Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-809/2024 18.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 12327.52 manat məbləğində kredit borcu, 2468.19 manat məbləğində faiz borcu və 781.26 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 3612.36 manat məbləğində kredit borcu, 65.22 manat məbləğində faiz borcu, 19.04 manat cərimə borcu olmaqla ümumilikdə 19273.59 manat məbləğində borcun və ödənilmiş 147.82 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 12327.52 manat məbləğində kredit borcu, 2468.19 manat məbləğində faiz borcu və 781.26 manat cərimə borcu, 019R********** saylı kredit razılaşması üzrə 3612.36 manat məbləğində kredit borcu, 65.22 manat məbləğində faiz borcu, 19.04 manat cərimə borcu olmaqla ümumilikdə 19273.59 manat məbləğində borcun və ödənilmiş 147.82 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019L**********74 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 80 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15 000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Eyni zamanda həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 5 000 manat olan krediti aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 595.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 588.12 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 200.00 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 200.85 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 019R********** nömrəli razılaşma üzrə 12327.52 manat əsas, 2468.19 manat faiz, 313 gün gecikdirmə üçün hesablanmış 781.26 manat cərimə borcu, 019R********** nömrəli razılaşma üzrə isə 3612.36 manat əsas, 65.22 manat faiz, 19.04 manat cərimə borcu mövcuddur. Uzun müddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zamin kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Həmçinin, xx.xx.2024-cü il tarixli 019S**********03 saylı Qoşulma barədə sazişə əsasən Cavabdeh4 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15-ci və 2.16-cı bəndlərinə uyğun olaraq, zamin qismində müqaviləyə qoşulmuşdur. Həmin sazişin 1-ci bəndinə əsasən zamin, kredit alanın uzun müddətli kredit müqaviləsində göstərilən öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə Qoşulma barədə saizş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) Qoşulma barədə sazişi imzaladığı andan bu müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, Qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq Qoşulma barədə saziş imzalamaq hüququna malikdir. Cavabdeh kredit məbləğindən cəmi 2672.48 manat ödəniş etmiş və onun ödənilməmiş 12327.52 manat borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bankdan kredit götürmüş və bir müddət ödəmişdir. Daha sonra xəstəliyi ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Borcunu qəbul etdiyini, lakin hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Cavabdehlər məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf və cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Eyni zamanda Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətində bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bank əsassız olaraq faiz və cərimə borcları hesablamışdır. Eyni zamanda əsas borcdan daha çox məbləğ ödədiyi halda bu nəzərə alınmamışdır. İddiaçı tələbində şişirdilmiş məbləğ göstərmiş, bunun üçün mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019L**********74 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 80 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15 000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Eyni zamanda həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 5 000 manat olan krediti aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 36 ay müddətinə kredit alana vermişdir.Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 595.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 588.12 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2026-cı il tarixinədək hər ay 200.00 manat, sonuncu ay xx.xx.2026-cı il tarixində isə 200.85 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 019R********** nömrəli razılaşma üzrə 12327.52 manat əsas, 2468.19 manat faiz, 313 gün gecikdirmə üçün hesablanmış 781.26 manat cərimə borcu, 019R********** nömrəli razılaşma üzrə isə 3612.36 manat əsas, 65.22 manat faiz, 19.04 manat cərimə borcu mövcuddur. Uzun müddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zamin kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Həmçinin, xx.xx.2024-cü il tarixli 019S**********03 saylı Qoşulma barədə sazişə əsasən Cavabdeh4 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15-ci və 2.16-cı bəndlərinə uyğun olaraq, zamin qismində müqaviləyə qoşulmuşdur. Həmin sazişin 1-ci bəndinə əsasən zamin, kredit alanın uzun müddətli kredit müqaviləsində göstərilən öhdəliklərini təmin etmək məqsədilə bu Sazişi imzalamaqla müqaviləyə qoşulur və buna müvafiq olaraq, müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyır. 3-cü bəndinə əsasən, zamin bu sazişin qüvvəyə mindiyi andan etibarən müqavilənin tərəfi hesab olunur. Uzunmüddətli kredit və təminat müqaviləsinin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə Qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) Qoşulma barədə sazişi imzaladığı andan bu müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, Qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq Qoşulma barədə saziş imzalamaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Qoşulma barədə sazişin 1-ci bəndində zaminin müqavilə üzrə kredit alanın bu sazişin imzalanması anınadək mövcud olan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıması halı qeyd edilsə də, bu halın sazişdən daha əvvəl imzalanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına aid borcla bağlı tələbə şamil edilməsi qanuna uyğun deyildir. Həmçinin, xx.xx.2023-cü il tarixində zamin qismində müqaviləyə qoşulan Cavabdeh4 qoşulmadan əvvəl uzunmüddətli saziş üzrə mövcud olmuş xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın şərtləri ilə tanış olmasını təsdiqləyən heç bir dəlil yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Belə ki, uzunmüddətli kredit və təminat müqaviləsi bankla borclu – Cavabdeh1 və zamin qismində Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli 019S**********03 saylı Qoşulma barədə sazişə əsasən Cavabdeh4 zamin qismində müqaviləyə qoşulmuşdur. Qoşulma barədə saziş, həmin sazişdən daha əvvəl imzalanmış xx.xx.2022ci il tarixli kredit razılaşması əsasında götürülmüş kreditin ödənilməsi öhdəliyinə aid edilmədiyindən iddiaçı, xx.xx.2024-cü il tarixli Qoşulma barədə sazişə əsasən zamin qismində müqaviləyə qoşulan Cavabdeh4 xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşması üzrə 12327.52 manat məbləğində kredit borcu, 2468.19 manat məbləğində faiz borcu və 781.26 manat cərimə borcunun tutulmasını tələb edə bilməz. Müqavilələrdən də göründüyü kimi birinci kredit razılaşması xx.xx.2022-ci il tarixdə imzalansa da, qoşulma barədə saziş xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi vəsatətində bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bank əsassız olaraq faiz və cərimə borcları hesablamışdır. Eyni zamanda əsas borcdan daha çox məbləğ ödədiyi halda bu nəzərə alınmamışdır. İddiaçı tələbində şişirdilmiş məbləğ göstərmiş, bunun üçün mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ekspertizanın təyin edilməsi ilə bağlı vəsatətə münasibətdə bildirir ki, cavabdehlər hazırlıq iclasında iştirak etmiş, əsas və faiz borcunu qəbul etmişdir. Eyni zamanda kreditin hansı hissəsinin aylar bölgüsü ilə əsas və faiz borcuna ödənilməsi ilə bağlı ödəniş cədvəlində məbləğlər göstərilmiş və cavabdeh ödəniş cədvəllərini öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ekspertizanın təyin edilməsi ilə bağlı verilmiş vəsatət hazırlıq iclası yekunlaşana qədər məhkəməyə təqdim edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 184.3-cü bəndinə əsasən, hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəfindən mövcud hallar nəzərə alınaraq cavabdeh tərəfin vəsatəti təmin edimədi. Bununla yanaşı cavabdeh hər iki kredit sazişi üzrə yalnız əsas borcdan ödəniş aparmış, iddiaçı ödənilən vəsaiti əsas borcdan çıxmış, faiz borcu isə tərəflərin ödəniş qrafikində nəzərdə tutduqları faiz borcundan az olduğundan məhkəmə iddiaçı tərəfindən cavabdehlərə münasibətdə təqdim etdiyi əsas və faiz borcunun şişirdilmədiyi qənaətinə gəlmişdir. Bu səbəbdən vaxt itkisinə yol verməmək üçün hazırkı iş üzrə müvafiq ekspertizanın təyin edilməsi üçün cavabdehlərin əsaslı arqumentləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 019R********** nömrəli razılaşma üzrə 12327.52 manat əsas, 2468.19 manat faiz borcu, 019R********** nömrəli kredit razılaşması üzrə isə 3612.36 manat əsas, 65.22 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qeyd olunan əsas və faiz borcu müvafiq olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “019R********** nömrəli kredit razılaşması üzrə 781.26 manat cərimə borcu və 019R********** nömrəli kredit razılaşması üzrə isə 19.04 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə ödəməyə borcludur. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, 019R********** nömrəli kredit razılaşması üzrə 78 manat cərimə borcu, 019R********** nömrəli kredit razılaşması üzrə isə 19.04 manat məbləğində cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 019R********** nömrəli kredit razılaşması üzrə 12327.52 manat kredit borcu, 2468.19 manat faiz borcu, 78 manat məbləğində cərimə borcu, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 019R********** nömrəli kredit razılaşması üzrə isə 3612.36 manat kredit borcu, 65.22 manat faiz borcu, 19.04 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 147.82 manat dövlət rüsumu Cavabdeh1 tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 12327.52 manat məbləğində kredit borcu, 2468.19 manat məbləğində faiz borcu və 78 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 019R********** saylı kredit razılaşması üzrə 3612.36 manat məbləğində kredit borcu, 65.22 manat məbləğində faiz borcu və 19.04 manat məbləğində cərimə borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 147.82 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov