Məhkəmə qərarları › İş №e-2-2(117)-860/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-860/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-860/2023 24.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 613,68 manat məbləğində kredit borcu, 13,19 manat məbləğində faiz borcu və 24,92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 651,79 manat məbləğində borcun, ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 613,68 manat məbləğində kredit borcu, 13,19 manat məbləğində faiz borcu və 24,92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 651,79 manat məbləğində borcun, ödənilmiş 40 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007L**********78 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 100000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Bu müqavilə və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Həmin uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının 1.1-ci və 1.2-ci hissələrinə əsasən bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 536 manat, sonuncu ay isə 547,72 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh5 xx.xx.2023-cü il tarixə 613,68 manat məbləğində kredit borcu, 13,19 manat məbləğində faiz borcu və 24,92 manat cərimə borcu mövcuddur və borcu 168 gün gecikdirdiyi hazırki sənədlə təsdiq olunur. 007S**********802 nömrəli (zamin Cavabdeh4), 007S**********01 nömrəli (zamin X3), 007S**********703 nömrəli (zamin Cavabdeh3), 007S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh5 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. İş materiallarında olan köçürmə sənədindən məlum olur ki, 10000 manat pul vəsaiti Cavabdeh5 AZ410ASAB******************** nömrəli hesabına köçürülmüşdür. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş cavabdehlər Cavabdeh5 və X2 xx.xx.2023-cü il tarixdə, Cavabdeh1 və Cavabdeh4, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi və kredit razılaşması, zaminlik müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bunan sonra mətndə MM)maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 007L**********78 nömrəli uzunmüddətli kredit müqaviləsinə (120 ay müddətinə bağlanmışdır) əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında kredit alana 100000 manat məbləğində uzunmüddətli kredit xəttini açmışdır. Həmin uzunmüddətli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixli 007R********** nömrəli kredit müqaviləsi bağlanmış, bank məbləği 10000 manat olan krediti aylıq faiz dərəcəsi 2,0833 % olmaqla 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən kredit məbləğini və ona hesablanmış faizi banka qaytarmağı həmçinin, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün 007S**********802 nömrəli (zamin Cavabdeh4), 007S**********01 nömrəli (zamin X3), 007S**********703 nömrəli (zamin Cavabdeh3), 007S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələri bağlanmışdır ki, həmin müqavilələr uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. İş materialları ilə sübut olunur ki, qeyd edilən 10000 manat pul vəsaiti Cavabdeh5 AZ410ASAB******************** nömrəli hesabına köçürülmüş, lakin cavabdeh öhdəliklərini lazımınca yerinə yetirmədiyindən 613,68 manat məbləğində kredit borcu, 13,92 manat məbləğində faiz borcu, 24,92 manat məbləğində cərimə borcu qalmışdır. Məhkəmə araşdırması zamanı cavabdehlər əsas, faiz və cərimə borcuna münasibətdə hər hansı bir etiraz bildirməmiş, eyni zamanda qeyd edilən borcların uyğunsuzluğu ilə bağlı məhkəmədə hər hansı şübhə olmadığından əlavə araşdırma aparılmamışdır. Bu baxımdan məhkəmə qeyd edilən borcların mövcudluğunu və iddiaçının tələbində haqlı olduğu qənaətindədir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Bundan əlavə iddiaçının “kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kredit alan borcu ödəniş planına uyğun qaytara bilmədikdə Bankın kredit müqaviləsinə xitam vermək və borcu faizlərlə birlikdə qaytarmağı tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmənin qənaəti belədir ki, tərəflər arasına kredit razılaşmasının ləğv edilməsini iddiaçı tələb edə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 613,68 manat məbləğində əsas borcu, 13,19 manat məbləğində faiz borcu və 24,92 manat məbləğində cərimə borcunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənlməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyind, əsanat mediasiya xərci və 30 manat dövlət rüsumu əsas cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 müştərək qaydada 613,68 manat məbləğində əsas borcu, 13,19 manat məbləğində faiz borcu və 24,92 manat borcu və 40 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh5 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar