Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-797/2023 24.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu, 90,10 manat cərimə borcu olmaqla, cəmi 8516,93 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 100 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu, 90,10 manat cərimə borcu olmaqla, cəmi 8516,93 manat borcun, mediasiya prosesi üzrə ödənilmiş 100 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/4048 saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 10000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İddiaçı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh yerinə yetirməmiş və nəticədə 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu, 90,10 manat cərimə borcu yaranmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas borcu yaranmışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu, 90.10 manat cərimə borcu olmaqla, cəmi 8516,93 manat borc mövcuddur. Gecikdirilən günlərin sayı 401 gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara ümumi şərtlər toplusu,maliyyələşdirmə üçün ərizə, xəbərdarlıq, zaminlik müqaviləsi, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/4048 saylı razılaşma imzalanmışdır. Həmin razılaşmanı imzalayaraq cavabdeh www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Tərəflər arasında imzalanmış ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən (kredit əməliyyatı üzrə) bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixidək, illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% olmaqla, 10000 manat məbləğində birdəfəlik kredit verilmişdir. İş materialları ilə sübut olunur ki, xx.xx.2023-cü il tarixə DC00270683-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu, 90.10 manat cərimə borcu olmaqla, cəmi 8516,93 manat borc mövcuddur. Gecikdirilən günlərin sayı 401 gündür. Məhkəmə qeyd edir ki, cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraznı bildirməmiş, əsas və faiz borcunu mübahisələndirməmiş, məhkəmə isə bununla bağı öz təşəbbüsü ilə hər hansı araşdırma aparılmasını zəruri bilməmişdir. Tələb edilən əsas borc, faiz borcu və cərimə borcunun məbləğləri cavabdehin etdiyi ödənişlərə müntənasib olmaması ilə bağlı hallar aşkar edilməmişdir.Təqdim edilən edilən sübutlar isə iddiaçının tələbində haqlı olduğunu göstərir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Cavabdehdən ödənilməli dövlət rüsumu 100 manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci və 6 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8217,49 manat əsas borc, 209,34 manat faiz borcu və 90,10 manat cərimə borcu, 100 manat mediasiya xərci və 6 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-797/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-797/2023
24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver