Məhkəmə qərarları › İş №e-2-2(117)-802/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-802/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-802/2024 24.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu, 614.22 manat cərimə borcu, mediasiya xərci olaraq ödənilmiş 143.81 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 026L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 200000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 arasında borcalanın 026L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 026S**********01 nömrəli, 026S**********02 nömrəli, 026S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 026R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 23000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit razılaşmasının ödəniş planına əsasən cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 23000 manat əsas və 9343,06 manat faiz olmaqla iddiaçıya cəmi 32343,06 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun kredit razılaşması üzrə ödənilməmiş 15355,53 manat əsas bоrc, 1966,40 manat faiz bоrcu, 614,22 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubları, pretenziya, xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdehlər borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü krеdit bоrcundan 7644.47 manat ödəmiş, onun 15355.53 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 228 gün üçün hesablanmış faiz borcu 1966.40 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 228 gün üçün hеsablanmış cərimə 614.22 manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı və Cavabdeh3 arasında 200000 manat məbləğə dair, 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla kredit xətti müqaviləsi bağlanmış və digər cavabdehlər həmin kredit xətti müqaviləsi üzrə zamin durmuşlar. Bundan sonra tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən həmin vətəndaşın bankda olan başqa kredit müqaviləsinə əsasən borcu bağlanmışdır. Yəni 23000 manatlıq kreditin ödənilməsi ilə bağlı cədvəl verilmişdir. Uzun müddətli kredit müqaviləsinin 1.8 bəndində göstərilmişdir ki, kreditlər təyinatı üzrə istifadə edilməli, lakin bank cavabdehin təsərrüfatına baxış keçirməmiş, bunun ödəniş qabiliyyəti olub-olmaması araşdırılmamış və bu borc verilmişdir. 23 000 manat verilən kreditin məbləği, Cavabdeh3 digər kreditinə silinmişdir. Cavabdeh3 bildirdiyinə görə 15000 manata yaxın ödəniş etmişdir. Lakin onun ödədiyi vəsait kredit hesabından düzgün silinməmişdir. Nəticə etibarı ilə ondan 17000 manatdan artıq pul tələb edilir. Hesab edirlər ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Onların hesablamalarına görə 7000 manat borcları vardır. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2020-ci il tarixli, 026L**********54 nömrəli uzunmüddətli kredit müqaviləsi, xx.xx.2022-ci il tarixli, 026R********** nömrəli kredit razılaşması, Zaminlik müqavilələri, Maliyyə arayışı, ödəniş planı, bank hesabından çıxarış, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 026R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 23000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi iddiaçı öhdəliklərini yerinə yetirərək kredit razılaşmasında müəyyən olunmuş məbləği cavabdehə versə də, Cavabdeh3 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun kredit razılaşması üzrə ödənilməmiş 15355,53 manat əsas bоrc, 1966,40 manat faiz bоrcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Cərimə borcunun yaranması əsasları ilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 026R********** nömrəli kredit razılaşmasının 4.2.2-ci bəndində tərəflər, ödəniş planı üzrə ödənişin edilmədiyi təqdirdə kredit qalığının 0,1 faizi həcmində cərimənin ödənilməsi ilə bağlı razılığa gəlmişlər ki, bank hesabından çıxarışla müəyyən olunduğu kimi, əsas borcu oan cavabdeh 2023-cü ilin avqust ayından sonra ödəniş etməmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir ki, kreditin qalıq məbləğinə münasibətdə cərimə borcu iddiaçı tərəfindən az hesablanmışdır. Əsas borcun 5 faizi həcminə götürdükdə cərimənin məbləği 767 manat təşkil edir ki, iddiaçının tələb etdiyi cərimənin məbləği əsas borcun 5 faizindən az, yəni 614,22 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Məhkəmə, cərimənin hesablanması ilə bağlı razılaşmanı və iddiaçının cərimənin məbləği ilə bağlı hesablamanı nəzərə alaraq hesab edir ki, dəbbə pulu cavabdehə düzgün hesablandığından 614,22 manat dəbbə pulu məbləği tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndə və vəkilinin məhkəmə iclasında verdiyi izahatına münbasibətdə qeyd edir ki, Cavabdeh3 tərəfindən 15000 manata yaxın ödəniş edildiyi bildirilsə də, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Lakin bank hesabından çıxarışla müəyyən edilmişdir ki, cavadeh tərəfindən ödəniş planına əsasən 2023-cü ilin avqust ayı daxil olmaqla ödənişlər edilmiş, bu müddətdən sonra hər hansı ödəniş edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 23000 manat əsas və 9343,06 manat faiz olmaqla iddiaçıya cəmi 32343,06 manat pul qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin vəkili 15000 manata yaxın ödəniş edildiyini bildirir. Cavabdehin ödəməli olduğu 32343,06 manatdan 15000 ödəniş çıxıldıqda 17000 manat çivarında borc qalığı qalmış olur. Cavabdeh tərəf onların hesablamalarına əsasən 7000 manat borcunun qaldığını bildirsə də bunu hansı qaydada hesablndığına dair əsaslandırma gətirə bilməmişdir. Görünür ki, cavabdeh tərəf bunu kreditin 23000 əsas məbləğindən ödədiyini bildirdiyi 15000 manatı çıxaraq müəyyən etmişdir ki, bunda da haqlı deyildir. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əsas borcla yanaşı faiz borcuda ödəməlidir və bu öhdəliyi müqavilə əsasında üzərinə götürmüşdür. Cavabdehin nümayəndəsi və vəkili mühasibatlıq ekspertizasının keçirilməsi barədə məhkəməyə müraciət etsə də vəsatətini əsaslandıra bilmədiyindən vəsatət, məhkəmə araşdırmasını uzatmaq məqsədi ilə verilməsi kimi qiymətləndirilmiş və məhkəmə iclasının protokol qərardadına əsasən rədd edilmişdir. Belə ki, qeyd olunduğu kimi cavabdeh tərəf 7000 manat borcunun olmasını idda edir və halı əsaslandıra bilmir. Bu halla bağlı isə məhkəmənin qiymətləndirməsi yuxarıda qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəf kredit xətti müqaviləsinin 1.8-ci bəndinin iddiaçı tərəfindən pozulduğunu iddia etsə də istinad olunan bənd kredit götürənin vəzələrinə aid olan məsələdir. Belə ki, qeyd olunan bənddə alınmış krediin təyinatı üzrə istifadəsindən bəhs edir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqavilələri üzrə zaminlər Cavabdeh3la birlikdə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıdığından, zaminlik müqavilələri qüvvədə olduğundan və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu və 614.22 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 143,81 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı rüsum xərcini tələ etdiyindən 143,81 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 15355.53 manat əsas bоrc, 1966.40 manat faiz bоrcu, 614.22 manat cərimə borcu və 143,81 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar