Məhkəmə qərarları › İş №e-2-2(117)-807/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-807/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-807/2024 01.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cavabdеhlər Cavabdeh4, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 015R********** saylı krеdit razılaşması üzrə 9613.76 manat krеdit bоrcu, 1063.56 manat faiz bоrcu və 499.04 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11176 (on bir min yüz yetmiş altı) manat 36 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 123.50 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 məxsus Yevlax şəhəri Kür küçəsində 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 11176 (on bir min yüz yetmiş altı) manat 36 qəpik məbləğində bоrcun, dövlət rüsumu olaraq ödənilmiş 123.50 manat, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 36 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması, Yevlax şəhəri Kür küçəsində 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açılmışdır. xx.xx.2018-ci il tarixdə 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişə əsasən qeyd edilən müqavilənin müddəti xx.xx.2028-ci il tarixədək uzadılmış, kreditin məbləği ******* ABŞ dolları məbləğiində artırılmış, faiz dərəcəsinin yuxarı həddi 28 % müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 015S**********02 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2018-ci il tarixli 015M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 015L**********08 nömrəli uzunmüddətli kredit müqaviləsinin (kreditin məbləği ******* ABŞ dolları) əsasında yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh4 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə 120 ay müddətinə yüklü edilmiş, bankın ipoteka hüququ həmin tarixdə dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeyduiyyatından RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 015R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh4 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqsədilə 50000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılşamasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı vüzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. xx.xx.2022-ci il tarixdə 015R********** nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında Sazişə əsasən kredit alan götürdüyü kredit qalığını və faziləri bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməli olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə 015R********** nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik haqqında Sazişə əsasən kredit alan götürdüyü kredit qalığını və faziləri, habelə nəzərdə tutulduğu halda cərimə borcunu bu sazişə əlavə olunan 2023-cü il in fevral tarixli ödəniş planına uyğun olaraq ödəməli olduğu qeyd edilmişdir. İddiaçı pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş 9613.76 manat əsas borc, 1063.56 manat faiz bоrcu və 499.04 manat cərimə borcu qalmışdır. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evi likvid dəyəri 55000 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Uzunmüddətli kredit müqaviləsi və Kredit razılaşmasına Əlavə sazişlər, Zaminlik müqaviləsi, İpoteka müqaviləsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit razılaşması üzrə əsas borc və faiz borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan Cavabdeh4 qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 9613,76 manat əsas borcu və aylıq faiz dərəcəsi 1.6667 % olmaqla 1063.56 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 9613,76 manat əsas və 1063.56 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə 499.04 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh4 kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunduğu kimi 499.04 manat deyil, 400 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh4 məxsus Yevlax şəhəri Kür küçəsində 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 55000 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Bundan başqa tələbin “Yevlax şəhəri Kür küçəsində 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin 22 iyun 2023-cü il tarixli qərarına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Hazırki vəziyyətdə tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və bu səbəbdən 22 iyun 2023-cü il tarixli qərardan da göründüyü kimi tələbin qeyd edilən hissəsinə məhkəmə tərəfindən xitam verilməmiş və mahiyyəti üzrə baxılmışdır. Tələbin qeyd edilən hissəsinə münasibətdə əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırki vəziyyətdə iddiaçı bankın cavabdehlərin evdən çıxarılması, evin boşaldılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, ipoteka predmeti olan fərdi yaşayış evi bankın xeyrinə yüklü edilmişdir ki, kredit müqaviləsi üzrə borc ödənilməyəcəyi təqdirdə daşınmaz əmlak açıq hərrac vasitəsilə satılacaq və əldə edilmiş vəsait kredit borcuna yönəldiləcəkdir. Belə olan halda məhkəmə hesab edir ki, daşınmaz əmlak hərrac vasitəsilə satılacağı təqdirdə mülkiyyətçi tərəfindən evin boşaldılması tələbi irəli sürülə bilər. Hazırki vəziyyətdə iddiaçı bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Bu səbəbdən də tələb bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 123.53 manat olmalıdır. İddia qismən təmin edildiyindən 123.53 manat dövlət rüsumunun 1.09 manat hissəsi iddiaçıdan, 122.44 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 123.50 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. İddiaçı tərəfindən ödənilmiş 1.09 manat ödənilməli 123.53 manat rüsumdan çıxılmaqla qalan 122.44 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 9613.76 manat əsas bоrc, 1063.56 manat faiz borcu, 400 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı, 122.44 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Borc məbləği Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən 144.37 kv.m ümumi sahədən ibarət 94 saylı fərdi yaşayış evinin likvid dəyəri 55000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASCdə olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ035NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar