Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-851/2025 25.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada 019R********** saylı krеdit razılaşması üzrə 8124.26 manat krеdit bоrcu, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, 019R********** saylı krеdit razılaşması üzrə 15525.23 manat krеdit bоrcu, 1308.48 manat faiz bоrcu və 444.03 manat cərimə borcu olmaqla, cəmi 26280.79 manat məbləğində borcun, ödənilmiş 168.84 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat rüsumun və 120 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının хеyrinə 019R********** nömrəli krеdit razılaşması üzrə 8124.26 manat krеdit bоrcu, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, 019R********** nömrəli krеdit razılaşması üzrə 15525.23 manat krеdit bоrcu, 1308.48 manat faiz bоrcu, 444.03 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26280.79 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168.84 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının tutulması, tələbin X2 məxsus Ünvan 1 ( köhnə Qazangül kəndi ərazisi)-də yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.05 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 26280.79 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168.84 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 (kredit alan), Cavabdeh2, Cavabdeh1 (zaminlər) arasında bağlanmış 019L**********41 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 150 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC (ipoteka saxlayan) ilə Cavabdeh3 (ipoteka qoyan) arasında xx.xx.2022-ci il tarixdə 019M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Ünvan 1 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsi ipoteka predmeti kimi qəbul olunmuşdur. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (**********53 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli) göründüyü kimi Cavabdeh3 məxsus Ünvan 1 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq 019L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə bağlanmış 019R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə illik faiz dərəcəsi 21% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 20 000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə olaraq İddiaçı QSC ilə Cavabdeh3 arasında 17 iyul 2024-cü il tarixdə 019R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. xx.xx.2022-ci il tarixdə bağlanmış 019R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh3 36 ay müddətinə illik faiz dərəcəsi 19.5% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 30 000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə olaraq İddiaçı QSC ilə Cavabdeh3 arasında 17 iyul 2024-cü il tarixdə 019S**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh3 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdən banka qaytarmamışdır. Cavabdehlər kredit razılaşması ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən hər iki müqavilə üzrə ödənilməmiş əsas, faiz və cərimə borcları qalmışdır. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında xx.xx.2022-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Ünvan 1 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsinin likvid dəyəri 27 200 manat təşkil edir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24 noyabr 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh3 İddiaçı QSC-yə olan borcu 09 iyul 2025-ci il tarixə (məhkəməyə müraciət edilən tarixə) xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 8034,98 manat, faiz borcu üzrə 1212,81 manat, xx.xx.2022-ci il tarixli 019R********** saylı kredit razılaşmasına əsasən əsas borc üzrə 15 277,44 manat, faiz borcu üzrə 2510,60 manat müəyyən edilmişdir. Cavabdeh3 xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, mütəxəssis rəyi ilə torpaq sahəsinin real bazar qiymətinin 32.000 manat, likvid dəyərinin isə 27.200 manat olması qeyd olunmuşdur. Qiymətləndirmənin düzgün aparılmadığını, əmlakın dəyərinin çox aşağı hesablandığını, belə ki, qeyd olunan torpaq sahəsinin üzərində maşınların təmiri sexlərinin olduğunu, həmin sexlərin qeyd olunan torpaq sahəsi ipoteka ilə yüklü edilən zaman da mövcud oluğunu, kreditin götürülməsinin səbəbinin də elə həmin təmir sexlərinin daha yaxşı vəziyyətə gətirilməsi ilə bağlı olduğunu, lakin qiymətləndirici tərəfindən müvafiq rəy tərtib olunarkən həmin tikililərin dəyərinin torpaq sahəsinin dəyərinə əlavə edilmədiyini bildirmiş və ipoteka predmeti olan torpaq sahəsinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi məqsədi ilə başqa bir Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan qiymətləndiricidən müvafiq rəyin alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit və təminat müqaviləsi, ipoteka müqaviləsi, kredit razılaşmaları, sazişlər, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış kredit razılaşmalarından irəli gələn öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onların krеdit razılaşmaları üzrə əsas, faiz və hesablanmış cərimə bоrcu qalmışdır. Qeyd edilən borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə təqdim edilmiş iş materiallarını və ekspert rəyini birlikdə araşdırdıqda o qənaətə gəlir ki, iddia tələbi hər iki razılaşma üzrə ekspert rəyinə uyğun olaraq əsas borca münasibətdə qismən təmin edilməli, faiz və cərimə borcuna münasibətdə isə tam təmin edilməlidir. Məhkəmə cavabdehlərin iddiaçıya olan borcunu təsdiqləyən kifayət qədər sübutların olmasını, həmçinin, iş üzrə cavabdehlər tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri barədə məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamasını, məbləğlərin uyğunsuz və əsassızlığı ilə bağlı halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə iddia tələbinin “tələbin X2 məxsus Ünvan 1 ( köhnə Qazangül kəndi ərazisi)-də yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.05 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 26280.79 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 168.84 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına xxxx QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 27.200 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Bundan əlavə olaraq Cavabdeh3 mütəxəssis rəyi ilə sadəcə torpaq sahəsinin qiymətləndirildiyini, həmin torpaq sahəsinin üzərindəki tikililərin (maşınların təmir sexlərinin) qiymətləndirilmədiyinin, əmlakın dəyərinin aşağı hesablandığını bildirərək rəylə razı olmadığını bildirmiş, bu səbəbdən məhkəmə tərəfindən ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün başqa qiymətləndirici şirkətə müaciət edilmiş, lakin onlar tərəfindən əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi üçün 1200 manat məbləğində xidmət haqqı tələb edilmiş, tərəf qeyd edilən vəsaiti ödəmədiyindən, məhkəmə tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ilkin müraciət edilən qiymətləndirici hüquqi şəxsə müraciət edilmiş və müvafiq sualın cavablandırlması xahiş edilmişdir. Qiymətləndirici şəxsin CVN/S 25-316-1/25 nömrəli 24 fevral 2026-cı il tarixli əlavə rəyinə əsasən X1 xüsusi mülkiyyətində olan, Ünvan 1 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsinin 24 fevral 2026-ci il tаriхinə: Bazar dəyəri: 32.000,0 (otuz iki min) manat, Likvid dəyəri: 27.200,0 (iyirmi yeddi min iki yüz) manat təşkil edir. Tikililər üzrə: 480,0 kv.metr (tikintialtı sahə) x 300,0 (üç yüz) manat/1kv.metr (tikinti-təmir xərci) = 144.000,0 (bir yüz qırx dörd) min manat təşkil edir. Məhkəmə cavabdeh tərəfin nəzərinə çatdırır ki, ipoteka predmeti olaraq rəsmi qeydə alınmış daşınmaz əmlak olan cavabdehin mülkiyyətində olan 0,05 ha torpaq sahəsi olduğundan həmin torpaq sahəsində sonradan inşa edilmiş tikililər ipoteka predmeti hesab edilmir. Belə ki, həmin tikintinin aparılması ilə bağlı ipoteka müqaviləsi tərəflərinin ortaq razılığı və qanunla müəyyən edilmiş tikinti qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. Qeyd edilənlərlə bağlı hər hansı sübut təqdim edilmədiyindən məhkəmə tərəfindən ipoteka predmeti olan torpaq sahəsində inşa edilmiş tikintinin qanuni olması təsdiq edilə bilməz. Məhkəmə tərəflər arasında yaranmış hazırkı münasibətlərə yalnız tərəflər arasında bağlanmış müqavilə prizmasından baxır. Həmin tikintinin qanuniliyi və digər məsələlər digər mübahisə predmeti olduğundan məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ yoxdur. Ona görə də cavabdeh ipoteka predmeti olan torpaq sahəsinin likvid dəyərini mübahisələndirmədiyindən, yalnız orada inşa edilmiş tikililələrin qiymətinin müəyyən edilməməsi ilə müvafiq vəsatət verdiyindən, məhkəmə tərəfindən həmin tikintinin dəyəri isə müəyyən edilsə də bu halın ipoteka predmetinə aidiyyəti olmadığından qeyd edilən qiymətləndirici tərəfindən müəyyən edilmiş ipoteka predmetinin likvid dəyəri əsas götürülür. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına, 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı da cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 168.84 manat olmalıdır. İddiaçı tərəfindən ödənilmiş rüsum cavabdehlərdən tələb edildiyindən və iddia tələbi qismən təmin edildiyindən 166.67 manat məbləğində rüsum cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 01 iyun 2022-ci il tarixli 019R********** saylı krеdit razılaşması üzrə 8034.98 manat əsas bоrc, 669.18 manat faiz bоrcu, 209.61 manat cərimə borcu, 19 sentyabr 2022-ci il tarixli 019R********** saylı krеdit razılaşması üzrə 15277.44 manat əsas bоrc, 1308.48 manat faiz bоrcu, 444.03 manat cərimə borcu olmaqla, cəmi 25943.72 manat pul, 166.67 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Borcun tutulması Cavabdeh3 xüsusi mülkiyyətində olan Ünvan 1 (köhnə Qazangül kənd ərazisi)-də yerləşən, yaşayış məntəqələrinin torpaqları təyinatlı, ümumi sahəsi 0.05 ha təşkil edən torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri (ilkin satış) 27.200 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına (BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ********************, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov