Məhkəmə qərarları › İş №e-2-2(117)-864/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-864/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-864/2024 03.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2246.39 manat əsas borc, 413.78 manat faiz borcu və 46.60 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “2246.39 manat əsas borc, 413.78 manat faiz borcu və 46.60 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə **********2607023 nömrəli “bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə imzalanmışdır. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********2607023 nömrəli “bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə əsasında KBSK2646749B252 saylı müqavilə elektron qaydada mobil tətbiq vasitəsilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə illik 25% faiz dərəcəsi ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Əlavənin 2.15-ci bəndinə əsasən hazirki Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Həmçinin 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda tətbiq bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olmaqla cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 138.77 manat, sonuncu ay isə 139.98 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 2246.39 manat məbləğində əsas borc, 413.78 manat məbləğində faiz borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, banka olan borcunu imkan olan kimi ödəyəcəkdir, 6 ildir rəsmi və qeyri-rəsmi heç bir əmək fəaliyyəti ilə məşğul olmur, iddiaçıdan maddi-mənəvi təzminat tələb edir, bank tərəfindən özü və həyat yoldaşı psixoloji təzyiqlərə məruz qalmış və 5000 manat məbləğində mənəvi ziyanın dəydiyini bildirmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə **********2607023 nömrəli “bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə imzalanmışdır. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli **********2607023 nömrəli “bank xidmətlərinin göstərilməsi haqqında” ümumi müqavilə əsasında KBSK2646749B252 saylı müqavilə elektron qaydada mobil tətbiq vasitəsilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdehə illik 25% faiz dərəcəsi ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Əlavənin 2.15-ci bəndinə əsasən hazirki Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Həmçinin 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda tətbiq bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olmaqla cərimə hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 138.77 manat, sonuncu ay isə 139.98 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 2246.39 manat məbləğində əsas borc, 413.78 manat məbləğində faiz borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır ki, hazırki vəziyyətdə iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə həm əsas, həm də faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz ərizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, banka olan borcunu imkan olan kimi ödəyəcəkdir, 6 ildir rəsmi və qeyri-rəsmi heç bir əmək fəaliyyəti ilə məşğul olmur, iddiaçıdan maddi-mənəvi təzminat tələb edir, bank tərəfindən özü və həyat yoldaşı psixoloji təzyiqlərə məruz qalmış və 5000 manat məbləğində mənəvi ziyanın dəydiyini bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş etiraz ərizəsinə münasibətdə bildirir ki, cavabdeh özünə və həyat yoldaşına psixoloji təzyiqlərin göstərildiyini qeyd edərək ona 5000 manat məbləğində mənəvi ziyanın dəydiyini bildirmişdir. Lakin cavabdeh tərəf bununla bağlı heç bir rəsmi sübut məhkəməyə təqdim etməmiş, etirazının əsaslarını təsdiq edən sübutları təqdim etməmişdir. Eyni zamanda cavabdeh etiraz ərizəsində, məhkəmə prosesi zamanı iddiasını səsləndirərək çıxış etməyə hazır olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni zamanda cavabdeh təqdim etdiyi etiraz ərizəsində də etiraf etmişdir ki, iddiaçının tələb etdiyi borc məbləğini həqiqətəndə ödəməmiş və qarşı tərəfə ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcunun olamasına dair əsaslı sübut və ya arqument təqdim edilmədiyindən məhkəmə iddianın taleyini cavabdehin bildirdiyi hər hansı bir arqumentə uyğun həll edə bilməz. İddiaçının təqdim etdiyi sübutlar daha əsaslı və mübahisəsiz sübutlardır. Cavabdeh borc məbləğini ilə bağlı etirazında hər hansı bir dəlil irəli sürməmişdir. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin məcəllənin 284-5.4-cü maddəsinə əsasən, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa, məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə hazırki şəraitdə iş üzrə əlavə araşdırma aparılması və ekspertlərdən rəyin alınması ilə bağlı hər hansı bir zərurətin olmadığını qeyd edərək, işə sadələşdirilmiş qaydada yəni tərəflərin iştirakı olmadan baxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia ərizəsi təmin olunmalı və cavabdehdən 2246.39 manat əsas borc və 413.78 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 46.60 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2246.39 manat əsas borc, 413.78 manat faiz borcu və 46.60 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar