Məhkəmə qərarları › İş №e-2-2(117)-875/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-875/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-875/2023 11.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh ASC-yə qarşı “7007 manat borcun Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə icarəçi Cavabdeh ASC arasında “özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 493 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 493 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Ağsu şəhəri, X2 küçəsi, döngə 3, bina 4 ünvanındakı əmlak kompeksinin yerləşdiyi 16286,4 kv.m torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 280 manat müəyyən edilmişdir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. İcarəçi Cavabdeh ASC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Ağsu şəhəri, X2 küçəsi, döngə 3, bina 4 ünvanında yerləşən əmlak kompleksinin sahəsi 16286,4 kv.m olmaqla, ödənilən məbləğ 179,60 manat, ödənilməli olan məbləğ 7007,07 manat təşkil edir. İddiaçı ödənilməyən 7007 manat borcun (icarə haqqı) tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə bildirişi çatdırılması üçün xx.xx.2023-cü il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinə göndərilmiş və həmin tarixdə qəbul edilmişdir. MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə icarəçi Cavabdeh ASC arasında “özəlləşdirilən müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli 493 nömrəli icarə müqaviləsi bağlamışdır. İcarəyəverənlə icarəçi Cavabdeh ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 493 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli əmrinə əsasən Ağsu şəhəri, X2 küçəsi, döngə 3, bina 4 ünvanındakı əmlak kompeksinin yerləşdiyi 16286,4 kv.m torpaq sahəsini icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 280 manat müəyyən edilmişdir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Ağsu şəhəri, X2 küçəsi, döngə 3, bina 4 ünvanında yerləşən əmlak kompleksinin sahəsi 16286,4 kv.m olmaqla, ödənilən məbləğ 179,60 manat, ödənilməli olan məbləğ 7007,07 manat təşkil edir. Məhkəmə iddia tələbinin 7007 manat olmasına münasibətdə hesab edir ki, cavabdehin 7007 manat məbləğində borcunun olması iş materiallarına əlavə olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7007 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddia tələbi təmin edildiyindən cavabdehdən 90,07 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ASC-dən 7007 manat tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilsin. Cavabdeh ASC-dən 90,07 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar