Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-788/2023 18.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi iştirakı, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “26 503 manat əsas, 4408,69 manat faiz borcu və 2445,49 manat cərimə borcu olmaqla, ümumilikdə 33357,18 manat məbləğində borcun, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 126 manat rüsumun, 200 manat mediasiya xərcinin tutulması və tələbin fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, cavabdehlərin ipoteka predmetlərindən çıxarılması, əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2020- ci il tarixli RB/KF-004 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 26 503 manat, faiz borcuna görə 2926, manat, cərimə borcuna görə 863,61 manat olmaqla cəmi 30 293,42 manat məbləğində borcun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin Yevlax rayon Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş cəmi 126 manat rüsumun, 200 manat məbləğində mediasiya xidmətinə ödənilmiş vəsaitin, cəmi 30 619,42 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olanünvan 2 ünvanında xüsusimülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumisahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətlərinin müəyyən edilməklə, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin xx.xx.2020-ci il tarixli RB/KF-004 saylı Kredit müqaviləsi üzrə cəmi 30 293,42 (otuz min iki yüz doxsan üç manat, qırx iki qəpik) manat borcunun və 326 manat məbləğində rüsumların İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusimülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumisahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmçinin ipoteka predmetlərində qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakların boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli RB/KF-004 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “İddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək “26 503 manat əsas, 4408,69 manat faiz borcu və 2445,49 manat cərimə borcu olmaqla, ümumilikdə 33357,18 manat məbləğində borcun, ipoteka bildirişlərinin qeydə alınması üçün ödənilmiş 126 manat rüsumun, 200 manat mediasiya xərcinin tutulması və tələbin fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, cavabdehlərin ipoteka predmetlərindən çıxarılması, əmlakın boşaldılmış vəziyyətdə təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərarına əsasən iddiaçının iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmə barədə vəsatəti verməsini, məhkəmə tərəfindən müvafiq qərardad qəbul etmədən tez müddətdə əmlakın qiymətləndirilməsi ilə bağlı rəy alınmasını, bu səbəbdən işin hallarnı tərəflərlə müzakirə etmədən məhkəmə baxışına təyin edilməsini nəzərə alıb iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini məhkəmənin icraatına qəbul etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia “ipoteka predmetlərinə yönəltmə edildikdən və satıldıqdan ən geci 1 ay ərzində cavabdehlərin həmçinin ipoteka predmetlərində qeydiyyatda olan və qeydiyyatsız yaşayan şəxslərin ipoteka predmetlərindən çıxarılması və əmlakların boşaldılmış vəziyyətdə təhvil verilməsi” hissəsində xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsinə uyğun izahata verərək iddia tələbini müdafiə etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Cavabdeh4 üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdehlər isə iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh4 arasında 25 dekabr 2020-ci il tarixli, RB/KF-004 nömrəli baş kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 300 000 manat məbləğində, 60 ay müddətinədək, kreditin illik faiz fərəcəsi 24 % olmaqla bərpa olunmayan kredit limitini ayırır. Müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borc verənin borc vermək vədini ifadə edir və borc alan tərəfindən hər hansı raşılaşma üzrə əsas borcun qaytarılması və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə borc verən öz mülahizəsinə əsasən bu müqavilə çərçivəsində verilmiş bütün kreditlərin və ya onlardan birinin yaxud bir neçəsinin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borcalandan tələb edə o cümlədən yeni kredit verməkdən imtina etmək hüququ vardır. Baş kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 75000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik faiz 19 % dərəcəsi ilə hesablanır. Müqavilə üzrə FİFD (faktiki illik faiz fərəcəsi) 20 % təşkil edir. 2.7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni, 38% borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 2.14.2-ci bəndinə əsasən, “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 fiaiz məbləğində cərimə tutulur. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2021-ci il tarixdən 2749,05 manat, sonuncu ay üçün isə 2756,25 manat olmaqla ümumilkdə 75000 manat və 23973 manat faizlə birlikdə ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini tam yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli (zamin Cavabdeh2) RB/KF-004 nömrəli (zamin Cavabdeh3) və RB/KF-004 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh4 arasında bağlanmış 36 ay müddətinə 75 000 manat məbləğində kredit xətti açılması barədə 25 dekabr 2020-ci il tarixli, RB/KF-004 nömrəli baş kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. xx.xx.2020-ci il tarixdə bağlanmış RB/KF-004 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixdə bağlanmış RB/KF-004 A nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən, 255,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixdə bağlanmış RB/KF-004B nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka qoyulmuş, həmin müqavilələr bankla borclu – Cavabdeh4 arasında bağlanmış 60 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 25 dekabr 2020-ci il tarixli, RB/KF-004 nömrəli baş kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** nömrəli, ********** nömrəli və ********** nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən yuxarıda qeyd edilən ipoteka predmeti olan fərdi yaşayış evləri dövlət qeydiyyatına alınmışdır.. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli ƏEM/S-717/23 nömrəli məktubla təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən, 255,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 39000 manat, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 30000 manat, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri isə 35000 manat müəyyən edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 75000 manat məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu müavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəlinə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. 2.2-ci bəndinə əsasən kredit 36 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hissə-hissə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik faiz 19 % dərəcəsi ilə hesablanır. Müqavilə üzrə FİFD (faktiki illik faiz fərəcəsi) 20 % təşkil edir. 2.7-ci bəndinə əsasən müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 38 % borc tam ödənilən günıədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrası dəbbə pulu (cərimə, penya), girov, ipoteka, zaminlik və digər təminatla təmin edilir. 2.13 ? Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2011-ci il tarixdən, sonuncu ay üçün isə 2713,35 manat olmaqla ümumilkdə 75000 manat ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini tam yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli RB/KF-004 nömrəli (zamin Cavabdeh2) RB/KF-004 nömrəli (zamin Cavabdeh3) və RB/KF-004 nömrəli (zamin Cavabdeh1) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh4 arasında bağlanmış 60 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə 25 dekabr 2020-ci il tarixli, RB/KF-004 nömrəli baş kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı isə tələbində cavabdehlərin 26 503 manat əsas, 4408,69 manat faiz borcu və 2445,49 manat cərimə borcunun ödənilməsini tələb edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə müqavilə münasibətləri davam etdiyindən və əsas və faiz borcuna münasibətdə öhdəliyin mövcudluğu təsdiq edildiyindən iddiaçı tələbində həmin hissədə haqlıdır. Cavabdeh isə məhkəmənin hazırkı qənəatinin əksi olaraq tərəflər hər hansı bir sübut təqdim etməmiş və bu arqumenti aradan qaldıran hal müəyyən edilməmişdir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 2.14.2-ci bəndinin tələbinə görə, müqavilə müddəti ərzində Kreditalan ödəniş planı üzrə ödənişin gecikdirməsi zamnaı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 250 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın fərdi yaşayış evlərinə yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMCnin rəyi ilə ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən, 255,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 39000 manat, Cavabdeh3 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 30000 manat, Cavabdeh4 mülkiyyətində olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri isə 35000 manat müəyyən edilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur ki. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 190 manat dövlət rüsumunun 12,51 manatı İddiaçı ASC-dən, 177,49 manatı isə Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamandan ödənilmiş 200 manat mediasiya xərcinin 186,83 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün 117,71 manat Cavabdeh4 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı İddiaçı ASC-dən, 150 manatı isə Cavabdeh4 tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 26503 manat əsas borc, 4408,69 manat faiz borcu, 250 manat cərimə borcu, 117,71 manat ipoteka predmetlərinə bildirişin alınmasına görə ödənilmiş dövlət rüsumu və 186,83 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında xüsusimülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Cavabdeh4 tam mülkiyyət hüququ üzrə məxsus Yevlax şəhəri, M.S.ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0,0437 ha torpaq sahəsindən, 155,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 35000 manat, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında xüsusimülkiyyətdə olan 0,03 ha torpaq sahəsindən 255,40 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 39000 manat, Cavabdeh3 tam mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, Fikrət Əmirov küçəsi,ev 24 ünvanında xüsusi mülkiyyətdə olan 0,0584 ha torpaq sahəsindən, 116,3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 30000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 190 manat dövlət rüsumunun 12,51 manatı İddiaçı ASC-dən, 177,49 manatı isə Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı İddiaçı ASC-dən, 150 manatı isə Cavabdeh4 tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********47981 193205, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov