Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-850/2024 12.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli 354754-CNS-39004 nömrəli kredit müqaviləsi üzrə 3947.86 manat məbləğində əsas borc, 349.28 manat məbləğində faiz borcu və 108.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4405.92 manat pul məbləğinin, xx.xx.2023cü il tarixli 354754-CNS-43657 nömrəli kredit müqaviləsi üzrə 478.93 manat məbləğində əsas borc, 36 manat məbləğində faiz borcu və 63.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 578.53 manat pul məbləğinin və 69.84 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2022-ci il tarixli 354754- CNS-39004 nömrəli kredit müqaviləsi üzrə 3947.86 manat məbləğində əsas borc, 349.28 manat məbləğində faiz borcu və 108.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4405.92 manat pul məbləğinin, xx.xx.2023-cü il tarixli 354754-CNS-43657 nömrəli kredit müqaviləsi üzrə 478.93 manat məbləğində əsas borc, 36 manat məbləğində faiz borcu və 63.60 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 578.53 manat pul məbləğinin və 69.84 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 354754-CNS-39004 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 5913 manat olan borc pulu illik 24% faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 354754- CNS-43657 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 1772 manat olan borc pulu illik 22% faiz dərəcəsi ilə 12 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqavilələrinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. Müqavilələrin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəllərindən müəyyən olunur ki, cavabdeh 354754-CNS-39004 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 232.03 manat, sonuncu ay isə 234.74 manat, 354754- CNS-43657 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 166 manat, sonuncu ay isə 164.57 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə 354754-CNS-39004 saylı kredit müqaviləsi üzrə 3947.86 manat məbləğində əsas borc, 349.28 manat məbləğində faiz borcu və 108.78 manat cərimə borcu, 354754-CNS-43657 saylı kredit müqaviləsi üzrə 478.93 manat məbləğində əsas borc, 36.00 manat məbləğində faiz borcu və 63.60 manat cərimə borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində çatdırılması üçün Şəki şəhər İcra Hakimiyyətinin 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmiş və bildiriş cavabdehin ailə üzvlərinə çatdırılmışdır. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 147 və 284- 5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 354754-CNS-39004 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 5913 manat olan borc pulu illik 24% faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 354754- CNS-43657 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə ümumi məbləği 1772 manat olan borc pulu illik 22% faiz dərəcəsi ilə 12 ay müddətinə kredit alana verməyi, sonuncu isə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planına uyğun olaraq krediti və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə xx.xx.2024-cü il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin kredit müqavilələrinin 3.5.1-ci bəndinə əsasən kreditin qaytarılması müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixdən başlayır. 8.1-ci maddəsinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və kredit alan tərəfindən kredit, hesablanmış faizlər və digər pul tələbləri üzrə bütün öhdəliklərin banka icra olunduğu andan ləğv edilir. Müqavilələrin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5 % həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Kredit müqavilələrinin ödəniş cədvəllərindən müəyyən olunur ki, cavabdeh 354754- CNS-39004 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 232.03 manat, sonuncu ay isə 234.74 manat, 354754-CNS-43657 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2023-cü tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 166 manat, sonuncu ay isə 164.57 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, xx.xx.2024-cü il tarixə 354754-CNS-39004 saylı kredit müqaviləsi üzrə 3947.86 manat məbləğində əsas borc, 349.28 manat məbləğində faiz borcu və 108.78 manat cərimə borcu, 354754-CNS-43657 saylı kredit müqaviləsi üzrə 478.93 manat məbləğində əsas borc, 36.00 manat məbləğində faiz borcu və 63.60 manat cərimə borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır ki, hazırki vəziyyətdə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə əsas və faiz borcu məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin müvafiq olaraq “108.78 manat və 63.60 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilələrin 9.2-ci bəndinə əsasən bu müqavilə ilə müəyyənləşdirilən kreditin geri qaytarılması və ya faizlərin və ya digər ödənişlərin ödənilməsi üzrə öhdəliklər kredit alan tərəfindən vaxtında icra edilmədikdə, hər gecikdirilən təqvim günü üçün gecikdirilmiş məbləğə 0,5% həcmində cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin əmlak mənafelərini, iddiaçının daha tez məhkəməyə müraciət etməməklə borcun artmasına şərait yaratmasını və tərəflərin digər diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, 354754-CNS-39004 saylı kredit müqaviləsi üzrə 50 manat məbləğində, 354754-CNS-43657 saylı kredit müqaviləsi üzrə 20 manat məbləğində cərimənin saxlanması tərəflərin hüquqlarına və qanuni mənafelərinə uyğundur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsas borca münasibətdə təmin edildiyindən iddiaçının ödədiyi 69.84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə 354754-CNS-39004 saylı kredit müqaviləsi üzrə 3947.86 manat məbləğində əsas borc, 349.28 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu, xx.xx.2023-cü il tarixli 354754-CNS-43657 saylı kredit müqaviləsi üzrə 478.93 manat məbləğində əsas borc, 36 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu və 69.84 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov