Məhkəmə qərarları › İş №e-2-2(117)-861/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-861/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-861/2023 24.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı krеdit razılaşması üzrə 44138.97 manat məbləğində krеdit bоrcu, 8129.51 manat məbləğində faiz bоrcu və 33148.59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 85417,07 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı krеdit razılaşması üzrə 44138.97 manat məbləğində krеdit bоrcu, 8129.51 manat məbləğində faiz bоrcu və 33148.59 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 85417,07 manat məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2ın istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2ın istifadə hüququnun itirilməsi, onların mənzildən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsi üzrə işin icraatına xitam verilmişdir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, evin qiymətləndirilməsi ilə bağlı rəylə razı deyil. Belə ki, rəydə evin dəyəri 81 000 manat göstərilmişdir. Bank nümayəndələri özləri evə ekspert rəyində göstərilənlərdən yuxarı məbləğ demişdilər. Bank nümayəndələri tərəfindən evin dəyəri 112 500 manat göstərilmişdir. Evin satılmasını istəmir. Ona məxsus torpaq sahəsi var, onu satışa qoymuşdur. Əgər satılsa borcunu ödəyə bilər. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmiş, digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 onun həyat yoldaşıdır, xəstə olduğundan məhkəmədə iştirak edə bilmir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. Tərəflər arasında 27 yanvar 2014-cü il tarixli, 35L000001308SA nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. “Kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” xx.xx.2020-ci il tarixli Sazişə əsasən, bank kredit alana 1 000 000 ABŞ dolları həcmində krediti 191 ay müddətinə vermişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 035R**********SA nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 24 ay müddətinə aylıq 1,5 faiz dərəcəsi ilə 70 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 764,72 manat məbləğdən başlayaraq artan məblə üzrə 924 manat, 978 manat, 2600 manat, 3529 manat, 3542,50 manat və sonrda 27086,35 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 035S**********01 nömrəli (zamin Cavabdeh2) nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1la arasında bağlanmış 191 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış 035M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evi *** **** manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış kredit xətti açılması barədə 27 yanvar 2014-cü il tarixli, 35L000001308 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən 6 Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evi (tam) (yüklülüyün növü ipoteka), xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh1 tərəfindən iddiaçının xeyrinə yüklü edilmişdir. Çıxarış xx.xx.2021-ci il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S 04-713/23 nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinin likvid dəyəri 65 000 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S 04-713/23 nömrəli mütəxəssis rəyində yeni təqdim edilmiş sənəd və fotolar əsasında əvvəlki qiymətin dəqiqləşdirilməsi aparılmış, fərdi yaşayış evinin qiymətləndirilməsi barədə təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinin likvid dəyəri 112 000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6889 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 035R**********SA nömrəli kredit razılaşması üzrə cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 44138,97 manat və faiz borcu üzrə isə 10623,36 manat qeyd edilmişdir.Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, dövlət rüsumunun ödənilməsi barədə sənəd və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 yanvar 2014-cü il tarixli, 35L000001308SA nömrəli Uzunmüddətli kredit müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 50 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2024-cü il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. “Kredit xətti müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” xx.xx.2020-ci il tarixli Sazişə əsasən, bank kredit alana 1 000 000 ABŞ dolları həcmində krediti 191 ay müddətinə vermişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli 035R**********SA nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 24 ay müddətinə aylıq 1,5 faiz dərəcəsi ilə 70 000 manat məbləğində kredit vəsaiti verilmişdir. xx.xx.2021-ci il tarixli 035S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqaviləsi bağlanılaraq Cavabdeh1la arasında bağlanmış 191 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli, 025L**********47 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin edilmişdir. Həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə bağlanmış 035M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində yerləşən 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evi *** **** manat qiymətləndirilməklə ipoteka qoyulmuş, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış kredit xətti açılması barədə 27 yanvar 2014-cü il tarixli, 35L000001308 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 44138,97 manat məbləğində əsas kredit borcu, 8129,51 manat məbləğində faiz borcu və 33148,59 manat cərimə borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6889 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2020-ci il tarixli 035R**********SA nömrəli kredit razılaşması üzrə cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 44138,97 manat və faiz borcu üzrə isə 10623,36 manat qeyd edilmişdir. Məhkəmənin müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, ekspert rəyində faiz borcu iddia tələbinə nisbətən artıq hesablandığından faiz borcuna münasibətdə məhkəmə iddia tələbini əsas tutur. Həmçinin, kredit götürən şəxs həmin borcun əsassızlığı ilə bağlı əks arqument mövcud olmadığından və məhkəmə borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından iddia tələbinin həmin hissədə əsaslı olması qənaətindədir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə ekspertizası rəyində cərimənin hesablanmamasını ilə bağlı müvafiq cədvəlin təqdim edilməməsinə əsaslansa, tərəflər arasnda bağlanmış kredit müqaviləsinin şərtlərində (Müqavilənin 4.2.2-ci bəndində) ödəniş planı üzrə kredit və ona hesablanmış faizlər qaytarılmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdurş Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı və əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 1000 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və borcun, mediasiya xərcinin, dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini və əmlakın hərracdan satışından əldə olunan vəsaitin borcun ödənimləsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ilkin mütəxəssis rəyində 65 000 manat məbləğində müəyyən edilsə də, sonradan tərəflər arasında bağlanmış müqavilə şərtlərində qeyd edilən evin likvid dəyərinin 112 500 manat nəzərdə tutulduğunu nəzərə alaraq, təqdim edilmiş fərdi yaşayış evinə edilmiş yaxşılaşmaların foto və sənədləri əsasında xx.xx.2023-cü il tarixdə qeyd edilən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinin likvid dəyəri 112 000 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə qeyd edilən ipoteka predmetinin likvid dəyərinin 112000 manatmüəyyən edilmədəsini tərəflərin hüquqlarına və qanuni maraqlarına uyğun hesab edir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halında çatışmayan vəsaitin cavabdehlərdən tutulmasına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 249,45 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda ödənilməmiş 346 manat dövlət rüsumunun 130,22 manatı iddiaçıdan, 215,78 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSCdən və 50 manatı cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən və 100 manatı cavabdehdən tutularaq Əmlak Ekspert Mərkəzi” MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ013501**********2944, kod –805711, swift – İBAZAZ2X) ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 035R********** saylı krеdit razılaşması üzrə 44138.97 manat məbləğində krеdit bоrcu, 8129.51 manat məbləğində faiz bоrcu və 1000 manat məbləğində cərimə borcu, 249,45 manat mediasiya xərci, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh1 məxsus Qəbələ rayonu, Zarağan kəndində xüsusi mülkiyyətdə olan 0.44 ha torpaq sahəsi və onun üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 310.3 kv olan fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzilin likvid dəyəri 112 000 manat müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 346 manat dövlət rüsumunun 130,22 manatı iddiaçıdan, 215,78 manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSCdən və 50 manatı Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ**********0 000003944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 100 manatı İddiaçı QSC-dən və 100 manatı Cavabdeh1 tutularaq Əmlak Ekspert Mərkəzi” MMC-nin (h/h – AZ68İBAZ********************5, m/h AZ03NABZ013501**********2944, kod –805711, swift – İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar