Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-884/2023 07.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 40 manat, mənəvi iztirablara görə 20000 manat, mediasiya xərci kimi ödənilmiş 200 manat və 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 40 manat, mənəvi iztirablara görə 20000 manat, mediasiya xərci kimi ödənilmiş 200 manat və 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda Mülki Prosessual Məcəllənin 40-2-ci fəsilində (vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat) nəzərdə tutulmuş işlərə baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). Hazırki işdə cavabdeh inzibati orqandır və tələb onun inzibati fəaliyyəti ilə bağlıdır. İddiaçı müvafiq olaraq inzibati məhkəməyə müraciət etməlidir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzi olaraq 40 manat, mənəvi iztirablara görə 20000 manat, mediasiya xərci kimi ödənilmiş 200 manat və 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-884/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-884/2023
07.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver