Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-826/2022 13.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 noyabr 2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun hesabından silinməsi” tələbinə dair iş materiallarına baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 noyabr 2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun hesabından silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırki iş üzrə iddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 noyabr 2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun hesabından silinməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə iddiaçı tələbində yanlışlığa yol vermiş, onun mübahisələndirdiyi məbləğ təbii qazdan istifadə ilə bağlı deyil, elektrik enerjisindən istifadə ilə bağlı yaranmışdır. İddia tələbinin nəticə hissəsində qeyd edilən "təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli akt" sözlərini texniki nöqsan kimi iş materiallarına uyğun qiymət vermək mümkün deyildir, işdə olan sübutlar elektrik enerjisindən istifadə ilə bağlıdır. Bu hallara isə iddiaçı aydınlıq gətirməlidir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub ünvanlanmaqla qeyd olunan nöqsanlar onun nəzərinə çatdırılmış və iddiaçıya vaxt verilərək göstərilən nöqsanların aradan qaldırılması xahiş edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamış və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 149.2.3, 259.0.12-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 noyabr 2016-cı il tarixli 002207 nömrəli akt üzrə hesablanmış 434,12 manat borcun hesabından silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-826/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-826/2022
13.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver