Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-804/2024 15.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “778.75 manat əsas, 9.97 manat faiz, 0.66 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.39 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin Şəki filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə ümumilikdə 2600 ABŞ dolları məbləğində əsas vəsaitin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsilə, aylıq isə 5.50 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin kredit müqaviləsi üzrə Əlavə Sazişdən göründüyü kimi bu müqaviləyə əsasən kreditorun borcalana 2600 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2051,92 ABŞ dolları təşkil edir. Kreditin müddəti isə xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə bağlanmış LM121900569 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun 935,36 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsinin bağlanması ilə borclunun restrukturizasiya olunmuş kredit borcları üzrə ilkin kredit müqaviləsinə xitam verilir. 3.3-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. 3.8-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi 18 ay müddətinə bağlanır və borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il tarixidir. 5.3-cü bəndinə əsasən borclu borcun ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0,02 faiz olmaqla restrukturizasiya müddətinin 0,1 faizdən çox olmamalıdır. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-cil tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 935,36 manat, faiz borcu isə 7,41 manat təşkil edir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixə müqavilə üzrə yaranmış əsas borc 778,75 manat, faiz borcu 9,97 manat, cərimə borcu 0,66 manat və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt illik 5%-lə hesablanmış faiz borcu 115,39 manat təşkil edir. Cavabdeh restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 778,75 manat əsas, 9,97 manat faiz borcu, 0,66 manat cərimə borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə pretenziya ilə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq olunmasına baxmayaraq, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM121900569 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 935.36 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 18 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada ünvanı üzrə şəxsən xx.xx.2024-cü il tarixdə çatdırılmasına bxamayaraq iddia tələbinə etirazını müəyyən olunmuş 10 iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi, xx.xx.2019-cu il tarixli, LM121900569 nömrəli restrukturizasiya müqaviləsi, Kredit müqaviləsinə əlavə saziş, Ödəniş cədvəlləri, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2, 739.2). İddia tələbinin restrukturizasiya olunmuş 778,75 manat əsas borc və 0,66 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə ümumilikdə 2600 ABŞ dolları məbləğində əsas vəsaitin artırılması məqsədilə kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 33 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə Əlavə Sazişdən göründüyü kimi bu müqaviləyə əsasən kreditorun borcalana 2600 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 2051,92 ABŞ dolları təşkil edir. Kreditin müddəti isə xx.xx.2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə bağlanmış LM121900569 nömrəli restrukturizasiya müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun 935,36 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-cil tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 935,36 manat təşkil edir. Cavabdeh restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 778,75 manat əsas borcu qalmışdır. İddiaçı restrukturizasiya müqaviləsinin 5.3-cü bəndinə əsasən 0,66 manat cərimə hesablamışdır. Bu hal iş materiallarında olan maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən 778,75 manat əsas borc və 0,66 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 9,97 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış LM121900569 nömrəli restrukturizasiya müqaviləsinin 3.3-cü bəndinə əsasən faizlər restrukturizasiya olunan tarixdən güzəştli kredit banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-cil tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş faiz borcu isə 7,41 manat təşkil edir. İddiaçı isə 9,97 manat faiz borcunun tələb edir ki, göründüyü kimi bunda da haqlı olmamışdır. Məhkəmə Restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlində qeyd edilmiş 7,41 manat faiz borcunu əsas götürüb hesab edir ki, cavabdehdən 7,41 manat faiz borcu tutuluraq iddiaçıya ödənilməlidir. Bundan başqa tələbin “kredit müqaviləsi bitəndən sonra hesablanmış 115.39 manat faiz borcunun ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı ərizəsində kredit müqaviləsi bitəndən sonra 115.39 manat faiz borcunun cavabdehdən tutulmasını iddia edir və tələbin bu hissəsinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Plenum qərarına istinad edir. Məhkəmə qeyd edir ki, əvvəla Konstitusiya Məhkəməsinin belə bir Plenum qərarı mövcud deyildir. Buna baxmayaraq iddiaçı ərizəsində, eləcə də, təqdim etdiyi maliyyə arayışında tələb etdiyi 115.39 manat faiz borcunu Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əlaqələndirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddiaçı tələbində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Plenum qərarını əsas gətirsə də, ərizəsində 115.39 manat faiz borcunu Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından əsaslandırır. Bu səbəbdən həmin maddəyə əsasən müqavilə müddəti bitdikdən sonra faiz borcunun ödənilməsini tələb edə bilər. Beləliklə cavabdeh tərəfindən 778,75 manat kredit məbləğinə münasibətdə 35 ay 20 gün üçün illik 5 %-lə hesablanmış 115,73 manat faiz borcu (778,75 x 5 % = 38,94 manat 12 ay üçün (1 illik), 38,94/12 = 3,245 manat aylıq, 3,245 / 30 = 0,108 günlük, 3.245 * 35 = 113,575 manat 35 ay üçün, 0,108 * 20 = 2,16 manat, cəmi 113.575 + 2.16 = 115,73 manat 35 ay 20 gün üçün) ödənilməlidir. İddiaçı isə müqavilə müddəti bitdikdən sonra 115,39 manat faiz ödənilməsini tələb edir ki, məhkəmə iddiaçının tələbi həddində 115,39 manat faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni hesab edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 778.75 manat əsas borc,7,41 manat fazi borcu, 0,66 manat cərimə borcu və gecikdirilmiş borca illik 5%-lə hesablanmış 115,39 manat faiz borcunun tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu əsas borclu olan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 778.75 manat əsas borc, 7,41 manat faiz borcu, 0,66 manat cərimə borcu, gecikdirilmiş borca illik 5%-lə hesablanmış 115,39 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-804/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-804/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver