Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-8/2023 10.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən xx.xx.2020-ci il tarixli, SKM-2189 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 11894,91 manat əsas borc, 5332,50 manat faiz borcu, 3000 manat dəbbə borcu, cəmi 20227,41 manat məbləğində pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat rüsumun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2020-ci il tarixli, SKM-2189 nömrəli kredit müqaviləsi üzrə 20227,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 232 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən xx.xx.2020-ci il tarixli, SKM-2189 nömrəli kredit müqaviləsi üzrə kreditə görə 11894,91 manat əsas borc, 5332,50 manat faiz borcu, 3000 manat dəbbə borcu, cəmi 20227,41 manat məbləğində pulun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat rüsumun və mediasiya xərci kimi ödənilmiş 200 manat məbləğin tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2020-ci il tarxili, SKM-2189 nömrəli kredit müqaviləsi üzrə 20227,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 232 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadığı halda, qalan borcun Cavabdeh2 və Cavabdeh1 ümumi qaydada tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyləri ilə tanış olmuşlar. Lakin həmin rəylər ilə razı deyillər. Çünki birinci ekspert rəyində uyğunsuzluq vardır, ikinci ekspert rəyində isə ekspert cavabdehlərin ödədiyi məbləği əsas borca deyil, faiz borcuna hesablamış və silmişdir. Cavabdeh kredit borcu üzrə müəyyən ödənişlər həyata keçirmişdir. Həmin ödənişlər əsas borca hesablanmalı idi. İddiaçının nümayəndəsi məhkəmə iclasında sənəd təqdim edərək 10087,91 manat əsas borcunun olduğunu bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, turizm sektorunun inkişafı üçün götürmüşdü. Kredit götürdüyü müddətdə VÖEN-i bağlatdırmışdır. Ona görə də pandemiya dövründə ona bank və dövlət tərəfindən heç bir yardım və güzəştlər edilməmişdir. Məhkəmədən güzəşt edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, banka ərizə təqdim etmişdir. Həmin ərizədə göstərmişdir ki, bank girov qoyduqları dükanın əvəzinə evi girov götürsün. Gələcəkdə vərəsələri arasında mübahisə yaranmaması üçün belə etmək istəmişdir. Güzəştlərin tətbiq edilməsini xahiş edir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli SKM-2189 nömrəli kredit müqaviləsinə əsasən, Borc verən bu müqavilənin şərtləri daxilində Borc alana ticarət və xidmət məqsədilə 15000 manat məbləğində kredit verməyi, Borc alan isə alıdığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə geri qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, kredit 36 ay müddətinə və illik 22 % hesablanmaqla verilmişdir. Müqavilə üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 23 % təşkil etmişdir. 2.7-ci bəndinə əsasən, müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu müqavilənin 2.3-cü maddəsində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində, yəni (44 %) faiz borc tam ödənilən günədək hesablanır və Borc alan tərəfindən tam ödənilməlidir. Müqavilənin 2.14.2-ci bəndinə əsasən borcalan müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikdirmənin birinci günündən başlayaraq gündəlik olaraq) məbləğində cərimə ödəyir. Eyni zamanda, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə SKM-2189 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqavilələrinin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasınadək qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyesterindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. xx.xx.2020-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binası ipoteka qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri isə 36000 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5547 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 12800,62 manat, faiz borcu isə 1842,56 manat müəyyən olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli SKM-2189 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) sonra cari hesaba 300 manat daxil olmuşdur ki, hazırki borc qalığının hesablanması həmin tarixədək olduğundan sonradan daxil edilən 300 manat məbləğ nəzərə alınmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7635 nömrəli təkrar rəyinin nəticə hissəsindən görünür ki, əvvəlki ekspert rəyindən fərqli olaraq borc məbləğini həcmi artmış və Cavabdeh2 xx.xx.2022-ci il tarixədək banka olan borcu əsas borc üzrə 15000 manat, faiz borcu isə 2424,01 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixli SKM-2189 nömrəli kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı üsulu kimi Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binası girov qoyulmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə SKM-2189 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2020-ci il tarixli SKM-2189 nömrəli zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalan kredit öhdəliklərini icra etməkdən imtina edərsə, zamin bütün öhdəliklər üzrə, kredit məbləği, kredit faizləri, borc tutulmaları üzrə məhkəmə xərclərinin, habelə vaxtı keçmiş faizlərin, dəbbə (penya) pullarının və cərimələrin ödənilməsi üçün öz əmlakı ilə borc verən qarşısında tam cavabdehlik və məsuliyyət daşıyır. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh2 20227,41 manat (11894,91 manat əsas, 5332,50 manat faiz, 3000 manat dəbbə borcu) məbləğində borcu qalmış, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2020-ci il tarixli SKM-2189 nömrəli kredit və zaminlik müqavilələri, ödəniş qrafiki, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixdə SKM-2189 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh2 ticarət və xidmət məqsədilə 15000 manat məbləğdə 36 ay müddətinə, illik 22% ödənilmək şərtilə kredit vəsaiti verilmişdir. Həmin müqavilə üzrə cərimə faizi isə 1% müəyən edilmişdir. Həmin müqavilə üzrə verilmiş kreditin təmini üsulu kimi Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binası girov qoyulmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və həmin şəxs bank qarşısında tam öhdəlik üzrə borcalanla birgə məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş 20227,41 manat (11894,91 manat əsas, 5332,50 manat faiz, 3000 manat dəbbə borcu) məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə müəyyən edir ki, iddaçı 11894,91 manat əsas borc, 5332,50 manat faiz borcu, 3000 manat dəbbə borcun ödənilməsini tələb etsə də, tələb olunan borcun məbləği ilə ekspert rəylərində müəyyən edilmiş məbləğ üst-üstə düşmür. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5547 nömrəli və xx.xx.2022-ci il tarixli 9/7635 nömrəli rəylərindən aydın olur ki, cavabdehin xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 12800,62 manat, xx.xx.2022-ci il tarixə isə əsas borcu 15000 manat təşkil edir, iddiaçının tələb etdiyi məbləğ isə 11894,91 manat müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında təqdim etdiyi sənədə əsasən cavabdeh tərəfindən ödənişlər edilmiş və xx.xx.2022-ci il tarixə cavabdehlərin 10087,91 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi tərəfindən borcun azaldığı sübut olunduğundan və ekspert rəylərində hesablanan məbləğ həmin məbləğdən artıq olduğundan, məhkəmə hesab edir ki, iddiaçı 10087,91 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “5332,50 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş birinci ekspertiza üzrə ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 1842,56 manat, təkrar ekspert rəyində isə xx.xx.2022-ci il tarixə isə 2424,01 manat faiz borcu mövcuddur. Məhkəmə xx.xx.2022-ci il tarixli ekspert rəyini əsas götürərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş ödəniş qəbzləri üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra ödənişlər edilmişdir ki, əvvəlki (xx.xx.2022-ci il tarixli 9/5547 nömrəli) ekspert rəyindən fərqli olaraq təkrar ekspertiza rəyində bu məbləğlər nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixli 9/7635 nömrəli təkrar ekspertiza rəyin nəticə hissəsi üzrə faiz borcu 2424,01 manat müəyyən olunmuşdur. iddiaçı tərəfindən təqdim edilən sübutlar faiz borcuna münasibətdə həmin təkrar ekspert rəyini istisna edə bilmir və həmin halı təkzib edən alternativ sübutlar mövcud deyildir. Ona görə də məhkəmə sonuncu ekspert rəyini əsaslı sübut olaraq qəbul edir və cavabdehdən 2424,01 manat faiz borcunun tutulmasını qanuni və əsaslı hesab edir. Çünki müqavilə müddəti hazırkı vaxta kimi bitməmiş, faizlərin hesablanması davam edir və cavabdehlər kredit borcundan qismən ödənişlər etmişdir. Ona görə də qeyd edilən təkrar ekpert rəyində qeyd edilən faiz borcu əsaslı və ağılabatdır. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın “Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2020-ci il tarixli, SKM-2189 nömrəli kredit müqaviləsi üzrə 20227,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 232 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın satışından əldə olunan pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 6.1-ci bəndində əsas öhdəliyi, yaxud onun hissəsinin icrası 90 təqvim günü müddətində gecikdirildikdə ipoteka saxlayanın tələbin ipoteka predmetinə yönəltmə hüququ əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri 36000 manat müəyyən edilmişdir. İddia tələbinin “İpoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 həmin əmlakdan çıxarılması və əmlakın boşaldılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qeyd edilən norma 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2018-ci il, № 296, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2527) ilə həmin norma xx.xx.2019-cu il tarixdən qüvvədə olduğundan, hazırkı ipoteka müqaviləsi isə xx.xx.2020-ci il tarxdə bağlandığından hazırkı müqavilə münasibətlərinə də şamil olunur və bu halda yenidən məhkəmə qərarının qəbul edilməsi tələb edilmir. Ona görə də iddia tələbi həmin hissədə əsaslı deyildir. Bundan başqa tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından həmin borc cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Eyni zamanda həmin zaminlik müqaviləsi kredit üzrə öhdəliklərin və borc verənə dəymiş zərərin tam icra olunduğu vaxtadək qüvvədədir. Belə ki, MM-in: 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsi hazırda qüvvədə olduğundan və zamin Cavabdeh1 müqavilə ilə öhdəlik götürdüyündən və öhdəliyi yerinə yetirmədiyindən iddia tələbi zaminə yönələn hissədə əsaslıdır. MM-in: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-ci maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə məbləği azaldılaraq cavabdehlərdən 3000 manat deyil, 150 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən 10087,91 manat əsas borc, 2424,01 manat faiz borcu, 150 manat dəbbə borcu cavabdehlərdən tutularaq İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin ipoteka predmetinin likvid dəyəri 36000 manat müəyyən edilməklə həmin əmlak açıq hərracda satılması və banka olan borc ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 128,65 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 81,39 manat dövlət rüsumu cavabdehlərdən, 47,06 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci 126,73 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 73,27 manat iddiaçıya aid edilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 32 manat rüsumun 20,28 manat cavabdeh, 11,72 manatı isə iddiaçıya aid edilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manatın iddiaçıya ödənilməli olan hissəsi 126,73 manat olduğundan və iddiaçı tərəfindən 47,06 manat dövlət rüsumu ödənilməli olduğundan və bildirişlərin qeydə alınmasın dair dövlət rüsumunun 11,72 manat hissəsi iddiaçıya aid olduğundan, cavabdeh tərəfindən mediasiya üçün ödəniləcək manatdan həmin məbləğlər (47,06+11,72 manat=58,78 manat) çıxılmaqla 67,95 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 81,39 manat dövlət rüsumuna əlavə edilməklə 128,45 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilən qanunvericiliyin normalarından çıxış edərək hesab edir ki, mütəxəssis tərəfindən verilmiş tədiqatın ümumi dəyəri 200 manat olan məbləğ cavabdehlərdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan ümumilikdə 200 manat məbləğ tərəflərdən bərabər qaydada tutulub dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10087,91 manat əsas borc, 2424,01 manat faiz borcu, 150 manat dəbbə borcu və 67,98 manat mediasiya xərci və bildirişlərin qeydə alınması üçün ödənilmiş 32 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasına yönəldilsin. İpoteka predmeti olan Şəki şəhəri, Sabit Rəhman küçəsində, 0,00306 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 24,3 kv.m olan qeyri-yaşayış binasının likvid dəyəri 36000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli 128,45 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı ASC-dən və 100 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Ekspetiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 100 manatı İddiaçı ASC-dən və 100 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-8/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-8/2023
10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver