Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-855/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı 10 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehdən 591 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: Oğuz Rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 52 hektar torpaq sahəsi 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 260 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 52 hektar torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 591 manat təşkil edir. İcarəçi Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, edilən xəbərdarlığa baxmayaraq icarəçi qalıq icarə borcunu ödəmədiyindən tərəflər arasında mübahisə həllini tapmamış, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş icarə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə poçt vasitəsilə təqdim edilmiş, lakin cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, icarəçinin şəxsi hesab vərəqəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Oğuz Rayon İcra Hakimiyyəti başçısı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 52 hektar torpaq sahəsi 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinin tələbinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixdən hesablanır. 2.4-cü bəndinin tələbinə əsasən icarəçi icarə haqqını hər il üçün 260 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. 2.13-cü madddəsi üzrə torpaq sahəsindən istifadəyə görə icarə haqqını və digər tədiyyələri ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. İcarəyə verən icarə müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 52 hektar torpaq sahəsini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə borcunu tam ödəməmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixə cəmi ödənilməli icarə borcu 591 manat təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən illik icarə haqqı lazımınca ödənilmədiyindən qalıq borcu xx.xx.2024-cü il tarixə 591 manat təşkil edir. Bu hal icarəçinin şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixə olan borcu mübahisələndirdiyindən, cavabdeh isə iddia tələbinə etirazını və bunu əsaslandıracaq sübutlarını məhkəməyə təqdim etmədiyindən 591 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 591 manat icarə haqqı üzrə borc tutularaq dölət büdcəsinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-855/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-855/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver