Məhkəmə qərarları › İş №e-2-2(117)-79/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-79/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-79/2024 22.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 40,10 manat cərimə və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 40,10 manat cərimə və 60 manat mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 2500 manat olan krediti illik faiz dərəcəsi 22% olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 23,4 % nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2021-ci ildən başlayaraq sonrakı hər ay üçün 164,37 manat, sonuncu ay isə 164,36 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 faiz üstəgəl 5 faiz gecikmə faizi ödəməlidir. Kredit müqaviləsinin 6-cı bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 31FİZAM133594202 (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 2500 manat kredit məbləğinin xx.xx.2024-cü il tarixinədək illik 22 faiz kredit verilməsi ilə bağlı borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqavilələr zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 40,10 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən Cavabdeh1 rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə, Cavabdeh2 isə xx.xx.2024-cü il tarixdə çatdırılmış, lakin cavabdehlər 10 iş günü ərzində iddia tələbinə etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 2500 manat olan krediti illik faiz dərəcəsi 22 % olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 23,4 % nəzərdə tutulmuşdur. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini xx.xx.2021-ci ildən başlayaraq sonrakı hər ay üçün 164,37 manat, sonuncu ay isə 164,36 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 faiz üstəgəl 5 faiz gecikmə faizi ödəməlidir. Kredit müqaviləsinin 6-cı bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 31FİZAM133594202 (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 2500 manat kredit məbləğinin xx.xx.2024-cü il tarixinədək illik 22 faiz kredit verilməsi ilə bağlı borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Kredit müqaviləsinin 2.03. e bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 31FİZAM133594202 (zamin Cavabdeh2) nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 2500 manat kredit məbləğinin xx.xx.2024-cü il tarixinədək illik 22 faiz kredit verilməsi ilə bağlı borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsi konkret müddət müəyyən edilmədən bağlandığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin 2-ci cümləsində müəyyən edilən 1 illik müddət bitmədiyindən məhkəmə cavabdeh olan zaminə münasibətdə də tələbin təmin edilməsi nəticəsinə gəlmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 40,10 manat cərimə borcu mövcuddur. Cavabdehlər əsas və faiz borcuna münasibətdə hər hansı bir etirazını bildirməmiş və bu səbəbdən məhkəmədə bu məbləğlərlə bağlı əlavə araşdırma aparmamış, iddiaçının tələbində qeyd edilən məbləğin mövcud olmaması iş materialları ilə əlaqəli formada hər hansı bir şübhə yaratmamışdır. Məhkəmə iddia tələbinin “40,10 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 6-ci bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı 10 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 10 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi əsas və faiz borcuna münasibətdə tam təmin edildiyindən məhkəmə xərclərinin ödənilməsinin cavabdehlərə aid edilməsi qanuni və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilməli olan 42,16 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, 60 manat mediasiya xərcinin 60 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2013,96 manat əsas borc, 162,05 manat faiz borcu, 10 manat cərimə borcu və 60 manat mediasiya xərci müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 42,16 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar