Məhkəmə qərarları › İş №e-2-2(117)-886/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-886/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-886/2023 20.09.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı kredit razılaşması üzrə 17971,69 kredit borcu, 2605.21 manat faiz borcu və 793.94 manat cərimə borcu olmaqla, ümumilikdə 21370.84 manat məbləğində borcun, Cavabdeh1 və Cavabdeh4 001A********** saylı kredit müqaviləsi üzrə 7037.13 kredit borcu, 1166.06 manat faiz borcu və 312.46 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı kredit razılaşması üzrə 17971,69 kredit borcu, 2605.21 manat faiz borcu və 793.94 manat cərimə borcu olmaqla, ümumilikdə 21370.84 manat məbləğində borcun, Cavabdeh1 və Cavabdeh4 001A********** saylı kredit müqaviləsi üzrə 7037.13 kredit borcu, 1166.06 manat faiz borcu və 312.46 manat cərimə borcunun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 001L**********37 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 808 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli köçürmə sənədindən görünür ki, 21000 manat vəsait bank tərəfindən cavabdehin AZ46ACAB********************4 nömrəli hesabına köçürülmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 001A********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 320 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.3-cü bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli köçürmə sənədindən görünür ki, 8000 manat vəsait bank tərəfindən cavabdehin AZ46ACAB********************4 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixli 001S**********02 nömrəli (zamin Cavabdeh3), 001S**********01 nömrəli (zamin Cavabdeh4), 001S**********01 nömrəli (zamin Cavabdeh2), nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli 001L**********37 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, oğlu tikinti materiallarının satışı ilə məşğul olub. Bir müddət sonra 0, dostu Musazadə Emin ilə işləməyə başladı. Sonradan bitmişlər ki, Emin oğlunu aldadıb. Bir müddət sonra oğlu müflis oldu. Bütün borclar da oğlumun adına idi. Bu vəziyyətə görə oğlu özünə sui-qəsd elədi. Müalicələrdən sonra oğlu sağaldı, lakin bu hadisədən sonra oğlunda yaddaş zəifliyi qalıb. Oğlu hazırda Rusiyadadır. Həyat yoldaşı da Bakıda olur, neftçidir. Ona görə də onlar məhkəmə iclasında iştirak edə bilmədilər. Özü onkoloji xəstədir. Hazırda borcu ödəməyə maddi imkanları yoxdur. Banka dəfələrlə müraciət etmişlər ki, ona borcunu ödəməyə möhlət versinlər. Lakin bank işçiləri razılaşmadı. Cərimələrin silinməsini və köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılaraq tələblərinin təmin edilməsini xahiş etmiş, Cavabdeh4 məhkəmə iclasında iştirak emtəmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh3 həm cavabdeh kimi, həm də digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi kimi iştirak etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh4 iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, zaminlik müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Tərəflər arasında xx.xx.2019-cu il tarixli 001L**********37 nömrəli Uzunmüddətli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 300 000 manat məbləğində uzunmüddətli kredit xəttini açır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay müddətinə, xx.xx.2029-cu il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 001R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə 21000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 001A********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən cavabdehə fərdi kredit olaraq 36 ay müddətinə aylıq 2,0833 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit razılaşmasının 4.2.3-cü bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli 001S**********02 nömrəli (zamin Cavabdeh3), 001S**********01 nömrəli (zamin Cavabdeh4), 001S**********01 nömrəli (zamin Cavabdeh2), nömrəli zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2019-cu il tarixli 001L**********37 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı kredit razılaşması üzrə 17971,69 kredit borcu, 2605.21 manat faiz borcu və 793.94 manat cərimə borcu olmaqla, ümumilikdə 21370.84 manat məbləğində borcun, Cavabdeh1 və Cavabdeh4 001A********** saylı kredit müqaviləsi üzrə 7037.13 kredit borcu, 1166.06 manat faiz borcu və 312.46 manat cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmənin müvafiq əsas və faiz borcuna münasibətdə qeyd edir ki, kredit götürən şəxs Cavabdeh1 üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən əsas və faiz borcu yaranmışdır ki, həmin borcun əsassızlığı ilə bağlı əks arqument məhkəməyə təqdim edilməmişdir və məhkəmə borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından iddia tələbinin əsas və faiz borclarına münasibətdə əsaslı olması qənaətindədir. Müqavilə üzrə hesablanmış cərimə borclarına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit müqavilələrinin 4.2.2 və4.2.3-cü bəndlərinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 001R********** saylı kredit razılaşması üzrə 20 manat, 001A********** saylı kredit müqaviləsi üzrə 10 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddia üzrə dövlət rüsumu 180 manat dövlət rüsumunun 6,81 manat hissəsi İddiaçı QSC-dən, 173.19 manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda ödənilmiş 192 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 001R********** saylı kredit razılaşması üzrə 17971,69 kredit borcu, 2605.21 manat faiz borcu və 20 manat cərimə borcu, Cavabdeh1 və Cavabdeh4 001A********** saylı kredit müqaviləsi üzrə 7037.13 kredit borcu, 1166.06 manat faiz borcu və 10 manat cərimə borcunun və 192 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilməmiş 180 manat dövlət rüsumunun 6,81 manat hissəsi İddiaçı QSC-dən, 173.19 manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar