Məhkəmə qərarları › İş №e-2-2(117)-845/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-845/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-845/2023 11.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “xx.xx.2015-ci il tarixli 633/SKMF nömrəli kredit müqaviləsi üzrə 4820,72 manat əsas borc, 3,033 manat faiz borcu olmaqla cəmi 7854,53 manat borcun tutulması, borc tələbinin cavabdehə məxsus Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin 0,21 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka saxlayanla razılığa əsasən 20 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına cəmi 7854,53 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin İddiaçı QSC BOKT-un xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2015-ci il tarixli 633/SKMF nömrəli kredit müqaviləsi üzrə 4820,72 manat əsas borc, 3,033 manat faiz borcu olmaqla cəmi 7854,53 manat borcun tutulması, borc tələbinin cavabdehə məxsus Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin 0,21 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka saxlayanla razılığa əsasən 20 000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin satılması hesabına cəmi 7854,53 manat məbləğində borcun və 100 manat mediasiya xərcinin İddiaçı QSC BOKT-un xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli 633K/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh illik 6 faizlə əsas və faiz borcları iribuynuzlu heyvanların alınıb bəslənməsi məqsədilə 36 ay müddətinə tam ödənilmək şərtilə 10 000 manat kredit verilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən, borcverəndən aldığı kreditin faizi ilə birlikdə tam həcmdə və vaxtında ödənilməsini təmin etmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən borcalan kredit ödənişi gecikdirildikdə kreditin illik faizi 6% + gecikdirilmiş məbləğin illik 10%-i həcmində cərimə olmada cəmi 16% ödəyir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2023-cü il tarixə olan məlumatdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı QSC BOKT-a 4820,72 manat əsas borc üzrə, 3033,81 manat faizlər üzrə olmaqla, ümumilikdə 7854,33 manat məbləğində borcu mövcuddur. xx.xx.2015-ci il tarixdə bağlanmış 633 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (0,21 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh arasında bağlanmış 10 ay müddətinə 10 000 manat məbləğində kredit verilməsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən yuxarıda qeyd edilən ipoteka predmeti olan fərdi yaşayış evi İddiaçı SKT-nin adına dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli ƏEM/S02-711/23 nömrəli hesabata əsasən ipoteka predmeti olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin (0,21 ha torpaq sahəsi ilə birlikdə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 36 000 manat müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6677 nömrəli ekspert rəyinə əsasən, müqavilə bitən müddətə, yəni, xx.xx.2018-ci il tarixinə Cavabdeh 5469,24 manat əsas, 9,12 manat faiz borcu hesablanmış, xx.xx.2023-cü il tarixinə əsas borcdan ödəniş edilərək 4197,13 manat əsas borc qalmış və ona 781,46 manat faiz borcu hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əsas borc məbləği azaldığından ekspert rəyi ilə razı deyillər. İddianı müdafiə etdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh lazımi qaydada məlumatlandırıldığından və iş üzrə lazımi məhkəmə araşdırılması aparıldığından işin əlavə araşdırılmasına ehtiyac olmadığını və əsassız vaxt itkisinə yol verilməməsi baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddələsini rəhbər tutataq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli 633K/SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən Cavabdeh illik 6 faizlə əsas və faiz borcları iribuynuzlu heyvanların alınıb bəslənməsi məqsədilə 36 ay müddətinə tam ödənilmək şərtilə 10 000 manat kredit verilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən, borcverəndən aldığı kreditin faizi ilə birlikdə tam həcmdə və vaxtında ödənilməsini təmin etmək borcalanın öhdəliyidir. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən borcalan kredit ödənişi gecikdirildikdə kreditin illik faizi 6% + gecikdirilmiş məbləğin illik 10%-i həcmində cərimə olmada cəmi 16% ödəyir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. xx.xx.2023-cü il tarixə olan məlumatdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı QSC BOKT-a 4820,72 manat əsas borc üzrə, 3033,81 manat faizlər üzrə olmaqla, ümumilikdə 7854,33 manat məbləğində borcu mövcuddur. xx.xx.2015-ci il tarixdə bağlanmış 633 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evi (0,21 ha torpaq sahəsi ilə birlikdə) ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh arasında bağlanmış 10 ay müddətinə 10 000 manat məbləğində kredit verilməsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. "xxxx" MMC tərəfindən təqdim edilmiş əmlak kompleksinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin (0,21 ha torpaq sahəsi ilə birlikdə) xx.xx.2023-cü il tarixə likvid dəyəri 36 000 manat müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6677 nömrəli ekspert rəyinə əsasən, müqavilə bitən müddətə, yəni, xx.xx.2018-ci il tarixinə Cavabdeh 5469,24 manat əsas, 9,12 manat faiz borcu hesablanmış, xx.xx.2023-cü il tarixinə əsas borcdan ödəniş edilərək 4197,13 manat əsas borc qalmış və ona 781,46 manat faiz borcu hesablanmışdır. Yuxarıda qeyd edilənləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddiaçı 4197,13 manat əsas borcun, 9,12 manat faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, müqavilənin bitmə tarixinə, yəni, xx.xx.2018-ci il tarixinə Cavabdeh 5469,24 manat əsas, 9,12 manat faiz borcu hesablanmış, daha sonra əsas borcdan ödəniş edilərək 4197,13 manat əsas borc qalmış və ona 781,46 manat faiz borcu hesablanmışdır. Faiz borcu isə müqavilə müddəti ərzində hesablanır, müqavilə müddəti bitdikdən sonra hesablnana əldən çıxmış fayda və zərər müəyyən edilən faiz məbləğləri qanunla müəyyən edildiyindən həmin faiz məbləğləri fərqlidir və iddiaçı həmin faiz məbləğlərinə hesablama aparmamışdır. Ona görə də məhkəmə müqavilə müddəti üçün ekspert rəyində hesablnan faiz məbləğini əsas götürür. İddiaçı tərəf əsas və faiz borcunun fərqli olması ilə bağlı alternativ hər hansı bir sübut təqdim etmədiyindən və irəli sürdüyü arqumenti əsaslandırmadığından məhkəmə ekspert rəyində olan əsas və müqavilə müddəti üçün hesablnan faiz borcunu əsas götürmüşdür. Məhkəmə hesab edir ki, müqavilənin bitmə tarixinə olan faiz borcu və ödənişdən sonra qalan əsas borc üzrə məbləğ əsas götürülərək 4197,13 manat əsas borc və 9,12 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə (0,21 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş müəssisənin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin (0,21 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 36000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəflərin razılaşması ilə ipoteka predmetinin ilkin satış qiymətinin 20 000 manat məbləğində müəyyən edilməsi cavabdehin hüquqlarına və qanuni maraqlarına uyğun deyil. Belə ki, 2015-ci il tarixdən hazırkı vaxta kimi daşınmaz əmlak bazarında qiymətlərin həddən artıq artması məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Əks yanaşma cavabdehin hüquqlarının kobud pozuntusuna şərait yaradar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilməmiş 98.55 dövlət rüsumunun 45,77 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 52,78 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddianın təmin edilmiş hissəsinə uyğun olaraq cavabdehdən 53,55 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSC-dən və 50 manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən, 100 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ013501**********2944, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4197,13 manat əsas borc, 9,12 manat faiz borcu, 53,55 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Borc məbləği Cavabdeh məxsus Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinə (0,21 ha torpaq sahəsi ilə birlikdə) yönəldilsin. İpoteka predmeti olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.3 kv.m əsas, 99,8 kv.m yardımçı sahəsi olmaqla, ümumi 166.1 kv.m sahədən ibarət olan fərdi yaşayış evinin (0,21 ha torpaq sahəsi ilə birlikdə) likvid dəyəri 36 000 manat məbləğində müəyyən edilsin və həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 98.55 dövlət rüsumunun 45,77 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 52,78 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSCdən və 50 manatı Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən, 100 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin (h/h – AZ68İBAZ**********479 81193205, m/h AZ03NABZ013501**********2944, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar