Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-874/2024 08.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 3266 manat məbləğin və 52.66 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 3266 manat məbləğin və 52.66 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə 167/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçıya olan 3266 manat borcunu indiyədək ödəməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə 167/2022 nömrəli alqı-satqı müqaviləsinin: 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya nisyə (borc) olaraq ümumi dəyəri 3266 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır.. 2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı”dan ümumi dəyəri 3266 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. 3-cü bəndinə əsasən, “Alıcı” “Satıcı”ya 3266 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəkilində ödəməyi öz öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin: 1.1-ci bəndinə əsasən, kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 3266 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 3266 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 2.1-ci maddəsinə əsasən, borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 1088 manat olmaqla, xx.xx.2022-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı andan qüvvəyə minir. Eyni zamanda Cavabdeh İddiaçı prezidenti Ceyhun Abbasova yazmış olduğu xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 167/2022 nömrəli müqaviləyə əsasən iddiaçıya 3266 manat borcu var və 3 ay müddətində borcu tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddət ərzində müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş pul vəsaitinin 3266 manat hissəsini kassaya ödəməmişdir. Həmin borc məbləğindən kassaya heç bir ödəniş həyata keçirilməmiş və cavabdehin xx.xx.2024-cü il tarixə 3266 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022ci il tarixdə 167/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”ya nisyə (borc) olaraq ümumi dəyəri 3266 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır. 2-ci bəndinə əsasən, “Alıcı” “Satıcı”dan ümumi dəyəri 3266 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. 3-cü bəndinə əsasən, “Alıcı” “Satıcı”ya 3266 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəkilində ödəməyi öz öhdəsinə götürür. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən, kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 3266 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 3266 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. 2.1-ci maddəsinə əsasən, borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra hər ay 1088 manat olmaqla, xx.xx.2022-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, hazırki müqavilə imzalandığı andan qüvvəyə minir. Eyni zamanda Cavabdeh İddiaçı prezidenti Ceyhun Abbasova yazmış olduğu xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli 167/2022 nömrəli müqaviləyə əsasən iddiaçıya 3266 manat borcu var və 3 ay müddətində borcu tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh İddiaçı MMC-də işlədiyi müddət ərzində müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş pul vəsaitinin 3266 manat hissəsini kassaya ödəməmişdir. Həmin borc məbləğindən kassaya heç bir ödəniş həyata keçirilməmiş və cavabdehin xx.xx.2024-cü il tarixə 3266 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 3266 manat borcu yaranmışdır ki, iddiaçı borcun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 52.66 manat dövlət rüsumu ödənildiyindən və iddia əsas məbləğə nisbətən tam təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdeh 3266 manat borc pul və 52.66 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov