Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-880/2024 21.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2022-ci il tarixli, 026L**********80 saylı kredit razılaşması üzrə 22502.16 manat kredit borcu, 2713.05 manat faiz borcu, 843.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058.78 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması“ tələbinə dair işə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2022-ci il tarixli, 026L**********80 saylı kredit razılaşması üzrə 22502.16 manat kredit borcu, 2713.05 manat faiz borcu, 843.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058.78 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması“ barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx.xx.2022-ci il tarixli, 026L**********80 saylı kredit razılaşması üzrə 22502.16 manat kredit borcu, 2713.05 manat faiz borcu, 843.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058.78 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması tələb ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(117)- 1184/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaya mahiyyəti üzrə baxılmış, qeyd edilən qətnamə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Hazırkı iddiada isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2022-ci il tarixli, 026L**********80 saylı kredit razılaşması üzrə 22502.16 manat kredit borcu, 2713.05 manat faiz borcu, 843.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058.78 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması“ tələbi ilə təkrarən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2022-ci il tarixli, 026L**********80 saylı kredit razılaşması üzrə 22502.16 manat kredit borcu, 2713.05 manat faiz borcu, 843.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 26058.78 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutulması“ tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-880/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-880/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver