Məhkəmə qərarları › İş №e-2-2(117)-878/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-878/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-878/2022 24.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “cavabdehlər İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan xx.xx.2013-cü il tarixli 2013-İP-02 saylı kredit razılaşması üzrə 45865,63 manat əsas borc, 3434,44 manat faiz borcu olmaqla cəmi 49300,07 manat borcun, xx.xx.2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə 34512,30 manat əsas borc, 2294,54 manat faiz borcu olmaqla, cəmi 36806,84 manat borcun, ümumlikdə hər iki müqavilə üzrə 80377,93 manat əsas borc, 5728,98 manat faiz borcu olmaqla, cəmi 86106,91 manat borcun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin tutulması, həmçinin borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus Şəki şəhəri, H.Əliyev küçəsin 61 A ünvanında inşa edilən 6 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzilinə, habelə ünvan 2 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldərək, cavabdehin həmin mənzillər üzərində sahiblik istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 86106,91 manat borc məbləğinin və 400 manat mediasiya xərcinin tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “cavabdehlər İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan xx.xx.2013-cü il tarixli 2013-İP-02 saylı kredit razılaşması üzrə 45865,63 manat əsas borc, 3434,44 manat faiz borcu olmaqla cəmi 49300,07 manat borcun, xx.xx.2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə 34512,30 manat əsas borc, 2294,54 manat faiz borcu olmaqla, cəmi 36806,84 manat borcun, ümumlikdə hər iki müqavilə üzrə 80377,93 manat əsas borc, 5728,98 manat faiz borcu olmaqla, cəmi 86106,91 manat borcun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin tutulması, həmçinin borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus Şəki şəhəri, H.Əliyev küçəsin 61 A ünvanında inşa edilən 6 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzilinə, habelə ünvan 2 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldərək, cavabdehin həmin mənzillər üzərində sahiblik istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 86106,91 manat borc məbləğinin və 400 manat medasiya xərcinin tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin surətini cavabdehə elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda göndərmişdir. İddia ərizəsinin surəti qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmadığından, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdeh olan sahibkara və kommersiya hüquqi şəxslərinə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan cavabdehlərə isə iddia ərizəsinin və pretenziya kağız daşıyıcıda göndərilir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı qeyd edilən normaların tələblərinə riayət etmədən iddia ərizəsinin surətini cavabdehə elektron kabinet vasitəsilə deyil, kağız daşıyıcıda göndərmişdir. İddiaçının qeyd edilən sənədləri yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq elektron qaydada cavabdehə göndərməsi zəruridir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “cavabdehlər İddiaçı QSC BOKT-un cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan xx.xx.2013-cü il tarixli 2013-İP-02 saylı kredit razılaşması üzrə 45865,63 manat əsas borc, 3434,44 manat faiz borcu olmaqla cəmi 49300,07 manat borcun, xx.xx.2013-cü il tarixli 2013-İP-03 saylı kredit müqaviləsi üzrə 34512,30 manat əsas borc, 2294,54 manat faiz borcu olmaqla, cəmi 36806,84 manat borcun, ümumlikdə hər iki müqavilə üzrə 80377,93 manat əsas borc, 5728,98 manat faiz borcu olmaqla, cəmi 86106,91 manat borcun, habelə ödənilmiş 400 manat mediasiya xərcinin tutulması, həmçinin borc tələbinin kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh1 məxsus Şəki şəhəri, H.Əliyev küçəsin 61 A ünvanında inşa edilən 6 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzilinə, habelə ünvan 2 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yönəldərək, cavabdehin həmin mənzillər üzərində sahiblik istifadə hüquqlarına xitam verilməsi və həmin mənzillərin açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 86106,91 manat borc məbləğinin və 400 manat medasiya xərcinin tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar