Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-877/2023 11.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh MMC-yə qarşı “1773 manat borcun Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** nömrəli hesabına köçürülməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə icarəçi Cavabdeh MMC arasında “dövlət, müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikinitisi layihələşdirilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 679 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarəyəverənlə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 679 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 124 nömrəli əmrinə əsasən Göyçay şəhəri, ünvan 1 ünvanındakı əmlak kompeksinin yerləşdiyi 4205 kv.m torpaq sahəsini tikinti məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 253,33 manat müəyyən edilmişdir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək müəyyən edilmişdir. İcarəçi Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Göyçay şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 4205 kv.m olmaqla, ödənilməli olan məbləğ 1773 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisidir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin bütün hüquq və öhdəlikləri Əmlak Məsələləri Dövlət Xidmətinə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin “bu ünvanda yerləşmir” qeydi ilə geri qaytarılmışdır. Daha sonra məhkəmə bildirişi çatdırılması üçün xx.xx.2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinə göndərilmiş və həmin tarixdə qəbul edilmişdir. MPM-in 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin – (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (indiki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə icarəçi Cavabdeh MMC arasında “dövlət, müəssisə, idarə və təşkilatlarının istifadəsində olan, dövlət mülkiyyətində olan obyektlərin yerləşdiyi və ya dövlət obyektlərinin tikinitisi layihələşdirilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 679 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarəyəverənlə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 679 nömrəli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2021-ci il tarixli, 124 nömrəli əmrinə əsasən Göyçay şəhəri, ünvan 1 ünvanındakı əmlak kompeksinin yerləşdiyi 4205 kv.m torpaq sahəsini tikinti məqsədilə icarəçinin müddətli istifadəsinə verməyi, icarəçi isə icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 253,33 manat müəyyən edilmişdir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə icarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü tarixədək müəyyən edilmişdir. İcarəçi Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş icarə haqqı borcu qalmışdır ki, iddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, Göyçay şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi 4205 kv.m olmaqla, ödənilməli olan məbləğ 1773 manat təşkil edir. Məhkəmə iddia tələbinin 1773 manat olmasına münasibətdə hesab edir ki, cavabdehin 1773 manat məbləğində borcunun olması iş materiallarına əlavə olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1773 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İddia tələbi təmin edildiyindən cavabdehdən 37,73 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1773 manat borc tutularaq iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilsin. Cavabdeh MMC-dən 37,73 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-877/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-877/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver