Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-868/2025 14.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-7/2025 nömrəli qətnaməsi üzrə yaranmış borcun ayda 50 manat ödənilməklə icra edilməsi” tələbinə dair işə baxaraq, müəyyən etdi: Cavabdeh “Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-7/2025 nömrəli qətnaməsi üzrə yaranmış borcun ayda 50 manat ödənilməklə icra edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddia ərizəsinin və tələbin məzmunu Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-7/2025 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlıdır. Qeyd edilən əsasla hazırkı qaydada deyil, AR Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun olaraq təqdimat formasında müraciət edilməli idi. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin iddia ərizəsinə əlavə etmiş olduğu “Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-7/2025 saylı qətnaməsi üzrə yaranmış borcun hissə-hissə ödənilməsi”nə dair ərizəsi təqdimat formasında icraata qəbul edilməli, lakin hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericilikdə forma və məzmunla bağlı müəyyənləşdirilmiş tələblərə uyğun olmadığından geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Nəticədə məhkəmə hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizə 8-2(117)-27/2025 nömrəsi ilə icraata qəbul edilməli, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-7/2025 nömrəli qətnaməsi üzrə yaranmış borcun ayda 50 manat ödənilməklə icra edilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. Cavabdeh qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsi məhkəmə qərarlarının icrası qaydasında icraat növündə ərizə olaraq qeydiyyatdan keçilməsi üçün Şəki Kommersiya Məhkəməsinin dəftərxanasına təhvil verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-868/2025
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-868/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver