Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-885/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdeh tərəfindən hesablanmış 3420 kub metr qazdan istifadə etməyinə görə yaranmış 855 manat borcun iddiaçının abonent hesabından silinməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus kafeyə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, aparılmış yoxlamanın nəticəsində mövcud qaz qurğularının qaz tələbatı sahibkarın istifadəsində olan g-4 markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyətindən 95 kub metr çox olması, layihədə nəzərdə tutulmayan qaz qurğularının şəbəkədən ayrılması qeyd olunmuş, bu səbəbdən də təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt tərtib etmişlər. Qeyd edilən akt iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, aktın tarixi xx.xx.2023-cü il göstərilmiş və aktı nömrəsi 0387399-dur. Cavabdeh İB-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli ******* saylı Aktın tarixi cavabdeh tərəfindən saxtalaşdırılmış və aktın tarixinə aid bölmələrə düzəliş edilərək tarix olaraq xx.xx.2023-cü il tarix göstərilmişdir. Bundan sonra təbii X1 pozulması haqqında ******* nömrəli akt əsasında xx.xx.2023cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 15,5 m3/saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 3420 m3 (15.5 - 6 = 9.5 x 12 x 30 = 3420 m3) – 855 manat müəyyən edilmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, özü Balakən şəhəri, H.Əliyev prospektində kafe işlədir. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən kafeyə məxsus qaz sayğacına baxış keçirilmiş, guya layihədə nəzərdə tutulmayan qaz qurğuları olduğu, bu səbəbdən də qaz sayğacının maksimal qaz buraxma qabiliyyətinin çox olması, təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt tərtib etmişlər. Həmin vaxt orada olmadığına görə Akta ona imza etdirməmişlər. xx.xx.2023-cü il tarixdə "Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən yenidən kafeyə məxsus qaz sayğacına baxış keçirilmişdir. Bunu onunla izah etmişlər ki, xx.xx.2023-cü il tarixdə yazılmış təbii X1 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı Akt qanunvericiliyin tələbləri pozulmaqla yazıldığından indi yenidən Akt yazmağa məcburdurlar. Onların belə hərəkətlərindən şübhələndiyindən iddiaçı akta imza etməkdən imtina etmişdir. Bir müddət əvvəl "Azəriqaz" İB-nin X3 İstismar İdarəsi onun adına “Təbii X1 pozulması haqqında” Aktın surətini ona göndərərək onun 3420 kub metr qazdan istifadə etməsinə görə borcunun yarandığı qeyd edilmişdir. AKT-da göstərilmişdir ki, mövcud qaz qurğularının qaz tələbatı sahibkarın istifadəsində olan g-4 markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyətindən 95 kub metr çoxdur. Layihədə nəzərdə tutulmayan qaz qurğularının şəbəkədən ayrılması təmin edilsin. Lakin o, bunlarla razılaşmamış, çünki o, sayğaca heç bir müdaxilə etməmişdir. Eyni zamanda layihədə nəzərdə tutulmayan qaz qurğularından istifadə etməmişdir. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Zaqatala idarəsindən tələb etmişdir. Lakin orada ona mübahisə ilə bağlı məhkəməyə müraciət etməli olmağı izah edilmişdir. Buna görə də barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. "Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin əməkdaşlarının hərəkətlərini də qanunsuz hesab etmişdir. Cavabdeh İB elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı fiziki şəxs İddiaçı Cavabdehnə qarşı tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-17-ci maddələri əsasında xx.xx.2023-cü il tarixli KY232056120 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-4 markalı **********3 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Belə qeyri yaşayış sahəsində bir ədəd PQ-3, bir ədəd Kombidən istifadə edilməsi nəzərdə tutulsa da faktiki olaraq isə bir ədəd ASQ 32 lt, bir ədəd Kombi 32kw, bir ədəd qeyri standart PQ-4, iki ədəd qeyri standart PQ-1-dən istifadə edildiyi müəyyən edilmişdir. Götərilənlərlə əlaqədar olaraq xx.xx.2023-cü il tarxili təbii X1 pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/ saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 15.5 m3/saat hesabat müddəti 30 gün olduğunu nəzərə alaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 15.5 – 6 = 9.5 x 12 x 30 = 3420 m3 və onun pul dəyəri 855 manat (3420 m3 x 0.25 m = 855 man) təşkil etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş və sonuncu xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə etirazını və etirazının əsasını təşkil edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abonentin saldosu, Akt, Dəymiş ziyanla bağlı tələbnamə, Çıxarış, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Əvvəla məhkəmə onu qeyd edir ki, mübahisə predmeti olan 855 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə əvvəlcə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (kafe) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə əvvəlcə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama qanunsuz olmuş, cavabdeh yoxlamanı xx.xx.2023-cü il tarixdə həyata keçirsə də sonradan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış almış və bundan sonra xx.xx.2023-cü il tarixli ******* nömrəli X1 pozulması haqqında akta düzəliş etmiş və aktın tarixini cavabdehə yoxlamağa icazə verilmiş tarixlərə, yəni xx.xx.2023-cü il tarixi qeyd etmişdir. Halbu ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçiridiyi qeyri-yaşayış sahəsində hər hansı yoxlama aparılmamışdır. Qeyd edilən Aktlarda olan uyğunsuzluq iddiaçının və cavabdehin təqdim etdiyi istinad olunan aktların məzmunundan açıq aşkar müəyyən olunur ki, müəyyən olunanlara əsasən cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçiridiyi qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə həyata keçirdiyi yoxlama qanunun tələblərinin pozulması ilə aparılmış və qanunsuz olmuşdur. Qanunsuz aparılmış yoxlamanın isə hər hansı hüquqi qüvvəsi yoxdur. Bunlardan başqa məhkəmə tərəfindən qeyd edilməsi zəruri hesab olunur ki, Cavabdeh İB-yə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılır. 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanının 1-ci bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; 1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması; 1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. Yuxarıda qeyd edilən qanun və fərmanının tələblərinə əsasən xx.xx.2025-ci il tarixədək sahibkarlıq subyektlərində enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və Fərmanda qeyd olunan hallarda yoxlama aparıla bilər. Cavabdeh tərəfindən yoxlamanın əsası kimi təqdim edilmiş çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir ki, cavabdeh tərəfindən sayğaca müdaxilənin təsdiq olunması və ya qanunsuz qoşulma hallarının mövcud olmasına dair sübutlar məhkəməyə təqim edilməmiş və aparılmış yoxlamaya dair sənədlərdə bu hallar aşkar edilməmişdir. Halbuki, cavabdeh sayğac oxunması zamanı müdaxilənin aşkarlanmasına istinad edərək yoxlama keçirmək qərarına gəldiyini sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə müraciət etdiyi zaman əsaslandırmağa çalışmışdır. Göründüyü kimi cavabdeh ona qanunla verilən səlahiyyətləri aşaraq heç bir qanuni əsas olmadan, həqiqətə uyğun olmayan əsaslarla yoxlamanın keçirilməsi üçün çıxarış almağa nail olmuş və sahibkarların sahibkarlıq fəaliyyətini həyata keçiridiyi yerə gəlməklə qanunsuz yoxlamalar həyata keçirir ki, qanunun tələblərinin pozulması ilə keçirilən yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. Gələcəkdə bu cür yoxlamaların keçirilməsi zamanı Azəriqaz İB tərəfindən qeyd edilən hallara diqqət yetirilməməsi sonuncunun hərəkətlərinin qanunsuzluğu ilə nəticələnəcəkdir ki, bu halların mövcudluğu sonuncunun hərəkətlərinin qanunsuz sayılması üçün əsas olacaqdır. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın maksimal qaz buraxma qabiliyyətinin 95 m3 çox olması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğısatqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İB-ni əməkdaşları tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində olan Balakən şəhəri, H.Əliyev prospekində yerləşən qeyri-yaşayış sahəsinə (kafe) xidmət edən qaz sayğacında yoxlama keçirilmişdir. Sayğacın hesablama sayğacın maksimal qaz buraxma qabiliyyətinin 95 m3 çox olması müəyyən edilərək bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 3420 m3 olmaqla dəyəri 885 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmiş və sayğaca baxış keçirilməsi zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə keçirilən yoxlama qanunun tələblərini pozmaqla aparıldığından, sayğacda pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə fiziki şəxsə münasibətdə qaz sayğacını işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdehin üzərində olduğundan borcun hesablanmasına dair Azəriqaz İB-nin hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməli və 855 manat borc iddiaçının abonent hesabından silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etməmişdir. Bu səbəbdən həmin rüsum məbləği cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən hesablanmış 3420 kub metr qazdan istifadə edilməsinə görə yaranmış 855 manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-885/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-885/2024
29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver