Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-79/2023 13.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “3214,57 manat əsas borc, 379,49 manat faiz borcu olmaqla, cəmi 3594,06 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2017-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xxxx filialı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixədək 101QM/17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 9894 manat pulu illik 10 faizlə Cavabdeh verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ərizə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xxxx filialına məhkəməyə müraciət edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini və xx.xx.2019-cu il tarixdən X1 cəza çəkdiyini bildirmişdir. Azadlıqda olduğu vaxt təsərrüfat işləri ilə məşğul olmaq üçün 9894 manat kreditin 3594,06 manatını həbsə düşməsi səbəbilə ödəyə bilməmişdir. Göndərilən bildirişə cavab olaraq həbsdə olduğu üçün həmin ödənişin edilməsinin mümkün olmayacağını və ödənişi həbsdən azad edilən müddətdə edə biləcəyini bildirmişdir. Həbsdə olduğunu, azadlığa çıxdığı təqdirdə borcunu ödəyəcəyini nəzərə alaraq həmin pulun ödənilməsinə vaxt verilməsini xahiş etmişdir. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 9894 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 3214,57 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə bildirişini aldığını, xx.xx.2019-cu ildən X1 cəza çəkdiyini, həbsdə olduğu üçün onun və ailəsinin maddi imkanının çətinləşdiyini, bu səbəbdən borcunu ödəyə bilmədiyini, azadlıqda olan vaxt borcun xeyli hissəsini ödədiyini və azadlıqdan çıxdıqdan sonra borcunu ödəməyə hazır olduğunu bildirmiş və həbsdə olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ünvanı üzrə göndərilmiş, “həbsxanadadır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə bildiriş cavabdehin ailə üzvlərinə çatdırılması üçün Zaqatala rayon X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, xx.xx.2023-cü il tarixdə cavabdehə çatdrılması üçün X2 göndərilmiş, xx.xx.2023-cü il tarixdə şəxsən cavabdehə çatdırılmış və vavabdeh ərizə ilə iddia tələbinə münasibət bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445, 448, 449, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı borclu qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də borclu öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 3214,57 manat əsas borcu və müqavilənin 1.1-ci bəndinə əsasən hesablanmış 379,49 manat faiz borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2020-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumat və cavabdeh tərəfindən kredit təşkilatına ünvanlanmış ərizə ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb olunan 3214,57 manat əsas, 379,49 manat faiz borcu olmaqla, cəmi 3594,06 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh özü də xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək borcunun olduğunu, həbsdə olduğu üçün onun və ailəsinin maddi imkanının çətinləşdiyini, bu səbəbdən borcunu ödəyə bilmədiyini, azadlıqda olan vaxt borcun xeyli hissəsini ödədiyini və azadlıqdan çıxdıqdan sonra borcunu ödəməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 55,94 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və sonuncu həmin məbləği tələb etdiyindən 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3214,57 manat əsas, 379,49 manat faiz borcu və 60 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdeh 55,94 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-79/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-79/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver