsas borc üzrə 1121,81 manat, faiz borcu üzrə isə 10,19 manat borc ödənilməmiş qalmışdır. İddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borclu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş 1121,81 manat əsas, 10,19 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin zamin Cavabdeh1 da tutularaq ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, restrukturizasiya müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 arasında 26 oktyabr 2023-cü il tarixli Z-1 (RTM-016/23) saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin Cavabdeh1 borclunun restrukturizasiya olunmuş 3360 manat borcu ilə əlaqədar borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Zaminlik müqaviləsinin 6.1-ci bəndindən də göründüyü kimi borclunun restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirənədək zaminlik müqaviləsi qüvvədədir. Zaminlik müqaviləsinin qeyd edilən bəndindən də göründüyü kimi zaminliyin qüvvədə olma müddəti konkret müəyyən olunmamışdır. Bu səbəbdən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2025-ci il tarixdə bitəcəkdir. Bu səbəbdən məhkəmə öhdəliyin icra vaxtı çatdıqdan sonrakı 1 il müddəti əsas götürüb hesab edir ki, zaminlik müqaviləsi qüvvədədir və Cavabdeh1 zamin qismində əsas borclunun öhdəlikləri üçün cavabdeh olduğundan ondan və əsas borclu Cavabdeh2 1121,81 manat əsas borc və 10,19 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 31.32 manat olmalıdır. İddiaçı tərəfindən 31.32 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 31.32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1121,81 manat əsas, 10,19 manat faiz borcu və 31.32 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar