Məhkəmə qərarları › İş №e-2-2(117)-854/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-854/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-854/2024 26.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehdən 400 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Meşələrin İnkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli meşə fondu torpaq sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsrrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqaviləyə əsasən X2 X1 meşəbəyliyinin 16-cı kvartalının 3-cü bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədilə 1 ha sahə ayırmağı, istifadəçi meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən istifadə haqqının məbləği istifadəyə götürülmüş hər hektar üçün kadastr qiymət rayonları və ora daxil olan inzaibati rayonlar üzrə torpaqların coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 ha üçün 400 manat hesabı ilə illik müəyyənləşdirilir və müvafiq olaraq dövlət büdcəsinə ödənilir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 1 ha torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 400 manat təşkil edir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, edilən xəbərdarlığa baxmayaraq icarəçi qalıq icarə borcunu ödəmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 400 manat icarə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə poçt vasitəsilə təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, icarəçinin şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Meşələrin İnkişafı Xidmətinin X2 Təsərrüfatı Mərkəzi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli meşə fondu torpaq sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsrrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqaviləyə əsasən X2 X1 meşəbəyliyinin 16-cı kvartalının 3-cü bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (örtülü olmayan) sahədən turizmrekreasiya məqsədilə 1 ha sahə ayırmağı, istifadəçi meşə fondundan istifadə üçün haqqı müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən istifadə haqqının məbləği istifadəyə götürülmüş hər hektar üçün kadastr qiymət rayonları və ora daxil olan inzaibati rayonlar üzrə torpaqların coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla 1 ha üçün 400 manat hesabı ilə illik müəyyənləşdirilir və müvafiq olaraq dövlət büdcəsinə ödənilir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 1 ha torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən göründüyü kimi cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 400 manat təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən illik icarə haqqı lazımınca ödənilmədiyindən qalıq borcu 400 manat təşkil edir ki, həmin borc məbləği də şəxsi hesab vərəqəsi ilə müəyyən olunur. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 400 manat borcu mövcuddur. Bu səbəbdən həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 manat icarə haqqı üzrə borc tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar