Məhkəmə qərarları › İş №e-2-2(117)-869/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-869/2023

02.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-869/2023 02.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı X3 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2na və X2 qarşı “Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni, ünvan 1ndə yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın cavabdeh X1 hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh X4 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750 000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X5 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2na və X2 qarşı “Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni, ünvan 1ndə yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın cavabdeh X1 hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh X4 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750 000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbinin “Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni, ünvan 1ndə yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın cavabdeh X1 hissəsində etibarsız hesab edilməsi” hissəsi üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(107)-15/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(2)102-181/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(107)-15/2023 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilərək iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Ali Məhkəmə birinci və apelyasiya instansiyası məhkəməsinin işin icraatında MPM-in 261.0.1-ci maddəsinə əsaəsn yəni “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilməsi ilə razılaşmamış və MPM-in 261.0.2-ci maddəsi ilə yəni “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa” xitam verilməli olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən, məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia tələbinin “iddiaçı X3 cavabdehlər X2, Cavabdeh2na və Zaqatala rayon İstehsalİstehlak Kooperativinə qarşı “Zaqatala şəhəri İ.Şamil küçəsində 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın iddiaçıya qaytarılması, onunla ünvan 2 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və cavabdeh X4 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda isə əmlakların dəyəri olan 750000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, eyni tərəflər arasında eyni tələblə bağlı Şəki Kommersiya Məhkəməsinə daha əvvəl də müraciət olunmuş, Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1412/2022 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Zaqatala Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin mülki iş hazırda Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X3 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2na və X2 qarşı “Zaqatala RKC İdarə Heyətinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı və Azərittifaqın xx.xx.2003-cü il tarixli 152 saylı qərarının qismən, yəni, ünvan 1ndə yerləşən 0,07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanın cavabdeh X1 hissəsində etibarsız hesab edilməsi və həmin mağazanın ona qaytarılması, onunla ünvan 1 ünvanda yerləşən mağaza binası və köməkçi sahələri üzrə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh X4 ilə şərik əldə etdikləri hamam binasının yarısının, həmin əmlaklar naturada mövcud olmadıqda əmlakların dəyəri olan 750 000 manat vəsaitin, həmçinin 840 manat dövlət rüsumunun, 220 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar