Məhkəmə qərarları › İş №e-2-2(117)-83/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-83/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-83/2021 03.03.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, X4 Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC Kredit İttifaqına qarşı “tərəflər arasında bağlanmış xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli xidmətin vəsaitiindən istifadə edilməsinin şərtləri haqqnda müqavilələrin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 185042,08 manat əsas borc, 4770,85 manat faiz borcu və 19921,11 manat cərimə borcu olmaqla cəmi 209734,04 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 50156,05 manat əsas borc, 1527,09 manat faiz borcu və 5905,41 manat cərimə borcu olmaqla cəmi 57588,55 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 41622,32 manat əsas borc, 1139,86 manat faiz borcu, 4439,23 manat cərimə borcu olmaqla cəmi 47201,41 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 75695,71 manat əsas borc, 1599,86 manat faiz borcu, 8151,07 manat cərimə borcu olmaqla cəmi 85446,64 manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 38555,29 manat əsas borc, 421,96 manat faiz borcu, 4500,53 manat cərimə borcu olmaqla cəmi 43477,78 manat pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: X2 üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh X3 İttifaqı müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh X3 İttifaqı arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən müvəkkil kredit təşkilatı üçün 300000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 200000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə və xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə kredit xətti açılmışdır. Müqavilələrin 3.2-ci bəndinə əsasən kredit xətti açıldıqdan sonra 3 ay müddətində vəsait tam istifadə olunmazsa, kredit xətti üzrə vəsaitin istifadə olunmayan hissəsinə müvəkkil kredit təşkilatı Agentliyə illik 10 % həcmində komission haqqı ödəyir və istifadə olunmayan hissənin məbləğində kredit xətti azaldılır. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 6.1-ci bəndinə əsasən, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. 8.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 185042,08 manat əsas borc, 4770,85 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 19921,11 manat cərimə borcu hesablamış, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 50156,05 manat əsas borc, 1527,09 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 5905,41 manat cərimə borcu hesablamış, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 41622,32 manat əsas borc, 1139,86 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 4439,23 manat cərimə borcu hesablamış, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 75695,71 manat əsas borc, 1599,86 manat faiz borcu yatanmış və iddiaçı həmin borca 8151,07 manat cərimə borcu hesablanmış, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 38555,29 manat əsas borc, 421,96 manat faiz borcu yaranmış və iddiaçı həmin borca 4500,53 manat cərimə borcu hesablamışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixdə, xx.xx.2015-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə xidmətin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehin Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı şəhər filialında olan bank hesabına xx.xx.2015-ci il tarixli müqavilə üzrə 300000 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 200000 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100000 manat, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli müqavilələrin hər biri üzrə 100000 manat pul köçürülmüşdür. Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini gecikdirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə iddia ərizəsində göstərilən müqavilələri bağlamışlar. İddia tələbinin əsas borca aid hissəsini qəbul edir, lakin faiz və cərimə borcunu qəbul etmirlər. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilələr, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə Agentliyin vəsaitinin kənd təsərrüfatı subyektlərinə çatdırılması məqsədilə Cavabdeh X3 İttifaqı müvəkkil kredit təşkilatı seçilmiş, Agentliklə Cavabdeh X3 İttifaqı arasında bağlanmış agentliyin vəsaitindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən müvəkkil kredit təşkilatı üçün 300000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 200000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə və xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 100000 manat həcmini aşmamaq şərtilə kredit xətti müəyyən edilmişdir. Müqavilələrin 3.2-ci bəndinə əsasən kredit xətti açıldıqdan sonra 3 ay müddətində vəsait tam istifadə olunmazsa, kredit xətti üzrə vəsaitin istifadə olunmayan hissəsinə müvəkkil kredit təşkilatı Agentliyə illik 10 % həcmində komission haqqı ödəyir və istifadə olunmayan hissənin məbləğində kredit xətti azaldılır. 3.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı hesabına köçürülmüş kredit vəsaitinə görə 2 bank günü keçdikdən sonra Agentliyə illik 2 % ödəyir. 5.6-cı bəndinə əsasən müvəkkil kredit təşkilatı kreditlər üzrə faiz borclarını növbəti rübdən başlamaqla hər rübün birinci ayının 5-nə kimi Agentliyin hesabına köçürür. Əsas borc isə borcalanların öhdəliklərinin yerinə yetirilməsindən asılı olmayaraq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ayın 5-nə kimi bərabər hissələrə ödənilir. 8.4-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı müqavilə şərtlərinə əməl etmədikdə Agentlik bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl pozmaq hüququnu öz üzərində saxlayır. Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun ödənilməmiş xx.xx.2015-ci il tarixli müqavilə üzrə 185042,08 manat əsas borc, 4770,85 manat faiz borcu, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 50156,05 manat əsas borc, 1527,09 manat faiz borcu, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 41622,32 manat əsas borc, 1139,86 manat faiz borcu, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 75695,71 manat əsas borc, 1599,86 manat faiz borcu və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 38555,29 manat əsas borc, 421,96 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin müqavilələr üzrə əsas və faiz borcları cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilələr üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilələrin 3.1-ci bəndinə əsasən coxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərələr arasında bağlanmış müqavilələrin 6.1-ci bəndlərində tərəflər razılaşmışlar ki, müvəkkil kredit təşkilatı borcalanlar tərəfindən kreditlərin qaytarılmasından asılı olmayaraq, xidmət qarşısında olan öhdəliklərini vaxtında yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı xidmət qarşısında gecikdirilən məbləğə görə hər gün üçün 0,1 faiz, lakin kreditin 10 faizindən çox olmamaq şərti ilə cərimə ödəyir. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı əsas borcun 10 faizindən çoxdur ki, cavabdehdən əsas borcun 10 faizi miqdarından artıq dəbbə pulunun tələb edilməsi tərəflərin razılaşmasına ziddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilələrin 6.1-ci bəndinə əsasən dəbbə pulunun miqdarı əsas borcun 10 faizi miqdarında azaldılmalı və yuvarlaqlaşdırılmış məbləğlərdə cavabdehdən xx.xx.2015-ci il tarixli müqavilə üzrə 19921,11 manat deyil, 1800 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 5905,41 manat deyil, 500 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 4439,23 manat deyil, 400 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 8151,07 manat deyil, 800 manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 4500,53 manat deyil, 450 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X4 Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh MMC Kredit İttifaqı arasında bağlanmış Agentliyin vəsaitiindən istifadə edilməsinin şərtləri haqqında xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli müqavilələr ləğv edilsin. Cavabdeh MMC Kredit İttifaqından xx.xx.2015-ci il tarixli müqavilə üzrə 185042,08 manat əsas borc, 4770,85 manat faiz borcu və 1800 manat cərimə borcu olmaqla cəmi 191612,93 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 50156,05 manat əsas borc, 1527,09 manat faiz borcu və 500 manat cərimə borcu olmaqla cəmi 52183,14 manat, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 41622,32 manat əsas borc, 1139,86 manat faiz borcu, 400 manat cərimə borcu olmaqla cəmi 43162,18 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 75695,71 manat əsas borc, 1599,86 manat faiz borcu, 800 manat cərimə borcu olmaqla cəmi 78095,57 manat və xx.xx.2016-cı il tarixli müqavilə üzrə 38555,29 manat əsas borc, 421,96 manat faiz borcu, 450 manat cərimə borcu olmaqla cəmi 39427,25 manat pul tutularaq X4 Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC Kredit İttifaqından 30 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar