Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-800/2023 11.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 013311 nömrəli akt əsasında hesablanmış 7712,37 manat borcun abonent hesabından silinməsi, ödənilmiş 51 manat pul dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyri-yaşayış sahəsinə məxsus sayğaca elektrik enerjisinin uçotu və “X1ydalarına” riayət olunması məqsədilə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, abonent elektrik sayğacına xüsusi cihaz vasitəsilə müdaxilə edərək sayğacın görüntü tablosu oxunmur və sayğac keçən enerjini qeyd etmir. Sayğacın laboratoriya şəraitində yoxlanılaraq yenisi ilə əvəz edilməsi tələb kimi göstərilməklə NDQ seriyalı 013311 nömrəli akt tərtib edilmişdir. Daha sonra "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Çıxarışa əsasən "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyriyaşayış sahəsinə məxsus sayğac yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac paketə qoyularaq ******* nömrəli möhürlə möhürlənmiş və abonentə 10 gün müddətində laboratoriya şəraitində yoxlamada iştirak etmək hüququ izah edilərək sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 256187 nömrəli akt tərtib edilmiş, habelə aparılmış yoxlama texniki vasitələrlə audio-video şəklində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə sayğac laboratoriya şəraitində yoxlanılmış, yoxlama zamanı sayğacın 766543 nömrəli AZS möhürü və 350289 nömrəli narıncı alt qapaq möhürünün pozulması, sayğacın daxili sisteminin texniki təsir nəticəsində yandırılaraq yararsız hala salınması, bu səbəbdən sayğacın işləməsi, göstəricinin xüsusi cihaz vasitəsilə oxunmasının mümkün olmaması və sayğacın istismara yararsız olması müəyyən edilərək sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında 008426 nömrəli aktprotokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli akt komissiyasının icra vərəqəsinə əsasən 7711 manat ((66 kvt x 12 saat x 93 gün -3552 kvts = 70104 kvts. 770104 kvts x 0,11 manat = 7711 manat) məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Mülkiyyətində Göyçay şəhəri Natavan küçəsində yerləşən qeyri-yaşayış binası vardır. Həmin mağazaya elektrik xətti çəkdirmiş, abonent kodu almış və "xxxx" ASC ilə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında "xxxx" ASC-nin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq X2yə görə ödənişlər olunur. "xxxx" ASC-nin əməkdaşları xx.xx.2022-ci il tarixdə ona məxsus olan qeyri-yaşayış binasında qanunsuz yoxlama apararaq həmin obyektə quraşdırılmış X2yə görə sayğaca baxış keçirmiş, X1ydalarının pozulması haqqında akt tərtib etmiş və istifadə olunmuş X2yə görə 7712,37 manat cərimə hesablanmışdır. Hesab edir ki, "xxxx" ASC tərəfindən X1ydalarının pozulması haqqında aktla ona 7712,37 manat cərimə hesablanması qanunsuzdur. Ona görə ki, istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC daşıyır. Bu səbəbdən o "xxxx" ASC-nə qarşı “qanunsuz hesablanmış pulun hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, hazırkı iddia ərizəsinə əsasən cavabdeh tərəfindən tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli, 013311 nömrəli akt əsasında hesablanmış 7712,37 manat manat pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona təqdim edilmiş aktda qeyd olunur ki, qeyriyaşayış obyektinə baxış keçirilmiş, işıq yanarkən sayğac dövrədən keçən enerjini qeyd etməməyi müəyyən edilmiş, sayğacda müdaxilə izləri aşkar olunmuşdur. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş, həmin akt əsasında cərimə hesablanmış və ona təqdim olunan akta əsasən (**********95) abonent kodunun qarşısına 7712,37 manat borc yazılmışdır. Aparılan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun aparılmamışdır. Belə ki, "xxxx" ASC-nin əməkdaşları, aralarında bağlanmış elektrik enerjisinin satılmasına dair alqı-satqı müqaviləsini əsas götürərək yoxlama apararkən təmsil etdiyi orqanın yoxlama aparmaq barədə yoxlayıcı orqanın rəhbəri tərəfindən imzalanaraq qəbul etdiyi qərarı elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və yoxlamanın başlamasından əvvəl reyestrdən onun adına çıxarış almalı olduğu halda, çıxarışı almadan yoxlamanı həyata keçirməklə hüquq normalarının tələblərini pozmuşlar. Bundan başqa mülkiyyətində olan qeyri-yaşayış obyektinə keçən elektrik enerjisini qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bu səbəbdən hesab edir ki, onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Bundan əlavə ona borc hesablanarkən 17,6 kvt - 365 günlük hesabat aparılmış və itirilmiş enerjinin dəyəri 7712,37 manat hesablanmışdır. Cavabdehin əməkdaşları aylıq elektrik enerji sərfiyyatı sayğac dəyişdirildikdən sonra 150-180 manat məbləğ keçməyən obyektə münasibətdə 3 ay əvvəl üçün 7712,37 manat həcmində itirilmiş enerjinin dəyərini hesablaması ağılabatan olmamaqla bərabər ədalətli və qanuni deyildir. Uzun müddətdir ki, obyektdə ayda təxminən 150 - 180 manat dəyərində elektrik enerjisi sərf edilir. Lakin hər ay ödəniş etdiyi halda birdən-birə obyektə verilən elektrik enerjisinə görə 7712,37 manat borcunun olması anlaşılan deyil. Cavabdeh elektron kabinet vasitəsilə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, 21 noyabr 2022-ci il tarixdə saat 20:00 radələrində "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsi əməkdaşları T.Əzimov və F.Cavadov tərəfindən Göyçay EŞ-nin xidməti ərazisində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı məxsus, Göyçay rayonunun Potu kəndində yerləşən avtoyuma sexi və kafenin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin elektrik sayğacına xüsusi cihaz vasitəsi ilə müdaxilə etdiyi, sayğacın görüntü tablosunun oxunmadığı və sayğacdan keçən enerjini qeyd etmədiyi məlum olmuşdur. Sayğacdan axan yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə İ1=11,68 A, İ2= 21,6 A və İ3= 20,5 A olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı kimi Göyçay EŞ-nin “Poroqram bazası”nda **********95 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın tələblərinə uyğun olaraq 013311 nömrəli akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “sayğac laboratoriya şəraitində yoxlanaraq yenisi ilə əvəz edilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın tərtibatında İddiaçı iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus obyektin elektrik enerjisi ilə təchizatına baxış saat 20:00 radələrində keçirildiyi üçün (müəssisə və təşkilatların iş vaxtı bitdiyi üçün) enerji təchizatı müəssəsinin əməkdaşları “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən qeydiyyatdan keçə bilməmişlər. xx.xx.2022-ci il tarixdə enerji təchizatı müəssisəsinin əməkdaşları İddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi ********** saylı VÖEN ilə qeydiyyatda olduğunu müəyyən edərək “yoxlamaların vahid məlumat reysterində” qeydiyyatdan keçərək xx.xx.2023-cü il tarixli KY221872644 saylı çıxarış almışlar. Çıxarış aldıqdan sonra iddiaçıya məxsus obyekti elektrik enerjisi ilə təchiz edən qüsurlu elektrik hesablama sayğacı iddiaçı barəsində tərtib edilmiş 013311 saylı akta əsasən “Mərkəzi Aran” RETSİ-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən “Sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə” 256187 №-li Akt tərtib edilməklə sənədləşdirilmişdir. Aktda çıxarılan sayğacın PAUD MP tipli zavod nömrəsi **********7 olan yeni sayğacla əvəz edilməsi barədə müvafiq qeydiyyat aparılmışdır. Aktın qeyd hissəsində “013311 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu və ******* saylı möhürlə möhürləndi. Aktda sayğacın 10 gün müddətində laborotoriyada yoxlanılacağı barədə və iddiaçının həmin yoxlamada iştirak edəcəyi barədə müvafiq qeydiyyat aparılmışdır. Akt “Mərkəzi Aran” RETSİ-nin sayğac quraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən imzalanmışdır. İddiaçı sayğacın yoxlanışında iştirak etməyəcəyini bildirərək akta imza etməkdən imtina etmişdir. Aktda İddiaçı məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi və sayğacın xx.xx.2022-ci il tarixdə audit əməkdaları tərəfindən Bakıya aparılması barədə qeydiyyat aprılmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-cı il tarixdə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən Laboratoriya Mərkəzində yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması” haqqında 008426 nömrəli aktprotokol tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın 766543 nömrəli AZS və 350289 nömrəli narıncı alt qapaq möhürü pozulub. Sayğacın daxili sxemi termiki təsir nəticəsində yandırılaraq yararsız hala salınıb. Bu səbəbdən sayğac işləmir. Göstəricinin xüsusi cihaz vasitəsi ilə oxunması mümükün olmadı. Sayğac istismara yararsızdır.” qeydiyyatı aparılmışdır. Akt komissya üzvləri tərəfindən imzalanmışdır. İddiaçı sayğac yoxlanışında iştirak etməmişdir. "xxxx"ASC-nin “Aktlar üzrə Komissiya” tərəfindən 21 noyabr 2022-ci il tarixli, 013311 saylı akta əsasən iddiaçıya məxsus obyektin sutkanın 12 saatı ərzində işləməsi nəzərə alınmaqla sayğacın 66 kvt təşkil edən gücünə uyğun olaraq 93 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 7711 manat təşkil edən 70104 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi iddia ərizəsində enerji təchizatı müəssəsinin əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulduğunu, mülkiyyətində olan qeyri yaşayış obyektinə keçən elektrik enerjisini qeyd edən sayğacın enerjitəchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçının məsuliyyət daşıya bilmədiyini bildirərkən qeyri-səmimiliyə yol verərək məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi enerjitəchizatı müəssisəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysterindən qeydiyyatdan keçmişlər. Qüsurlu (müdaxilə edilmiş) elektrik hesablama sayğacı iddiaçıya məxsus obyektin divarında quraşdırılmışdır. Sayğacın üzərinə “dəmir barmaqlıq”dan ibarət örtük çəkilmişdir ki, həmin örtüyün qapısı qıfılla bağlanır və kənar şəxslər tərəfindən sayğaca müdaxiləni istisna edir. Aşkar edilmiş enerji pozuntusu faktının enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə aparılmış video çəkilişdə elektrik hesablama sayğacının yuxarıda qeyd edilən qaydada obyektin divarına quraşdırıldığı və bu halda sayğacın toxunulmaz vəziyyətdə saxlanılmasına istehlakçının, bu halda isə İddiaçı cavabdehlik daşıdığına əyani sübutdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə sənədləri xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmiş, cavabdeh xx.xx.2023-cü il tarixlərdə elektron kabinet vasitəsilə etirazını və iş üçün əhəmiyyət kəsb edən sənədləri (aktlar, protokol, icra vərəqəsi, abonentin məlumatı, çıxarış, video material) məhkəməyə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Aktlar, çıxarış, İcra vərəqəsi, Etiraz, Video disk, Xəbərdarlıq məktubu, Abonent haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Əvvəla məhkəmə iddiaçının "xxxx" ASC tərəfindən aparılmış və mübahisə predmeti olan 013311 nömrəli aktın tərtib edilməsi ilə nəticələnən yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlama olmaqla vahid məlumat reyestrində qeydiyyata alınmalı olması, lakin qeydiyyata alınmaması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının bu dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5, 4.4 və 5.2-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Natəvan küçəsində yerləşən qeyri-yaşayış sahəsinə məxsus sayğaca xx.xx.2022-ci il tarixdə saat 20:20-də yalnız baxış keçirilmiş, sayğacın açılması, götürülməsi istiqamətində heç bir hərəkət edilməmiş, sonrakı gün yəni xx.xx.2022-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış alınmaqla abonentin mülkiyyətində olan qeyriyaşayış binasına gələrək qanunamüvafiq qaydada sayğacın götürülməsi ilə bağlı hərəkətlər edilmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə yoxlama aparılmayaq yalnız baxış keçirilmiş və mübahisə predmeti olan akt tərtib edilmişdir ki, sözgedən akt da yalnız pozuntuları özündə əks etdirməklə heç bir hüquqi nəticə yaratmamışdır. Bundan sonra yoxlama dövlət qeydiyyatına alınmaqla cavabdehin əməkdaşları yenidən abonentə məxsus qeyri-yaşayış sahəsinə gələrək sayğacı götürmüş, sayğac laboratoriya şəraitində yoxlanılmaqla müəyyən edilmiş qüsurlarla bağlı itirilmiş enerjisinin bərpası məqsədilə borc hesablanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacı ilə bağlı aparılmış yoxlama qanuni olmuşdur və iddiaçının yoxlamanın qanunsuz olması ilə bağlı iddia dəlili əsassızdır. Bundan başqa məhkəmə yoxlama zamanı müəyyən edilmiş sayğacın 766543 nömrəli AZS möhürü və 350289 nömrəli narıncı alt qapaq möhürünün pozulması, sayğacın daxili sisteminin texniki təsir nəticəsində yandırılaraq yararsız hala salınması, bu səbəbdən sayğacın işləməsi, göstəricinin xüsusi cihaz vasitəsilə oxunmasının mümkün olmaması, sayğacın istismara yararsız olması və qanunvericiliyin tələbinə uyğun akt yazılmasına münasibətdə onu qeyd edir ki, X1ydalarının 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Belə olan halda hesablamanın aparılması üçün önəmli olan hal qaydaların 10.18.9-2ci bəndinə əsasən elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixinin müəyyən edilməsidir. Belə ki, aparılmış baxış nəticəsində elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacının zədələnmə vaxtını müəyyən etməyə imkan verir. Hazırki işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş məlumatdan müəyyən edilmişdir ki, abonentin elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə ümumiyyətlə baxış keçirilməmişdir. Eyni zamanda şərh olunan qanunvericiliyin tələbindən göründüyü kimi, Qaydaların 8.17-ci bəndində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş pozuntular texniki vasitələr (foto və ya videoçəkiliş aparılmaqla) vasitəsi ilə qeydə alınmalıdır. Bu hal aşkar olunmuş qüsurların sübutetmə vasitəsi kimi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisə predmeti olan aktın tərtib edilməsinə əsas olan pozuntular texniki vasitələrlə qeydə alınanaraq məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video materiala baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan aktla müəyyən edilmiş hallar mövcuddur, yəni həqiqətən də sayğacın AZS möhürü və alt qapaq möhürünün tamlığı pozulmuşdur, sayğacın ekranı işləmir. Bu səbəbdən məhkəmə hesab edir ki, yoxlama zamanı müəyyən edilmiş pozuntular həqiqəti əks etdirməklə, iddiaçının təqsiri, hətta qəsdi nəticəsində (möhürlərin tamlığının pozulması, ümumiyyətlə sayğacın ekranının işləməməsi) baş verdiyindən tərtib edilmiş akt tam qanunidir. Akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, cavabdeh enerjitəchizatı müəssisəsi tərəfindən aparılmış hesablama iddiaçının ərizəsində qeyd etdiyi kimi, 365 günə münasibətdə deyil, 93 günə münasibətdə aparılmışdır. Halbuki yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından 93 gün üçün deyil, 3 aydan çox olmayan müddətə, yəni 90 gün üçün hesablama aparılmalı idi. Belə olan halda itirilmiş enerjinin dəyəri (66 kvt x 12 saat x 90 gün) – 3552 kvt (istehlak edilərək dəyəri ödənilmiş elektrik enerjisi) = 67728 kvt x 0,11 manat = 7450,08 manat təşkil edir ki, bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz həmin məbləğdə borc hesablanmalı idi. İddia qismən təmin edilərək 7450,08 manat borc saxlanılmaqla qalan 260,92 manat silinməlidir. Belə ki, istər X3 Qaydalarında, istərsə də energetika sahəsini tənzimləyən qanunvericilik aktlarında 1 ay ifadəsinə aydınlıq gətirilməmiş və 1 ayın necə gün olmasına dair acıqlama mövcud deyildir. Məhkəmə, bu halı abonentin xeyrinə şərh edərək hesab edir ki, hesablama 90 gün üçün aparılmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, iddiaçıya onun iddia etdiyi kimi itirilmiş elektrik enerjisi ilə aparılmış hesabat 7712,37 manat deyil, 7711 manat təşkil edir. Bundan başqa məhkəmə iddiaçının “istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi "xxxx" ASC daşıması” ilə bağlı iddia dəlilinə münasibətdə qeyd edir ki, fiziki şəxsin istifadəsində olan sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin enerjitəchizatı müəssisəsinin daşıması ilə bağlı qanunvericilik norması mövcud deyildir. Bundan əlavə məhkəmə iddiaçının “istifadəsində olan qeyri-yaşayış binasına verilən elektrik enerjisini qeyd edən sayğacın enerjitəchizatı müəssisəsinin cavabdehlik daşıdığı əraziyə quraşdırılması” ilə bağlı iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iş materiallarında olan yoxlamaya dair qeydə alınmış audio-video materialdan görünür ki, sayğac iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin divarında quraşdırılmış və sayğacın üzərində qapısı qıfılla bağlanan qutu və dəmir barmaqlıq mövcuddur, qıfılın açarı isə iddiaçıdadır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, hətta həmin ərazi enerjitəchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazi olmuş olsaydı belə, bu hal iddiaçıya sayğaca müdaxiə etmək hüququ vermir və belə bir müdaxilə nəticəsində nəzərdə tutulmuş məsuliyyətdən onu azad etmir. Sonda məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən və video görüntüdən görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacın da möhürlərinə müdaxiə edilərək tamlığı pozulmuş və bu səbəbdən ona itirilmiş enerjinin dəyəri hesablanmışdır. Göründüyü ki, iddiaçının həm fərdi yaşayış evinə, həm də qeyri-yaşayış sahəsinə quraşdırılmış enerji üçot dəstində eyni müdaxilə mövcuddur və bu hal bir daha hazırki iş üzrə müdaxilənin iddiaçı tərəfindən türədilməsini təsdiq edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına quraşdırılmış elektrik sayğacı ilə bağlı aparılmış yoxlama, yoxlama nəticəsində tərtib edilmiş akt X1ydalarının tələblərinə uyğun olmaqla tam qanuni olduğundan, yalnızca hesablama 3 gün çox hesablandığından iddia həmin 3 gün müddətə münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 97,12 manat olmalıdır ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 50 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən aparılmış yoxlama qanuni hesab edilməklə iddia tələbi yalnızca 3 gün hesablamaya münasibətdə təmin edildiyindən ödənilməmiş 47,12 manat dövlət rüsumu bütöv şəkildə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin, iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5ci (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad deyildir. Belə ki, bu hal şəxsi təlabatın ödənilməsi ilə bağlı istehlak hüquqlarına aiddir ki, bu norma sahibkar subyektinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı istehlakını nəzərdə tutmur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Göründüyü kimi, istehlakçı məhz şəxsi tələbatını ödəmək üçün mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırki iş üzrə isə elektrik enerjisinin verilməsi ərizəçinin şəxsi tələbatını ödəmək üçün deyil, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazaya göstərilən xidmətdir ki, ərizəçi sahibkarlıq fəaliyyətini həyata keçirərək mənfəət götürmək məqsədi ilə X2 edir. Bundan başqa iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilsə də, məhkəmə hesab edir ki, 50 manat mediasiya xərci cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixli 013311 nömrəli akt əsasında hesablanmış 260,92 manat borc abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 47,12 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-800/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-800/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver