Məhkəmə qərarları › İş №e-2-2(117)-891/2025

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-891/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-891/2025 17.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “10 165,80 manat əsas, 7 577,85 manat faiz, 8 968,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1 456,53 manat faiz borcunun və iş üzrə ödənilmiş 174,51 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi” barədə iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “10 165,80 manat əsas, 7 577,85 manat faiz, 8 968,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1 456,53 manat faiz borcunun və iş üzrə ödənilmiş 174,51 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə razılığa gələrək barışıq sazişi imzalamış və məhkəməyə təqdim etmişlər. Barışıq sazişinin təsdiqlənməsini məhkəmədən xahiş edirlər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə razılığa gəlmişlər və barışıq sazişi məhkəməyə təqdim edilmişdir. Həmin sazişin təsdiq edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə tərəflərin imzası ilə təsdiq edilmiş barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdim edilmiş barışıq sazişinin məzmunundan müəyyən edilir ki, tərəflər mübahisəni aşağıdakı qaydada barışıq sazişi bağlamaqla həll etdilər. Tərəflər cavabdehborclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 10 165,80 manat əsas, 7 577,85 manat faiz, 5 616,92 manat köçürülmüş faizlər və 3 351,85 manat cərimə borc öhdəliyi mövcud olduğunu təsdiq etmişlər. Kredit müqaviləsi üzrə faiz borcundan 3 040 manat məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 12 960 manat məbləğində borcun 24 ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin sentyabr ayından başlayaraq, hər ay 540 manatın ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürmüşdür. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 12 960 manat borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 24 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. İddiaçı Cavabdeh-Borcluya bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Tərəflər dövlət rüsumunun ödənilməsi ilə bağlı razılığa gəldiklərindən məhkəmə dövlət rüsumunun qaytarılması barədə qərar qəbul etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X5 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh (bundan sonra “Cavabdeh-Borclu” adlanacaq) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. Bu Sazişin mövzusunu xx.xx.2015-ci il tarixli ********* nömrəli Kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə saziş (bundan sonra – “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 28.168,95 (iyirmi səkkiz min bir yüz almış səkkiz manat, 95 qəpik) manat – bundan 10 165,80 (on min bir yüz altmış beş manat, 80 qəpik) manat əsas, 7 577,85 (yeddi min beş yüz yetmiş yeddi manat, 85 qəpik) manat faiz, 8 968,77 (səkkiz min doqquz yüz altmış səkkiz manat, 77 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1 456,53 (bir min dörd yüz əlli altı manat, 53 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 174,51 (bir yüz yetmiş dörd manat, 51 qəpik) manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair Şəki Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsinin barışıq yolu ilə həll edilməsi təşkil edir. 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 10 165,80 (on min bir yüz altmış beş manat, 80 qəpik) manat əsas, 7 577,85 (yeddi min beş yüz yetmiş yeddi manat, 85 qəpik) manat faiz, 5 616,92 (beş min altı yüz on altı manat, 92 qəpik) manat köçürülmüş faizlər və 3 351,85 (üç min üç yüz əlli bir manat, 85 qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə faiz borcundan 3 040 (üç min qırx) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 12 960 (on iki min doqquz yüz altmış) manat məbləğində borcun 24 (iyirmi dörd) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin sentyabr ayından başlayaraq, hər ay 540 (beş yüz qırx) manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 12 960 (on iki min doqquz yüz altmış) manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 24 (iyirmi dörd) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X2q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “10 165,80 manat əsas, 7 577,85 manat faiz, 8 968,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1 456,53 manat faiz borcunun və iş üzrə ödənilmiş 174,51 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan iddiaçıya ödənilməsi” barədə tələbinə dair işin icraatına tərəflər arasında barışıq sazişi bağlandığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar