Məhkəmə qərarları › İş №e-2-2(117)-83/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-83/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-83/2024 15.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “iddiaçının xxxx Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından, yaşıl tütünü becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 10200 manat kredit borcunun, ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50 %-lik ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” tələbinə dair işə məhkəmənin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “iddiaçının xxxx Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından, yaşıl tütünü becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 10200 manat kredit borcunun, ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50 %-lik ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin vəkili məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli işin icraata götürülməsi barədə qərardadla iş icraata icraata götürülmüş və məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 12:00-a təyin edilmişdir. Həmin tarixə təyin edilmiş məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi və cavabadehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı müraciətinin iddiaçı ilə birlikdə araşdırılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə baxılmaq üzərə təxirə salınmışdır. Eyni zamanda iddiaçıya ünvanlanan məhkəmə bildirişində məhkəmə iclasında iştirak edilməyəcəyi təqdirdə iddia ərizəsinin baxılmamış saxlanılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmağa davam etdirilməsi mümkün deyildir. Belə ki, işin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “X2 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “X2 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X2 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmış və xx.xx.2021-ci il tarixli təhvil aktı və bölünmə balansına əsasən “X2 Kompleksi” MMC müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini "xxxx" MMC-yə təhvil vermişdir. Göründüyü kimi, iddia tələbi düzgün olmayan cavabdehə qarşı yönəlmişdir ki, iddiaçı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsləsinin müzakirə edilməsi və buna müvafiq qərarın qəbul edilməsi məqsədi ilə onun iştirakı məhkəmə iclasında zəruri olmuşdur. Lakin iddiaçı təkrarən məhkəmə iclasına gəlməmişdir ki, bu da iddianı baxılmamış saxlanılması üçün əsaslardandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın baxılmamış saxlanılması yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Eyni zamanda iddiaçının tələbinə cavab verməli olan hüquqi şəxs "xxxx" MMC-dir (VÖEN **********) ki, iddia tələbinə cavab verməli olan cavabdehə qarşı aidiyyət qaydalarına riayət etməklə ümumi qaydada səlahiyyətli məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh ASC-yə qarşı “iddiaçının xxxx Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından, yaşıl tütünü becərərək xxxx ASK MMC-yə təhvil vermək üçün götürdüyü 10200 manat kredit borcunun, ödənilməsində xxxx ASK MMC fermerlər və xxxx QSC BOKT arasında bağlanmış müqaviləyə əsasən şirkət verilən kreditlərin 50 %-lik ödənilməsində zaminlik öhdəliyini götürməsi haqda bağlanmış müqaviləni məhkəməyə təqdim etməsini, X2 Kompleksi MMC-nin müvafiq debitor və kreditor borcları, o cümlədən, hüquq və öhdəliklərini icra edən X3 Cəmiyyətinə məcbur edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar