Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-845/2024 28.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Şəki Kommersiya Məhkəməsinin hakimi Hüseynov Mübariz Rahil oğlu, iddiaçı Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “112,2 manat icarə haqqının ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “112,2 manat icarə haqqının ödənilməsi” tələbi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İş üzrə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Kapital BANK ASC də olan hesabına ********** nömrəli qəbzlə icarə haqqı olaraq 142 manat ödəmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə cavabdehin ödənişin edilməsini təsdiq edən sənədləri nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, hazırki vəziyyətdə mübahisə olmadığından məhkəmə tərəfindən mahiyyəti üzrə qərarın qəbul edilməsi qanuni deyilidr Belə ki, əslində cavabdeh tələb edilən borcu tam ödəyib, mübahisə mövcud deyil və borc tam ödənilmişdir. Məhkəmə isə mübahisəyə baxdığından və artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. Məhkəmə işin hallarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi borc cavabdeh tərəfindən tam ödənildiyindən, beləliklə də tərəflər arasında mübahisə olmadığından işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə ki, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Məhkəmə isə mübahisəyə baxdığından, artıq mübahisə mövcud olmadığından və cavabdeh iddiaçıya olan borcunu tam formada ödədiyindən iş üzrə icraata xitam verilməsi qanuni və əsaslıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “112,2 manat icarə haqqının ödənilməsi” tələbi üzrə üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-845/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-845/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver