Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-799/2024 22.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri X2 və X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı cəmi 1500 manat borcunun ödənilməsinin öz öhdəliyinə qoyulması, əlavə olaraq məhkəmənin dövlət rüsumu olan 55 manat, 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdeh şəxsin öhdəliyinə qoyularaq və həmin şəxsdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair mübahisəyə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “Cavabdeh istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı cəmi 1500 manat borcunun ödənilməsinin öz öhdəliyinə qoyulması, əlavə olaraq məhkəmənin dövlət rüsumu olan 55 manat, 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdeh şəxsin öhdəliyinə qoyularaq və həmin şəxsdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənini 185-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, subicarə əsasında müəssisəyə məxsus boksu cavabdehə icarəyə vermişdir. 8 aydır ki, cavabdeh icarə haqqını ödəmir. Lakin boksdan istifadəni davam etdirir. Bu səbəbdən də boksun boşaldılması və pul tələbinə dair iddia ilə cavabdehin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişlər. Onlar öncə işi Sumqayıt Kommersiya Məhkəməsiə vermişlər. Lakin həmin məhkəmə işə cavabdehin qeydiyyat ünvanı üzrə baxılmalı olmasını bildirmiş və cavabdehin qeydiyyat ünvanı üzrə müraciət etmişlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh icarə haqqını ödəmir və boksdan çıxmır. Müxtəlif bəhanələrlə onları qıcıqlandırmağa çalışır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün müstəsna aidiyyət qaydalarına əsasən ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iş üzrə cavabdehin qeydiyyat ünvanı ünvan 3anın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasından irəli gəlir ki, hazırki tələbə daşınmaz əmlakın olduğu yer üzrə baxılmalıdır. Mübahisənin mahiyyətindən müəyyən olunan hal ondan ibarətdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və cavabdeh hazırki vəziyyətdə həmin icarə müqaviləsi üzrə Bakı-Quba yolunun 27-ci km ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (təmir sexi) istifadəyə görə icarə haqqını ödəməmiş və həmin əmlakdan istifadəni həyata keçirir ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılmasını, ödənilməmiş 5 ay üçün icarə haqqını, maddi və mənəvi ziyanı tələb edir ki, göstərilən vəziyyətdə mübahisə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsinin geri qaytarılması və pozulmuş hüquqların bərpasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Qərardan da göründüyü kimi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsi baxımından mübahisə predmeti olan Sumqayıt şəhəri, Bakı-Quba yolu, 27-ci kilometrliyində yerləşən torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin boşaldılması tələbi həmin daşınmaz əmlakın olduğu yerdə icra edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlak Sumqayıt şəhəri, Bakı-Quba yolu, 27-ci kilometrliyində yerləşir. Göründüyü kimi mübahisə predmeti olan daşınmaz əmlak Sumqayıt şəhəri, Bakı- Quba yolunun 27-ci km-liyində yerləşdiyindən və mübahisə həmin daşınmaz əmlakla bağlı olduğundan hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsində nəzərdə tutulmuş müstəsna aidiyyətin təsir dairəsinə düşür və mübahisəyə daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır ki, hazırki məhkəmə qeyd edilən mübahisəyə baxmaqda səlahiyyətli deyildir və işi aidiyyət qaydalarının pozulması ilə öz icraatına qəbul etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iddia tələbinə daşınmaz əmlakın olduğu yer üzrə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyət üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh istifadəsindəki boksu boşaltması və istifadə etdiyi boksun 5 aylıq icarə haqqı cəmi 1500 manat borcunun ödənilməsinin öz öhdəliyinə qoyulması, əlavə olaraq məhkəmənin dövlət rüsumu olan 55 manat, 1000 manat maddi və 1000 manat mənəvi təzminatın cavabdeh şəxsin öhdəliyinə qoyularaq və həmin şəxsdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-799/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-799/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver