Məhkəmə qərarları › İş №e-2-2(117)-818/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-818/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-818/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “021R********** saylı krеdit razılaşması üzrə 647.81 manat məbləğində krеdit bоrcu, 475.40 manat məbləğində faiz bоrcu və 421.78 manat məbləğində cərimə borcu, 021R********** saylı krеdit razılaşması üzrə 5540.39 manat məbləğində krеdit bоrcu, 770.10 manat məbləğində faiz bоrcu və 493.52 manat məbləğində cərimə borcu cəmi 8349 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210 manat mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 021L**********90 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda 021L**********90 nömrəli uzunmüddətli kredit müqaviləsi əsasında öhdəliklərin icrasının təminatı olaraq zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ilə iddiaçı bank arasında xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə 021S**********02 nömrəli, 021S**********01 nömrəli, 021S**********01 nömrəli və 021S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 021R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 36 ay müddətinə, illik faiz dərəcəsi 2 % оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 021R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 30 ay müddətinə, illik faiz dərəcəsi 2.1667% оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə 021R**********S nömrəli sazişə əsasən xx.xx.2021-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kredit qalığını və faizləri bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 021R********** nömrəli krеdit razılaşması üzrə 647.81 manat əsas bоrc, 475.40 manat faiz bоrcu və 421.78 manat cərimə borcu, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat manat əsas bоrc, 770.10 manat faiz bоrcu və 493.52 manat cərimə borcu hesablamışdır. Bu hal xx.xx.2023-cü il tarixə və xx.xx.2024-cü il tarixə olan maliyyə arayışları və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları və pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, X1 xx.xx.2024-cü il tarixdə, Cavabdeh3 məhkəmə sənədləri xx.xx.2024-cü il tarixdə çatdırılmışıdır. Digər Cavabdeh1 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişləri və sənədləri çatdırılması mümkün olmadığından geri qaytarılmış, xx.xx.2024-cü il tarixdə qeyd edilən məhkəmə sənədləri Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyətinə göndərilmişdir. Digər Cavabdeh5 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişləri və sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, qeyd edilən məhkəmə sənədləri cavabdehə çatdırılması üçün cavabdehin sonuncu ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 026L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış, Xəbərdarlıq məktubu, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 021R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 36 ay müddətinə, illik faiz dərəcəsi 2 % оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında 021R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 30 ay müddətinə, illik faiz dərəcəsi 2.1667% оlmaqla 10000 manat məbləğində kredit verilmişdir. Kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə 021R**********S nömrəli sazişə əsasən xx.xx.2021-ci il tarixli, 021R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kredit qalığını və faizləri bu sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 021R********** nömrəli krеdit razılaşması üzrə 647.81 manat əsas bоrc, 475.40 manat faiz bоrcu, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat əsas bоrc, 770.10 manat faiz bоrcu qalmışdır. Bu hal xx.xx.2023-cü il tarixə və xx.xx.2024-cü il tarixə olan maliyyə arayışları və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. Bundan başqa məhkəmə uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış 021R********** nömrəli krеdit razılaşmasının 4.2.2-ci bəndinə əsasən hesablanmış 421.78 manat və 021R********** nömrəli krеdit razılaşmasının 4.2.2-ci bəndinə əsasən hesablanmış hesablanmış 493.52 manat cərimə borclarına münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 021R********** nömrəli krеdit razılaşması üzrə 32 manat cərimə və 021R********** nömrəli krеdit razılaşması üzrə 277 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissələrdə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlik müqavilələrinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsi qüvvədə olduğundan və cavabdeh kredit alan Cavabdeh4 021R********** nömrəli krеdit razılaşması və 021R********** nömrəli krеdit razılaşması üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 021R********** nömrəli krеdit razılaşması üzrə 647.81 manat əsas borc, 475.40 manat faiz bоrcu və 32 manat cərimə borcu, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat əsas borc, 770.10 manat faiz bоrcu və 277 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 103.49 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 103.49 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən 210 manat mediasiya xərci ödənildiyini iddia etsə də, təqdim edilmiş mediasiya arayışından da göründüyü kimi 100 manat mediasiya xərci ödənilmiş və bu səbəbdən 100 manat məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 021R********** nömrəli krеdit razılaşması üzrə 647.81 manat əsas borc, 475.40 manat faiz bоrcu və 32 manat cərimə borcu, 021R********** nömrəli krеdit razılaşması üzrə 5540.39 manat əsas borc, 770.10 manat faiz bоrcu və 277 manat cərimə borcu, 100 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 103.49 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar