Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-805/2024 09.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada 019R********** nömrəli krеdit razılaşması üzrə 1417.59 manat əsas bоrc, 161.78 manat faiz bоrcu və 57.85 manat cərimə borcunun və 70 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 019L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 70000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə kreditlərin verilməsinin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalanın 019L**********77 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 019S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 019R********** nömrəli krеdit razılaşması üzrə 1417.59 manat əsas bоrc, 161.78 manat faiz bоrcu və 57.85 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. İddiaçı tərəfindən pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsən ünvanları üzrə şəxsən çatdırılmışdır. Buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit razılaşması, Zaminlik müqaviləsi, Hesabdan çıxarış, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 2000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə kredit və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur. İddiaçı öhdəliklərini yerinə yetirsə də, Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 019R********** nömrəli krеdit razılaşması üzrə 1417.59 manat əsas bоrc, 161.78 manat faiz bоrcu və 57.85 manat cərimə borcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 ilə birgə bank qarşısında sonuncunun öhdəlikləri üçün birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsinin 4.1-ci bəndinə uyğun olaraq zaminlik müqaviləsi qüvvədə olduğundan, eləcə də, 019R********** nömrəli krеdit razılaşması üzrə borclunun ödənilməmiş öhdəliyi olduğundan cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş 1417.59 manat əsas bоrc, 161.78 manat faiz bоrcu və 019R********** nömrəli kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun 57.85 manat cərimə borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddiaçı 60 manat mediasiya rüsumu ödəməklə dövlət rüsumu ödəməkdən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 36,37 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilmiş 36,37 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı ödənilmiş 70 manat mediasiya xərcini tələb edir. Lakin təqdim edilmiş mediasiya arayışından da göründüyü kimi 60 manat mediasiya xərci olaraq ödənilmiş, 10 manat dəftərxana xərci ödənmişdir ki, ödənilmiş 10 manat kargüzarlıq xərci olmaqla mediasiya xərcinə aid deyildir. Bu səbəbdən cavabdehlərdən 60 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 019R********** nömrəli krеdit razılaşması üzrə 1417.59 manat əsas bоrc, 161.78 manat faiz bоrcu, 57.85 manat cərimə borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 36,37 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-805/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-805/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver