Məhkəmə qərarları › İş №e-2-2(117)-86/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-86/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-86/2024 05.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh 14435 manat məbləğində ödənilməmiş borcun, 5565 manat məbləğində əldən çıxmış faydanın və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 20150 manat pulun iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh qarşı “cavabdeh 14435 manat məbləğində ödənilməmiş borcun, 5565 manat məbləğində əldən çıxmış faydanın və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 20150 manat pulun iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim etdilər və təsdiq edilməsini xahiş etdilər. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının nümayəndəsi ona verilən səlahiyyətlər əsasında və Cavabdeh imzaları ilə təsdiq edilmiş barışıq sazişini məhkəməyə təqdim etmişlər, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İddiaçının nümayəndəsinə verilən etibarnamədə ona Mülki Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən səlahiyyətin verilməsi göstərilmiş və sonuncunun barışıq sazişini imzalamaq səlahiyyəti mövcuddur. Məhkəmə xx.xx.2024-cü il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən, qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Cavabdeh ona verilmiş yem məhsullarına görə İddiaçı 14435 manat borcunu etiraf edir.

2. 14435 manatın 2000 manatını xx.xx.2024-cü il tarixdə, 2000 manatını xx.xx.2024cü il tarixdə, 2000 manatını xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdən hər ay 1000 manat olmaqla ödəməyi öhdəsinə götürür.

3. İddiaçı 5565 manat əldən çıxmış faydadan imtina edir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar