Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-775/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əliyeva Mələk Rafail qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 13970.43 manat məbləğində kredit borcu, 1345.56 manat məbləğində faiz borcu və 743.21 manat cərimə borcu olmaqla ümumilikdə 16059.20 manat məbləğində borcun və ödənilmiş 138.18 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 13970.43 manat məbləğində kredit borcu, 1345.56 manat məbləğində faiz borcu və 743.21 manat cərimə borcu olmaqla ümumilikdə 16059.20 manat məbləğində borcun və ödənilmiş 138.18 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026L**********78 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 100 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla 20 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmalarının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. 026R********** saylı razılaşmanın 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında xx.xx.2022-ci il tarixli 026R**********S Kredit razılaşması və Ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş imzalanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. 5-ci bəndinə əsasən bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Kredit razılaşmasının ayrılmaz tərkib hissəsi hesab olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ödəniş cədvəllərindən görünür ki, cavabdeh 026R********** saylı kredit razılaşması və 026R**********S saylı Saziş üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş köçürmə sənədindən görünür ki, müvafiq olaraq 20 000 manat vəsait Cavabdeh5 **********904477 nömrəli bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh5 xx.xx.2024-cü il tarixə 026R********** saylı razılaşma üzrə 13970.43 manat əsas, 1345.56 manat faiz, 282 gün gecikdirilmə üçün hesablanmış 743.21 manat cərimə borcu olmaqla ümumilikdə 16059.20 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 026S**********01 nömrəli (zamin Cavabdeh2), 026S**********02 nömrəli (zamin Cavabdeh3), 026S**********03 nömrəli (zamin Cavabdeh4) və 026S**********04 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh5 arasında uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əsas borcunu qəbul edir. Həmin borcdan ümumilikdə 17500 manat ödəniş etmiş, ödənişlə bağlı bəzi qəbzləri itirmişdir. Hazırda borcun qalan hissəsini ödəməyə imkanı yoxdur. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzun müddətli kredit müqaviləsi, kredit razılaşmaları, zaminlik müqavilələri, maliyyə arayışları, ödəniş planları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 026L**********78 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə, 100 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 026R********** saylı kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla 20 000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmalarının 1.2-ci bəndinə əsasən kredit alan bu razılaşmanın ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürür. 026R********** saylı razılaşmanın 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında xx.xx.2022-ci il tarixli 026R**********S Kredit razılaşması və Ödəniş planına dəyişiklik edilməsi haqqında Saziş imzalanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. 5-ci bəndinə əsasən bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir və Kredit razılaşmasının ayrılmaz tərkib hissəsi hesab olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli ödəniş cədvəllərindən görünür ki, cavabdeh 026R********** saylı kredit razılaşması və 026R**********S saylı Saziş üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş köçürmə sənədlərindən görünür ki, müvafiq olaraq 20 000 manat vəsait Cavabdeh5 **********904477 nömrəli bank hesabına köçürülmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh5 xx.xx.2024-cü il tarixə 026R********** saylı razılaşma üzrə 13970.43 manat əsas, 1345.56 manat faiz, 282 gün gecikdirilmə üçün hesablanmış 743.21 manat cərimə borcu olmaqla ümumilikdə 16059.20 manat borcu mövcuddur. xx.xx.2021-ci il tarixli 026S**********01 nömrəli (zamin Cavabdeh2), 026S**********02 nömrəli (zamin Cavabdeh3), 026S**********03 nömrəli (zamin Cavabdeh4) və 026S**********04 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh5 arasında uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Əlavə olaraq cavabdeh X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əsas borcunu qəbul edir. Həmin borcdan ümumilikdə 17500 manat ödəniş etmiş, ödənişlə bağlı bəzi qəbzləri itirmişdir. Hazırda borcun qalan hissəsini ödəməyə imkanı yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı 026R********** saylı kredit razılaşması üzrə 13970.43 manat əsas, 1345.56 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “743.21 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış 026R********** saylı razılaşmanın 4.2.2-ci bəndinin tələbinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 026R********** saylı razılaşma üzrə 100 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, 026R********** saylı kredit razılaşması üzrə 13970.43 manat məbləğində kredit borcu, 1345.56 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 138.18 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 026R********** saylı kredit razılaşması üzrə 13970.43 manat məbləğində kredit borcu, 1345.56 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu və 138,18 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov