Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-835/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “015R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşma üzrə 8060.7 manat məbləğində kredit borcu, 1114.09 manat məbləğində faiz borcu və 302.99 manat cərimə borcu olmaqla, ümumilikdə 9477.78 manat məbləğində borcun və ödənilmiş 114.78 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “015R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarşılıqlı razılaşma üzrə 8060.7 manat məbləğində kredit borcu, 1114.09 manat məbləğində faiz borcu və 302.99 manat cərimə borcu olmaqla, ümumilikdə 9477.78 manat məbləğində borcun və ödənilmiş 114.78 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 015L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixli 015R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 27 ay müddətində aylıq faiz dərəcəsi 2.1667% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən hər ay 495.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 511.13 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan köçürmə sənədindən görünür ki, Cavabdeh2 **********205559 nömrəli hesabına 10000 manat məbləğində pul köçürülmüşdür. Uzun müddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 və zamin qismində Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4cü bəndinə əsasən zaminlər kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixində Cavabdeh1 arasında 015S**********01 saylı qoşulma barədə saziş imzalanmışdır. Həmin sazişə əsasən Cavabdeh1 zamin qismində 015L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə qoşulmuş və zaminlik öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh götürdüyü kredit məbləğindən 015R********** nömrəli razılaşma üzrə cəmi 1939.3 manat ödəniş etmiş və onun ödənilməmiş 8060.7 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 həmin tarixə 015R********** saylı razılaşma üzrə 8060.7 manat əsas, 1114.09 manat faiz və 184 gün gecikdirilmə üçün hesablanmış 302.99 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixində Cavabdeh1 elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə isə cavebdehlər Cavabdeh2 və Cavabdeh3 təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, ödəniş planı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 015L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 150000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 015R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 27 ay müddətində aylıq faiz dərəcəsi 2.1667% faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat kredit cavabdehə verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cəfvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən hər ay 495.00 manat, sonuncu ay xx.xx.2025-ci il tarixində isə 511.13 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan köçürmə sənədindən görünür ki, Cavabdeh2 **********205559 nömrəli hesabına 10000 manat məbləğində pul köçürülmüşdür. Uzun müddətli kredit və təminat müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 və zamin qismində Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2032-ci il tarixinədək uzunmüddətli kredit müqaviləsi formasında borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Eyni zamanda müqavilənin 11.4-cü bəndinə əsasən zaminlər kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Eyni zamanda xx.xx.2023-cü il tarixində Cavabdeh1 arasında 015S**********01 saylı qoşulma barədə saziş imzalanmışdır. Həmin sazişə əsasən Cavabdeh1 zamin qismində 015L**********36 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə qoşulmuş və zaminlik öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 həmin tarixə 015R********** saylı razılaşma üzrə 8060.7 manat əsas, 1114.09 manat faiz və 184 gün gecikdirilmə üçün hesablanmış 302.99 manat cərimə borcu mövcuddur. Məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçının 015R********** saylı razılaşma üzrə 8060.7 manat əsas, 1114.09 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin müvafiq olaraq “302.99 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, iddiaçı 015R********** saylı razılaşma üzrə 8060.7 manat əsas, 1114.09 manat faiz, 50 manat cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas borca və faiz borcuna münasibətdə təmin edildiyindən 114.78 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 015R********** saylı razılaşma üzrə 8060.7 manat əsas borc, 1114.09 manat faiz borcu, 50 manat cərimə borcu, və 114.78 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov