Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-810/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı məxsus **********00120 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına qədər əsassız hesablanmış 16247 manat pulun silinməsi, ödənilmiş 138 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AMX-4819/19 nömrəli qazın alğı-satqısı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla **********00120 nömrəli abonent kodu verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. xx.xx.2021-ci il tarixli təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 qəpik olmuş, daha sonra xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixli 13 nömrəli Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarı ilə ləğv edilmiş, sonuncu qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş və sonuncu tarixdən sonra təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik olmuşdur. xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarında təbii qazın qiyməti 0,20 qəpikdən hesablanmalı olsa da, abonentin saldosuna əsasən 2021-ci ilin iyul tarixindən 2023-ci ilin noyabr tarixindək iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri 0,25 qəpikdən hesablanmışdır. Bundan başqa abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən tarif şurasının qərarına uyğun olaraq qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,22 qəpiyə qaldırılsa da, cavabdeh xx.xx.2021-ci il tarixdən, yəni Tarif Şurasının qərarının qüvvəyə mindiyi tarixdən 2023-cü ilin noyabr ayınadək 0,25 qəpik hesabı ilə cavabdehə təbii qazdan istifadəyə görə borc hesablamışdır. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus abonent saldosuna 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 66031 m3 qaz sərfinin hər 1 m3 üçün 0.20 manat (13206.2 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (16507.75 manat) hesabat aparılmışdır. Həmçinin 2021-ci ilin noyabr ayından 2023-cü ilin noyabr ayına qədər istifadə olunmuş 431515 m3 qaz sərfinin hər 1 m3 üçün 0.22 manat (94933.3 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (107878.75 manat) məbləğində hesabat aparıldığı məlum olmuşdur. Nəticədə abonentin hesabına təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ əlavə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialına müraciət etmiş, onların araşdırmasından sonra bütün qeyd etdiyi faktlar öz təsdiqini tapsa da, bu günədək həmin təbii qazın sərfinə görə əsassız olaraq 16247 manat məbləğ onun abonent saldosundan silinməmişdir. Göründüyü kimi paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 16247 manat zərər dəymişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, təbii qazın verilməsi ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən qeyri-əhali sektoru üzrə təbii qazın pərakəndə satış qiyməti sənaye və kənd təsərrüfatı sahələri üçün hər kub metr təbii qaza görə 0.22 qəpik, digər sahələr üçün isə hər kubmetr təbii qaza görə 0,25 qəpik məbləğində müəyyən edilmişdir. İddiaçı məxsus Göyçay rayonunun Cəyirli kəndində yerləşən “Çörək sexi” digər sahələr kateqoriyasına aid olduğundan qazın qiyməti Tarif Şurasının qərarına uyğun olaraq 0,25 qəpik hesablanmış və müəssisənin abonent koduna vurulmuşdur. Göründüyü kimi iddiaçıya məxsus obyektdə hesablanmış 16247 manat borc müəssisədə istifadə edilmiş təbii qazın real dəyəridir və iddiaçı tərəfindən ödənilməlidir. İddiaçı iddia ərizəsində əsassız olaraq silinməsini tələb etdiyi məbləği əsassız olaraq 2021-ci ilin iyul ayından tələb edir. Belə ki, Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. 2021-ci ilin npyabr ayından 2023-cü ilin noyabr ayınadək iddiaçının istifadə etdiyi təbii qazın miqdarı 431515 m3 olmuş və onun dəyəri 0,25 qəpikdən 107878,75 manat təşkil edir. İddiaçı ilə Cavabdeh arasında sonuncu dəfə bağlanmış 07 oktyabr 2019cu il tarixli, AMX-4819/19 saylı ”Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” nin 3.1. bəndinə əsasən istehlakçıya satılan təbii qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1(bir) m3 üçün 0.20 manat müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Nazirlər Kabinetinin qərarına əsasən xx.xx.2021-ci il tarixdən cavabdehin çörək bişirmə sexi digər kateqoriya kimi qəbul edilərək ona hər kub metr qaz sərfiyyatı üçün 0.25 manat hesabat təqdim edilmişdir. 2023-cü ilin noyabr ayında cavabdehin özünün Azəriqaza müraciətindən sonra onun işlətdiyi qaz sərfiyyatı 0.22 manatdan hesablanmışdır. İddiaçı ona həmin dövrdə hesablanmış 0.03 manat qazın fərqindən yaranan borcu mübahisələndirir. Həmin dövr hesabatları bağlandığından onu geriyə şamil edib borcu silə bilmirik. 2021-2023-cü ilin noyabr ayları ərzində iddiaçı tərəfin istifadə ettiyi təbii qazın miqdarı 431515 m3. 431515 m3 dəyəri isə 107878,75 manat təşkil edir. 431515 m3 qazın sərfi 0.22 manatdan hesablandıqda bu məbləğ 94933,30 manat təşkil edir. Hesablanmış 107878,75 manatdan 94933,30 manatı çıxdıqda həmin fərq 12945,45 manat təşkil edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Abonentin saldosu, iddia tələbinə etiraz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2019cu il tarixdə bağlanmış AMX-4819/19 nömrəli qazın alqı-satqısı müqaviləsi üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla sonuncuya **********00120 nömrəli abonent kodu verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi müqavilə üzrə qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Tərəflər arasında yaranmış hazırki mübahisə iddiaçının çörək bişirmə sexində istifadə etdiyi təbii qazın dəyərinin 0,20, 0,22 və ya 0,25 manatdan hesablanmasından ibarətdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, çörək sexi qaz xidmətlərinin qeyri əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir. Belə ki, sübuta ehtiyacı olmayan hallardan biri də buğdanın kənd təsərrüfatı məhsulu hesab olunmasıdır ki, buğda və un məmulatlarının istehslı kənd təsərrüfatı məhsullarına aiddir. Bu halı cavabdehin öz hərəkətlərilə də təsdiq edir. Belə ki, cavabdeh iddiaçıya təbii qazın istehlakına görə 0,25 manat tarifi ilə hesabat aparsa da 2023-cü ilin noyabr ayından iddiaçının müraciəti əsasında istehlak olunan təbii qazın dəyərini 0,22 manata endirmişdir. Cavabdehin nümayəndəsi hesabatın əvvəlki dövrdə aparılması səbəbi ilə borcu silə bilmədiklərini bildirir ki, cavabdeh sonrakı hərəkətləri ilə ilkin hərəkətlərinin yanlış olduğunu etiraf edir. Bu səbəbdən iddiaçıya ona məxsus obyektdə (şörək sexi) təbii qazdan istifadəyə görə tarif 0,25 qəpik deyil, müvafiq dövrlər üzrə (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) təbii qazın dəyəri Tariş Şurasının qərarına əsasən müvafiq olaraq 0,20 və 022 manatdan hesablanmaldır. Belə ki, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 qəpik məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Bundan sonra təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarı ilə Tarif şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2021-ci il tarixdən təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik müəyyən olunmuşdur. Göründüyü kimi, kənd təsərrüfatı sahələri üçün xx.xx.12021-ci il tarixdən xx.xx.2021ci il tarixədək istehlak olunmuş təbii qazın dəyəri 0,20 manat məbləğində, 01.112021-ci il tarixdən hazıradək 0,22 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə arasşıdrması zamanı iddiaçı olan abonentin saldosundan müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya təbii qazın istehlakına görə aparılmış hesabat 0,25 manatdan aparılmışdır. Abonentin saldosuna əsasən iddiaçının iddia etdiyi 2021-ci ilin iyul ayından 2021-ci ilin noyabr ayınadək iddiaçı tərəfindən cavabdehə tarif şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş tarifə uyğun 0,20 qəpik hesabı ilə deyil 0,25 manat hesabı ilə aparılmışdır. Belə ki, 2021-ci ilin iyul ayında iddiaçının sərfiyyatı 11977 m3 olmuş və ona 0,25 manat hesabı ilə 2994,25 manat borc hesablanmış, halbuki, Tarif Şurasının qərarına əsasən 0,20 manat hesabı ilə təbii qazın dəyəri 2395,40 manat təşkil edir ki, iddiaçıya 598,85 manat artıq borc hesablanmışdır. Eyni ilə digər aylarda da (2021-ci ilin avqust ayı üzrə -13825 m3 x 0.25 = 3456,25 - (13825 x 0.2 =2765) = 691,25 manat artıq hesablama, 2021 sentyabr ayı üzrə - 19910 m3 x 0.25 = 4977,50 – (19910 x 0.20 = 3982) = 993.50 manat artıq hesablama; 2021 oktyabr ayı üzrə - 20319 x 0.25 = 5079,75 – (20319 x 0.20 = 4063,8) = 1015,95 manat artıq hesablama olmaqla ümumilikdə 3301,55 manat tarifdən artıq borc hesablanmışdır). Cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 0,25 manatdan hesablama aparıldığını iddia etsə də iddiaçının saldosu ilə cavabdehin etiraz dəlillərinin əsassızlığı sübuta yetirilmişdir. xx.xx.2021-ci il tarixli Tarif şurasının yeni qərarı ilə xx.xx.2021-ci il tarixdən qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifi 0,22 qəpik olduğundan həmin tarixdən sonra iddiaçıya 0,25 qəpik hesabı ilə borc hesablanması əsassız olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdən 2023-cü ilin noyabr ayınadək iddiaçı tərəfindən sərf olunmuş 431515 m3 təbii qazın dəyəri 0,22 qəpik hesabı ilə 94933,3 manat təşkil etsə də, cavabdeh iddiaçıya hər 1 m3 sərf olunmuş qazın dəyəri üçün 0,25 qəpik olmaqla ümumilikdə 107878,75 manat borc hesablanmışdır ki, göründüyü kimi cavabdeh tərəfindən 12945,45 manat (107878,75 – 94933,3 = 12945,45) tarifdən əlavə iddiaçıya əsassız borc hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək iddiaçıya ümumilikdə 12945,45 + 3299,55 = 16245 manat tarifdən artıq borc hesablanmışdır ki, göründüyü kimi iddiaçının tələbi 16245 manat borcun tutulması hissəsində əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilərək 16245 manat borc iddiaçının hesabından silinməli, iddia 2 manat artıq hesablanmış borcun silinməsi hissəsində isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 138,74 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 138,74 manat dövlət rüsumunun 0,2 manatı iddiaçıdan, 138,72 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 138,74 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş, lakin iddiaçı 138 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən 138 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı **********00120 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayına kimi əsassız hesablanmış 16245 manat pul İddiaçı hesabından silinsin. Ödənilmiş 138,72 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-810/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-810/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver